Sutka ərzində İranda koronavirusdan 115 nəfər ölüb
Tehran, 11 sentyabr, AZƏRTAC
Bu günə olan məlumata görə İranda 2 min 313 nəfər koronavirusa yoluxub, 115 nəfər isə vəfat edib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari gündəlik mətbuat konfransında deyib. Bununla da İranda koronavirusa yoluxanların ümumi sayı 397 min 801 nəfər, ölənlərin sayı isə 22 min 913-ə çatıb.
Müalicəsi davam edən 3 min 753 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı 342 min 539 nəfər sağalaraq evə buraxılıb.
Qeyd edək ki, Tehran daxil olmaqla İranın 14 vilayəti hələdə qırmızı zonaya daxildirlər.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [21:58]
Yəməndə köçkünlərin sayı 230 minə çata bilər
- 23.09.2026 [21:52]
ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır
- 23.09.2026 [21:36]
Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var
- 23.09.2026 [21:33]
Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır
- 23.09.2026 [21:26]
Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik
- 23.09.2026 [20:58]