Azərbaycan Dövlət İnformasiya Agentliyi

SUVERENLİK AZƏRBAYCANIN HANSISA GÜZƏŞTLƏRƏ GEDƏ BİLƏCƏYİ MƏSƏLƏ DEYİLDİR
TOMAS DE VAALIN MƏQALƏSİNƏ ŞƏRH

Berlin, 17 yanvar (AZƏRTAC). Britaniya eksperti Tomas de Vaal “mediaforum.az” saytında dərc olunan “Qarabağ tələsi (Qarabağ münaqişəsinin təhlükələri və dilemmaları. Müzakirə üçün qaralama sənəd)” sərlövhəli məqaləsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivlərinə öz münasibətini bildirmiş və münaqişə tərəfləri - Azərbaycan ilə Ermənistan arasında hazırda aparılan sülh danışıqları baş tutmadığı halda, hadisələrin mümkün inkişaf ssenarilərini təklif etmişdir. Münaqişə açıq-aydın dövlətlərarası xarakter daşısa da və Dağlıq Qarabağ münaqişə tərəfi kimi mövcud olmasa da, müəllif Dağlıq Qarabağın əhalisinin ikiicmallığı faktını təsdiq edir: “Müzakirə predmeti onların yurdu olsa da, nə Qarabağ erməniləri, nə də Qarabağ azərbaycanlıları (fərqləndirmə bizimdir - AZƏRTAC) danışıqlarda rəsmən iştirak etmirlər”. Deməli, dünya belə bir faktla razılaşır ki, Ermənistanda müqəddəratını təyin etmək hüququndan ağızdolusu danışıldığı “Dağlıq Qarabağ xalqı” təkcə diyarı Azərbaycanın tərkibində görmək istəməyən ermənilərdən deyil, həm də doğma torpağını Azərbaycanın tərkibindən kənarda təsəvvür etməyən azərbaycanlılardan ibarətdir və öz müqəddəratını təyin etməkdən söhbət düşəndə onların da rəyi nəzərə alınmalıdır.

Məqalənin bu sahədə çox nüfuzlu ekspert sayılan müəllifin şəxsi rəyi olmasını anlasaq da, onun belə bir səhv nəticəyə gəlməsi təəssüf doğurur: “Bu təhlilin sonunda demək istəyirəm ki, Azərbaycan üçün münaqişənin hərbi həlli real deyildir və hərbi hücum ölkə üçün faciəyə çevrilə bilər. Deməli, Azərbaycan acı həqiqətin üzünə dik baxmalı olacaq, həqiqət isə ondan ibarətdir ki, Azərbaycan suverenlik məsələsində çox ciddi güzəştlərə getməyə razılıq verməsə, DQ-ni (Dağlıq Qarabağı - AZƏRTAC), faktiki olaraq, itirəcəkdir”.

Maraqlıdır ki, Azərbaycanın suverenlik məsələsində ciddi güzəştlərə getməklə Dağlıq Qarabağı itirməməsi necə mümkündür? Burada məntiqi ziddiyyət yaranmırmı və bunlar eyni şeylər deyilmi?

Suverenlik Azərbaycan dövlətinin hansısa güzəştlərə gedə biləcəyi məsələ deyildir. Ölkə ərazisində bu və ya digər etnik qrupun yaşaması faktı heç də həmin etnosun titul millət olduğu qonşu dövlətə bu ölkənin ərazisinin bir hissəsinə iddia etməsi üçün əsas vermir. Qafqaz həmişə müxtəlif etnosiyasi palitrası ilə seçilmişdir.

Həmsərhəd dövlətlərdə də etnik azərbaycanlılar yaşayır, lakin Azərbaycan bu amildən qonşu dövlətlərə “öz suverenliyi ilə bağlı məsələlərdə ciddi güzəştlərə getmək tələbini” irəli sürmək üçün istifadə etmir. Nədənsə, Tomas de Vaal Azərbaycandan belə güzəşti gözləyir.

Aşağıda sitat gətirilən abzas məqalənin əvvəlində müəllifin tarazlaşdırılmış mövqedən çıxış etməsinə dair yaranan təsəvvürü tamamilə yox edir:  “Erməni tərəfi Dağlıq Qarabağ ermənilərinin hüquqlarını və işğal olunmuş ərazilərin statusunu daha dəqiq müəyyənləşdirməlidir (erməni “qırmızı xətti”). Əgər bu barədə daim danışılarsa, bu, Ağdamdan və digər işğal edilmiş ərazilərdən olan azərbaycanlı məcburi köçkünlər üçün aydın işarə olacaqdır ki, Dağlıq Qarabağa dair güzəştli sülh müqaviləsinin imzalanması onların qayıtmaq hüququnu reallığa çevirəcəkdir”.

Bu ssenari, faktik olaraq, Ermənistanın Dağlıq Qarabağın statusu əvəzinə Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş rayonların qaytarılması niyyətini ifadə edir. Başqa sözlə, bu, digər dövlətin bir hissəsini elə onun öz torpağı hesabına əldə etmək deməkdir. Bununla əlaqədar, deməliyik ki, əvvəla, Dağlıq Qarabağ Azərbaycanın digər yeddi rayonundan heç nə ilə fərqlənmir. O da məsələn, Füzuli kimi Azərbaycanın işğal olunmuş ərazisidir, vəssalam. Dağlıq Qarabağ ilə digər yeddi rayon arasında fərq qoymaq yersizdir, xüsusilə də Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin suverenliyindən söhbət gedəndə. İkincisi, bu ssenaridə ağdamlıların öz yurd-yuvasına qayıtması perspektivi Dağlıq Qarabağın beynəlxalq qanunvericilik baxımından tamamilə qeyri-legitim sayılan işğalının qanuniləşdirilməsi əvəzində bir “tələ”yə bənzəyir. Azərbaycanlı məcburi köçkünlər Tomas de Vaalın “Dağlıq Qarabağ ilə bağlı” işarə etdiyi güzəştlər olsa da, olmasa da, öz yurd-yuvasına qayıtmalıdırlar. Onların öz ocaqlarına qayıtması hər hansı kənar şərtlərdən asılı olmayan labüdlükdür. Hətta Dağlıq Qarabağ ilə həmsərhəd Azərbaycan rayonlarının azad edilməsi və oradan qovulmuş əhalinin qaytarılması sülh prosesinin Dağlıq Qarabağın gələcək statusu ilə bağlı danışıqlaraqədərki birinci mərhələsinin bir hissəsidir və onu göstərir ki, həmin ağdamlılar (və ya digər azərbaycanlı məcburi köçkünlər) öz yurd-yuvasına heç bir qeyd-şərtsiz qayıtmalıdırlar. Odur ki, azərbaycanlı məcburi köçkünlərin qaytarılması məsələsinin Dağlıq Qarabağın statusuna dair güzəştlərlə əlaqələndirilməsi və birincini ikincidən asılı etmək yolverilməzdir, çünki bu, münaqişənin mərhələli həllinin məntiqini pozur və Azərbaycanın qəti surətdə rədd etdiyi və birdəfəlik kənara qoyulan paket planını yenidən ortaya çıxarmağa çalışır!

Nəhayət, aşağıdakı abzasın da qısa şərhə ehtiyacı var: “Azərbaycan tərəfindən Ermənistan tərəfinin etimadını tamamilə sarsıdan müharibə barədə söhbətlərə son qoymaq tələb olunur. Azərbaycanın hücum etməmək barədə rəsmi paktı imzalayacağını gözləmək real olmasa da, davakar ritorikadan əl çəkmək sülh prosesində tərəqqinin mütləq şərtlərindəndir və tərəflər arasında münasibətlərdə müsbət dinamikanın yaranmasına kömək edə bilər. Eynilə əgər Azərbaycan özünü “varlı barışdırıcı” kimi apararsa və Dağlıq Qarabağ erməniləri barədə düşmənlər və ya cinayətkarlar yox, Azərbaycanın potensial vətəndaşları kimi danışarsa, bu, artıq 20 ildən bəri pozulmuş münasibətlərin bərpa edilməsinə doğru atılan ilk addım olar”.

Bununla əlaqədar, demək istərdik ki, Azərbaycan rəhbərliyinin işğal altındakı ərazilərin hərbi yolla azad edilməsinin mümkünlüyünü vaxtaşırı xatırlatması əbəs deyildir. Rəsmi Bakını bu cür bəyanatlara görə qınayanlar, adətən, bu ifadəni ümumi kontekstdən çıxarır və yalnız ikinci hissəni sitat gətirirlər. Ancaq birinci hissəyə, yəni Ermənistanı beynəlxalq hüquq normalarına riayət etməyə, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin tələblərini yerinə yetirməyə və işğal olunmuş əraziləri könüllü surətdə azad etməyə çağırışa etinasız yanaşılır. Halbuki, dünya birliyi BMT Nizamnaməsinin 51-ci maddəsini hələ ləğv etməmişdir və buna görə də Ermənistanın konstruktiv mövqedən imtina etməsi Azərbaycanı ona bu maddənin mövcudluğunu xatırlatmağa məcbur edir. Təbii ki, əgər Ermənistan Azərbaycanın Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsizliyinə zəmanət verməsinə cavab olaraq Azərbaycanın işğal altındakı bütün ərazilərini azad edərsə, bu cür xatırlatmalara ehtiyac qalmayacaqdır.

Bundan əlavə, Tomas de Vaala onu da xatırlatmaq lazımdır ki, Azərbaycan hökuməti Dağlıq Qarabağ ermənilərini həqiqətən öz vətəndaşları sayır və ölkənin rəsmi şəxsləri bunu dəfələrlə bəyan etmişlər. Erməni millətindən olan vətəndaşlara geniş muxtariyyət verilməsi təklifi də gəlişi gözəl sözlər deyil, reallıqdır. Azərbaycan yetərincə xoş məram göstərmişdir. İndi isə növbə Ermənistanındır. Ondan işğalçı qoşunlarını çıxarmaq tələb olunur. Qarabağ erməniləri isə özlərinin Azərbaycan vətəndaşı olduqlarını təsdiq etməli, Azərbaycan xalqının çoxmillətli ailəsinə yenidən inteqrasiya etməlidirlər.

Bütövlükdə, Tomas de Vaalın məqaləsi Ermənistan-Azərbaycan münaqişəsinə bələd olan şəxsin maraqlı təhlilidir. Ümid etmək istərdik ki, o, münaqişənin dinc yolla həllinə və regionda möhkəm sülhün bərqərar olunmasına öz töhfəsini verəcəkdir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub