TACİKİSTAN PREZİDENTİ DİNİ MƏRASİMLƏRİN TƏMTƏRAQLI KEÇİRİLMƏSİNDƏN NARAHATDIR
AZƏRTAC-ın İTAR-TASS-a istinadla verdiyi xəbərə görə, prezident onun təşəbbüsü ilə keçirilən görüşdə qeyd etmişdir ki, “dini mərasim və adətlərin gərəksiz olaraq təmtəraqlı keçirilməsi nəinki Peyğəmbərin kəlamlarına ziddir, həm də ailə büdcəsinə mənfi təsir göstərir”.
Dövlət başçısı demişdir: “Dindarlar arasında bəhsə girmək, maddi vəziyyətdən asılı olmayaraq, aşıb-daşan dəstərxan – süfrə açmaqda qonşu ilə rəqabət aparmaq, şənliklərə bir ətək pula məşhur musiqiçilər dəvət etmək kimi hallar məni narahat edir. Halbuki, özünü əsil müsəlman bilən kəs evində firavanlığı təmin etməli, qalan nə varsa yoxsullara və yetimlərə paylamalıdır”.
Tacik müsəlmanlarının lideri Prezidenti tamamilə dəstəkləyərək bildirmişdir ki, “din xadimləri moizələrində etik problemlərə, dindarların cəmiyyətdə və məişətdə davranışına lazımınca diqqət yetirmirlər”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [14:40]
Qazaxıstanda Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı həbs edilib
- 06.10.2026 [13:50]
BMT: Təxminən 3,4 milyard insan mənzil böhranı ilə üzləşir
- 06.10.2026 [13:19]
Fransa yüksək faizlərin təzyiqi altındadır
- 06.10.2026 [13:17]
Kral Çarlz Endryunun polisə qarşı hüquqi mübarizəsini maliyyələşdirməyəcək
- 06.10.2026 [13:09]