Tacikistanın avesta.tj portalında Novruz bayramı haqqında məqalə yer alıb
Düşənbə, 19 mart, AZƏRTAC
Tacikistanın avesta.tj portalında rus dilində “Novruz Azərbaycanda sevimli bayramlardan biridir” sərlövhəli məqalə verilib.
AZƏRTAC məqaləyə istinadla xəbər verir ki, 2010-cu ildə Azərbaycanın təşəbbüsü ilə BMT Baş Məclisi yekdilliklə martın 21-nin Beynəlxalq Novruz Günü kimi tanınması ilə əlaqədar qətnamə qəbul edib.
Yazıda Novruz bayramının tarixi haqqında məlumat verilir, bildirilir ki, mərhəmət və birlik rəmzi olan qədim Novruz Azərbaycan xalqının zəngin mənəviyyatının və humanizm ideyalarının təzahürüdür. Novruz bayramı lap qədimdən bolluq, bərəkət, xoşbəxtlik və paklıq rəmzi olub. Novruz həm də təbiətin oyanması, sülhə, əmin-amanlığa, etibar və sədaqətə çağırış bayramıdır.
Məqalədə Novruz bayramında bişirilən milli yeməklərimizdən və şirniyyatlardan danışılır, həmçinin ölkəmizin yenidən müstəqillik qazanmasından sonra bayramın yüksək səviyyədə qeyd edildiyi bildirilir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [12:05]
İçərişəhərin Numizmatika Muzeyi: Qədim sikkələr bizə nə deyir?
- 15.10.2026 [09:30]
“Mən "qospodin Vekilov" yox, Səməd Vurğunam”... - bir mübarizənin tarixçəsi
- 14.10.2026 [22:48]
Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir
- 14.10.2026 [22:42]
Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub
- 14.10.2026 [21:38]
Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?
- 14.10.2026 [20:39]
Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi
- 14.10.2026 [20:33]
Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir
Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi
- 14.10.2026 [23:55]
Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir
- 14.10.2026 [22:48]
Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub
- 14.10.2026 [22:42]