Tacikistanla Əfqanıstan arasında əməkdaşlığın daha da dərinləşdirilməsi məsələləri müzakirə olunub
Düşənbə, 29 mart, AZƏRTAC
Tacikistan Prezidenti Emoməli Rəhmon bu ölkədə rəsmi səfərdə olan Əfqanıstanın dövlət başçısı Məhəmməd Əşrəf Qani ilə görüşüb.
AZƏRTAC Tacikistan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşdə iki ölkə arasında siyasi, iqtisadi-ticari, nəqliyyat, tranzit, energetika, mədəniyyət və digər sahələrdə əməkdaşlığın daha da inkişafı, Əfqanıstanda sülhün və sabitliyin tam bərpa edilməsi, həmçinin terrorizm, narkotiklərin qeyri-qanuni dövriyyəsi, transmilli cinayətkarlıq ilə mübarizə məsələləri müzakirə olunub.
Prezidentlər danışıqların yekunu olaraq Birgə Bəyanat imzalayıblar. Danışıqlarda müzakirə olunan məsələlərlə bağlı digər sənədlər də imzalanıb.
Sonra dövlət başçıları jurnalistlər üçün mətbuat konfransı keçiriblər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:46]
İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]