Taekvando üzrə “Koreya səfiri kuboku” turniri keçiriləcək
Bakı, 13 sentyabr, AZƏRTAC
Sentyabrın 16-da Sumqayıt Olimpiya İdman Kompleksində Azərbaycan Taekvando Federasiyasının (ATF) və Koreya Respublikasının ölkəmizdəki səfirliyinin təşkilatçılığı və dəstəyi ilə taekvando üzrə gənclər arasında üçüncü “Koreya səfiri kuboku” turnirinə start veriləcək.
AZƏRTAC xəbər verir ki, yarışın təşkilində məqsəd ölkədə taekvandonun təbliği, bölgələrdə idmanın bu növünün inkişafına təkan vermək, idmançıların yarış təcrübəsini və ustalığını artırmaqdır. Ümumilikdə, yeniyetmələrin sağlam həyat tərzi üçün idmanla məşğul olması da əsas məqsədlər sırasına daxildir.
Turnirdə respublikamızda fəaliyyət göstərən taekvando bölmələrinin və klublarının üzvləri, 2000-2003-cü il təvəllüdlü gənc idmançılar mübarizə aparacaqlar.
İki gün davam edəcək yarışlara hər gün saat 09:00-dan etibarən start veriləcək.
“DAEDO” beynəlxalq taekvando qaydaları üzrə keçiriləcək turnirin sonunda ilk üç yeri tutan idmançılar ATF və Koreya səfirliyinin təsis etdiyi kubok, müvafiq diplom və medallarla mükafatlandırılacaqlar.
Xatırladaq ki, turnir 2015-ci ildə Qubada, ötən il isə Qəbələdə keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [22:20]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [20:01]
Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub
- 12.06.2026 [18:28]
Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək
- 12.06.2026 [18:09]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb
- 12.06.2026 [18:06]
Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb
- 12.06.2026 [17:46]
Atletika üzrə Azərbaycan çempionatı start götürüb
- 12.06.2026 [16:00]
Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub
- 12.06.2026 [15:38]