TAEKVONDO ÜZRƏ AZƏRBAYCANIN AÇIQ ÇEMPİONATI BAŞLANMIŞDIR
“A” kateqoriyalı bu beynəlxalq turnirdə Azərbaycan, Türkiyə, Ukrayna, Rusiya, Gürcüstan, Belarus, Kipr, Moldova, İsrail, Polşa və Estoniyanın 100-dən artıq oğlan və qız idmançısı 8 çəki dərəcəsi üzrə mükafatlar uğrunda mübarizə aparır. Azərbaycanı bu yarışda 20 taekvondoçu təmsil edir. Yarışları idarə edən hakimlərdən 6-sı beynəlxalq, 15-i respublika dərəcəlidir.
Çempionatın açılış mərasimi saat 18:00-da keçiriləcəkdir. Qaliblər avqustun 20-də məlum olacaqdır.