TAEKVONDOÇULARIMIZ BEYNƏLXALQ TURNİRDƏ İKİ BÜRÜNC MEDAL QAZANMIŞLAR
AZƏRTAC xəbər verir ki, Niderlandın Eyndhoven şəhərində taekvondo üzrə “A” kateqoriyalı beynəlxalq turnir başa çatmışdır. 53 ölkədən 1000-dən artıq taekvondoçunun yarışdığı bu turnirdə Azərbaycanı baş məşqçi Ələkbər İmaməliyevin rəhbərliyi ilə 9 kişi və 6 qadın idmançı təmsil etmişdir.
Komandamızın heyətində Avropa çempionu Niyaməddin Paşayev (72 kq) və Rəşad Əhmədov (78 kq) yarışın bürünc medallarına layiq görülmüşlər.
Taekvondoçularımızın növbəti ciddi sınağı isə aprelin 15-20-də Almaniyanın Bonn şəhərində keçiriləcək beynəlxalq turnir olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [11:56]
İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub
- 01.10.2026 [11:19]
Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb
- 01.10.2026 [10:56]
“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb
- 01.10.2026 [10:15]
Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb
- 01.10.2026 [10:05]