Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tahir Budaqov: Qarşılıqlı səfərlər münasibətlərin inkişafına və ortaq hədəflərin reallaşdırılmasına vacib töhfədir

Tahir Budaqov: Qarşılıqlı səfərlər münasibətlərin inkişafına və ortaq hədəflərin reallaşdırılmasına vacib töhfədir

Ankara, 31 oktyabr, AZƏRTAC

Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın təqdim etdiyi “Türkiyənin yüz ili” proqramı növbəti dövr üçün ölkə qarşısında duran qısa, orta və uzunmüddətli strateji hədəfləri özündə ehtiva edir. Bəyan edildiyi kimi, bu proqram siyasi, sosial-iqtisadi sahələrdə və digər istiqamətlərdə məqsəd və prioritetləri müəyyən edən strateji sənəddir və onun reallaşdırılması Türkiyənin yeni möhtəşəm uğurlar qazanaraq daha qüdrətli dövlətə çevrilməsinə səbəb olacaqdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov kütləvi informasiya vasitələrinə müsahibəsində deyib.

“Heç şübhəsiz, son 20 ildə reallaşdırılmış möhtəşəm layihələr və qazanılmış tarixi nailiyyətlər məhz belə bir iddialı proqramın ortaya qoyulması üçün güclü zəmin yaradıb. Tərəqqinin əsaslarını möhkəmləndirmək və yeni hədəflərə doğru irəliləmək böyük Türkiyənin daha da güclənməsinə nail olmaq deməkdir. Cənab Rəcəb Tayyib Ərdoğanın “Böyük və güclü Türkiyəni birlikdə quraq” tezisi bu kontekstdə çox vacib və önəmli çağırışdır”, - deyə Tahir Budaqov bildirib.

Ədalət və İnkişaf Partiyasının milli maraqlara əsaslanan siyasəti sayəsində ümumxalq partiyasına çevrildiyini söyləyən YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri vurğulayıb: “YAP kimi AK Parti də nadir siyasi qüvvələrdəndir ki, təsis olunduqdan cəmi bir il sonra hakimiyyətə gəlmişdir və ötən müddət ərzində Türkiyənin inkişafına, bənzərsiz uğurlar qazanmasına müstəsna töhfələr vermişdir. Qardaş Türkiyə istər regionda, istərsə də dünya miqyasında böyük bir dövlətə çevrilmişdir. Bu gün bölgədə heç bir məsələ Türkiyənin iradəsi və iştirakı olmadan həll edilə bilməz. Son zamanlar Türkiyənin regional miqyasda və beynəlxalq arenada göstərdiyi səylər sülhə və təhlükəsizliyə yönəlik addımlar kimi xüsusi əhəmiyyət daşıyır”.

“Azərbaycan hər zaman dost, qardaş və strateji müttəfiq olan, növbəti yüzillikdə yeni hədəflərinə əmin addımlarla irəliləyən Türkiyənin yanındadır. Türkiyə də öz növbəsində beynəlxalq müstəvidə Azərbaycana qətiyyətli dəstək göstərir. Böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və ümummilli liderimiz Heydər Əliyevin “Türkiyə ilə Azərbaycan bir millət, iki dövlətdir” kəlamları dövlətlərimiz arasındakı münasibətlərin mahiyyətini əks etdirir. Bu gün Türkiyə-Azərbaycan münasibətləri, ilk növbədə, hər iki ölkənin liderləri - İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın iradəsi və səyləri sayəsində uğurla inkişaf edir. Təbii ki, bu prosesdə iki qardaş ölkənin hakim partiyaları olan YAP ilə AK Parti də çox önəmli rol oynayırlar. Son iki il ərzində partiyalarımız arasındakı münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Ötən ilin iyun ayında imzaladığımız Əməkdaşlıq Protokoluna uyğun olaraq əhəmiyyətli addımlar atılıb, təmaslar daha intensiv xarakter alıb. Qısa zaman kəsiyində birlikdə önəmli layihələr icra etmişik, davamlı olaraq fikir və təcrübə mübadiləsi aparmışıq, o cümlədən mühüm tədbirlər keçirmişik. Bunların sırasında Şuşa Bəyannaməsinin birinci ildönümünə həsr olunan tədbiri xüsusi qeyd etmək istəyirəm. Qarşılıqlı səfərlər isə yeni mərhələdə YAP-AK Parti münasibətlərinin inkişafına və ortaq hədəflərin reallaşdırılmasına vacib töhfədir” , - deyə Tahir Budaqov vurğulayıb.

YAP Sədrinin müavini rəhbərlik etdiyi nümayəndə heyətinin qardaş Türkiyəyə səfərinin əhəmiyyətindən bəhs edərək deyib: “Qardaş ölkəyə səfərimiz Ədalət və İnkişaf Partiyasının dəvəti əsasında baş tutub. Qeyd etmək istəyirəm ki, Yeni Azərbaycan Partiyası ölkə xaricindən “Türkiyənin yüz ili” proqramının təqdimatına dəvət edilmiş yeganə siyasi təşkilatdır. Bu, Azərbaycan ilə Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətlərinin bariz nümunəsi olmaqla yanaşı, YAP-AK Parti əlaqələrinin yüksək səviyyəsinin ifadəsidir. Eyni zamanda, AK Parti Sədrinin birinci müavini, İstanbul millət vəkili Numan Kurtulmuş və AK Parti Sədrinin xarici əlaqələr üzrə müavini, Bursa millət vəkili Efkan Ala ilə görüşlərimiz partiyalar arasındakı əlaqələrin mövcud vəziyyətinin dəyərləndirilməsi, qarşıda duran vəzifələrlə bağlı ətraflı fikir mübadiləsinin aparılması və bütövlükdə əməkdaşlığımızın inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir”.

“Prezident İlham Əliyevin söylədiyi kimi, Türkiyə-Azərbaycan münasibətləri bütün dünya ölkələri üçün örnəkdir və ikinci belə dövlətlər yoxdur ki, bütün sahələrdə sıx əməkdaşlıq etsinlər. Bu əməkdaşlıq 44 günlük Vətən müharibəsindən sonra tamamilə yeni bir səviyyəyə qalxmış, Şuşa Bəyannaməsinin imzalanması ilə müttəfiqlik səviyyəsinə yüksəlmişdir. Bir məqamı xüsusi olaraq diqqətə çatdırmaq istəyirəm: Azərbaycanın möhtəşəm Qələbəsindən sonra qısa zamanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəmizə 5 dəfə səfər etmiş, Zəfər paradında və bir sıra nəhəng infrastruktur obyektlərinin açılışında iştirak etmişdir. Bu və digər önəmli faktlar iki ölkə arasındakı dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin sarsılmazlığını əks etdirir. Xüsusilə də qardaş ölkənin mənəvi-siyasi dəstəyi Azərbaycanın tarixi Qələbəsinin siyasi-diplomatik müstəvidə möhkəmləndirilməsi üçün böyük əhəmiyyət daşıyır. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev bu müddət ərzində Türkiyəyə 4 dəfə səfər edib. Dövlət başçımızın hər bir səfəri münasibətlərimizin inkişafına yeni impuls verir və qarşıda duran ortaq hədəflərə çatmağa geniş imkanlar yaradır. Dövlət başçılarının qardaşlıq münasibətlərini, Azərbaycan ilə Türkiyə arasında sarsılmaz strateji müttəfiqliyi əsas və örnək götürərək siyasi partiyalar olaraq əlaqələrimizi daha da gücləndirəcək, səmərəli, faydalı və məqsədyönlü birgə fəaliyyətimizi bundan sonra da uğurla davam etdirəcəyik” , - deyə Tahir Budaqov vurğulayıb.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb