Tahir Kərimli: Dünya azərbaycanlılarının Prezident İlham Əliyevə böyük ehtiyacı var
Bakı, 27 dekabr, AZƏRTAC
Dünya azərbaycanlılarının Prezident İlham Əliyevə böyük ehtiyacı var. Hələ qarşıda görüləsi işlərimiz çoxdur. Qurtuluşumuz Qarabağımızın düşmən işğalından azad edilməsi ilə başladı.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Kərimli parlamentin dekabrın 27-də keçirilən plenar iclasında deyib.
Suveren müstəqil Azərbaycanın gələcəkdə görəcəyi işlərin hələ çox olduğunu diqqətə çatdıran deputat əlavə edib: “Dövlətimizin başçısının iştirak etdiyi beynəlxalq tribunalardan azərbaycanlıların taleyi üçün narahat olduğu, Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın ana dilində təhsil almaları problemi səsləndirilib. Xaricdəki düşmənlərimizin, içimizdəki xainlərin qarşısını Prezident İlham Əliyevdən başqa heç kim ala bilməz?
Deputat bütün dünya azərbaycanlılarını Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında sıx birləşməyə çağırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:35]
Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub
- 29.09.2026 [20:52]
Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [16:31]