TAİLAND HÖKUMƏTİNİN BAŞÇISI ULDUZ FALINA İNANIR
Tailand hökumətinin başçısı Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı Təşkilatının Cənubi Koreyada keçirilmiş zirvə toplantısından qayıtdıqdan sonra jurnalistlərə demişdir: “Hazırda Merkuri mənim ulduzumla bir xətdə yerləşir. Bu pis əlamətdir və mən ulduzum yerini dəyişməyincə, sizə heç nə deməyəcəyəm”.
T.Çinavat bu vəzifəyə təyin olunduğu 2001-ci ildən KİV nümayəndələrinə pis münasibət bəsləyir. O, dəfələrlə KİV-lərin azadlığını məhdudlaşdırmaq və öz müttəfiqlərinin köməyi ilə telekanalları və qəzetləri nəzarətə götürmək cəhdində təqsirləndirilmişdir.
Baş nazir jurnalistlərlə son görüşündə bildirmişdir ki, diqqət mərkəzində olmaqdan yorulmuşdur. T.Çinavat demişdir: “Onlar mənim sözlərimi təhrif edirlər. Tailand KİV-ləri ictimaiyyətin adından hakim rolunu oynamamalı, yalnız faktları təqdim etməlidir, nəticələri isə insanlar özləri çıxarmalıdırlar”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [10:26]
Səməd Vurğunun oğlu: Sonra anam balışının altından tapança tapdı…
- 06.10.2026 [20:59]
Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi
- 06.10.2026 [18:17]
Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu
- 06.10.2026 [18:10]
Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir
- 06.10.2026 [18:00]
“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq
- 06.10.2026 [15:05]