Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Tanınmış jurnalist Şamil Şahməmmədovun xatirəsinə həsr olunmuş kitabın təqdimatı keçirilib VİDEO

Bakı, 25 iyul, AZƏRTAC

İyulun 25-də Azərbaycan Mətbuat Şurasında tanınmış jurnalist Şamil Şahməmmədovun xatirəsinə həsr olunmuş “Şamil Şahməmmədov. Sərt, mərd, həmdərd” kitabının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, adını Azərbaycanın jurnalistika tarixinə əbədi yazdırmış söz fədaisi Şamil Şahməmmədovla bağlı kitabın ərsəyə gəlməsi onun xatirəsinə, jurnalistlik fəaliyyətinə dəyərli töhfədir. “Kitabın adı Şamil müəllimin xarakterindəki xüsusiyyətlərin bir növ toplusudur. Mən onun sərtliyini daha çox tələbkarlıq kimi qiymətləndirərdim. İşə prinsipial yanaşması ilə seçilirdi. Rəhbərlikdə müdrik sima idi və hər kəsə qayğılı münasibətin nümunəsi də məhz o idi. Yaxşı yadımdadır, 12 il öncə burada biz onun 75 illik yubileyini keçirmişdik. Həmin məclisdə sənət dostları, həmkarları Şamil müəllim haqqında xoş sözlər deyir, xatirələrini bölüşürdülər. Özü başda oturmuşdu. Birdən mənə tərəf çevrilib çox sakit tərzdə dedi: “Bunlar nə vaxt məni tərifləməyi dayandıracaqlar?” Təbii ki, tədbirdə çıxış edib xoş sözlərə görə hamıya təşəkkürünü ifadə etdi. Amma son dərəcə təvazökar idi”, - deyən Ə.Amaşov vurğulayıb ki, mənalı ömrünü tamamilə jurnalistikaya həsr etmiş Şamil Şahməmmədov Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsinin jurnalistika şöbəsinin bitirmişdi. Bir müddət dövlət radiosunda çalışmışdı. Hələ tələbə ikən ustad Nəsir İmanquliyev onu “Bakı” qəzetinə dəvət etmişdi. Ş.Şahməmmədov paytaxtda tikinti bumunun yaşandığı ötən əsrin 60-70-ci illərində görülən işlərlə, məşhur binaların, ictimai iaşə obyektlərinin inşası ilə bağlı genişhəcmli, dolğun reportajları ilə bu janra özünəxas çalarlar gətirmişdi. Otuz ilə yaxın “Bakı”-“Baku”da çalışmış böyük qələm sahibi nəşrdə sıravi müxbirlikdən baş redaktorluğadək yüksəlmişdi. Sevimli qəzetindən ayrıldıqdan sonra “Xalq qəzeti”ndə baş redaktor müavini kimi fəaliyyət göstərmişdi. Daha sonra Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) baş direktoru olmuşdu. “Mənə nə xoş ki, onunla birlikdə çalışmışam, ondan öyrənmişəm. Şamil müəllim sözün əsl mənasında jurnalistika məktəbi idi. Gənclərə peşənin sirlərini aşılayırdı. Bundan əsla yorulmazdı”, - deyən Mətbuat Şurasının sədri əlavə edib ki, çoxşaxəli yaradıcılıq diapazonuna malik Ş.Şahməmmədov jurnalistika ilə yanaşı, ədəbi-bədii tərcümə ilə də məşğul olurdu. Futbolla əlaqədar təhlilləri oxucular tərəfindən böyük maraqla qarşılanırdı. Hər kəs onu həm də mahir idman jurnalisti kimi tanıyırdı.

Tədbirdə çıxış edənlərdən “Bakı”-“Baku” qəzetinin baş redaktoru Ağahüseyn Hüseynov, respublikanın Əməkdar jurnalisti Etibar Babayev, veteran jurnalist Fazil Rəhmanzadə, “Bakı”-“Baku” qəzetinin baş redaktor müavini Ənvər Məşədiyev, poliqrafçı alim Şəddat Cəfərov, “Xalq qəzeti”nin əməkdaşı İlqar Həsənov, Bakı Multikulturalizm Mərkəzinin əməkdaşı, tanınmış jurnalist Araz Qurbanov, “Xalq qəzeti”nin baş redaktor müavini, Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin rəhbəri Tahir Aydınoğlu, filologiya üzrə fəlsəfə doktoru Şərəf Cəlilli, Bakı Slavyan Universitetinin jurnalistika fakültəsinin müəllimi Şəlalə Həsənova, AZTV-nin böyük redaktoru Aybəniz Məmmədəliyeva, “Yeni təfəkkür” qəzetinin baş redaktoru Şəmsiyyə Kərimova, tanınmış veteran jurnalistlər - Vaqif Musayev, Əntiqə Qonaqova, Rafiq Həsənov, Hacı Mehman Fərzullayev və başqaları Ş.Şahməmmədovla bağlı xatirələrini bölüşüblər. Onlar ustad jurnalisti peşəsinə sədaqət, prinsipiallıq rəmzi kimi xarakterizə edən cəhətlərdən söz açaraq bildiriblər ki, belə bir şəxsiyyətin xatirəsinə ehtiram nümunəsi kimi ərsəyə gəlmiş “Şamil Şahməmmədov. Sərt, mərd, həmdərd” kitabında yer almış məqalələr ona vəfa borcu olmaqla yanaşı, həm də tariximizin mühüm mərhələsinin öyrənilməsi baxımından önəmli materiallardır.

Ustad jurnalistin oğlu Məmməd Şahməmmədov atasının xatirəsinə göstərilən diqqətə görə ailələri adından çıxış edərək kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə və tədbirin təşkilinə görə minnətdarlığını bildirib.

Bu yaxınlarda “Elm və təhsil” Nəşriyyatında çapdan çıxmış “Şamil Şahməmmədov. Sərt, mərd, həmdərd” kitabının tərtibçi-redaktoru və ön söz müəllifi tanınmış jurnalist Züleyxa Nadir, redaktoru Əməkdar jurnalist Zemfira Məhərrəmlidir. Kitabda sənət dostları və həmkarlarının müxtəlif illərdə ustad qələm sahibi ilə bağlı yazıları, həmçinin onun həyat və fəaliyyətinin ayrı-ayrı dövrlərini əks etdirən fotolar yer alıb.

Qeyd edək ki, “Əməkdar mədəniyyət işçisi” fəxri adı, “Qızıl qələm” mükafatı laureatı, Azərbaycanın “Şöhrət” ordeni ilə təltif edilmiş ilk jurnalisti olan Şamil Şahməmmədov 1935-ci ildə Gəncədə anadan olub, 2021-ci ildə Bakıda vəfat edib.

Tanınmış jurnalist Şamil Şahməmmədovun xatirəsinə həsr olunmuş kitabın təqdimatı keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çexiyada pivə istehlakı tarixi minimuma enib

Prezident: Şərq-Qərb və əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması münasibətlərimizi daha da gücləndirəcək

Prezident İlham Əliyev: Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla yaşıl enerji kabeli istiqamətində çox fəal iş aparır

Prezident: Son vaxtlar Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb

FHN: Subasmaya məruz qalmış fərdi evlərin həyətyanı sahələrində təhlükəsizlik tədbirləri görülüb VİDEO

Prezident İlham Əliyev: Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadır

Naxçıvanda vəkillərin ilk dəfə təntənəli andiçmə mərasimi olub

“Ümummilli Lider Heydər Əliyevin dil siyasəti” - elmi sessiya

Sabah paytaxtda hava əsasən yağmursuz keçəcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə mayın pensiyaları ödənilib

Daxau əsir düşərgəsində azərbaycanlı əsirlərin xatirə lövhəsi açılıb

Ürək-damar sistemi xəstəliklərinin ölkə üzrə milli epidemioloji registri yaradılacaq

Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB

Zəngilan və Cəbrayılda əhali üçün kardioloji müayinələr təşkil edilib

Azərbaycan-Bolqarıstan sənədləri imzalanıb  YENİLƏNİB

Ədəbiyyat Muzeyi ilə Belçika-Azərbaycan Mədəniyyət Cəmiyyəti arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

“Tesla” Çində “robotaksi” pilot layihəsinə start verir

Çexiyalı atıcı Bakıda həm qızıl medal qazanıb, həm də rekorda imza atıb

Ötən beş ildə 4,8 mindən çox şəxs “Könüllü DOST” proqramına cəlb edilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Turizmin inkişafı” işçi qrupunun iclası keçirilib

Slovakiyanın Baş nazirinin səfəri ölkələrimiz arasında əlaqələrin inkişafında yeni səhifə açacaq ŞƏRH

İsrail Kerem-Şalom keçid məntəqəsini açıb

DSMF Gəncədə ictimai dinləmə keçirəcək

Prado Milli muzeyi və “Colnaghi” rəsm qalereyası Karavacionun “Ecce Homo” şedevrini ilk dəfə sərgiləyəcək

Ulu Öndərin rəhbərliyi ilə ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması sahəsində mühüm addımlar atılıb

Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş respublika elmi konfransı başa çatıb

Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin kollektivi Ulu Öndərin məzarını ziyarət edib

DİM rəhbəri: Çalışacağıq ki, daha kütləvi imtahanları da elektron formata keçirək

Fikrət Hüseynov: Artıq Azərbaycanda qış idman növlərinin inkişafı üçün işlər aparılır

Məleykə Abbaszadə: Növbəti addım gələn ilin imtahan cədvəli ilə bağlıdır

Lənkəranda evdən oğurluq edən şəxslər saxlanılıblar

Rusiya və Çin Ayda atom stansiyası quraşdıracaq

Gənclər Kitabxanası Ulu Öndərin 101-ci ildönümü ilə əlaqədar silsilə materiallar hazırlayıb

Mayın 8-i Ümumdünya Qırmızı Xaç və Qızıl Aypara Hərəkatı Günüdür

ABŞ şirkətinə məxsus şassisi açılmayan təyyarə İstanbul hava limanında gövdəsi üzərinə enib VİDEO

Türkiyəli mütəxəssis: Azərbaycanda hər kəsi körlinqlə məşğul olmağa dəvət edirik

DİM rəhbəri: İşə qəbul imtahanları elektron formatda olacaq

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Bolqarıstanın birinci xanımı Desislava Radeva ilə görüşü olub

Məleykə Abbaszadə: “Yüksəliş”in onlayn sessiyası DİM-in elektron imtahanlar korpusunda keçiriləcək

Sinqapurda F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb

Qərbi Azərbaycan məsələsi ilə bağlı aparılan haqq işində tarixi nailiyyət əldə edilib

Azərbaycanda körlinq idman bölməsi açılıb

Məleykə Abbaszadə: DİM-in yeni korpusunda gün ərzində 1700 nəfər imtahan verə biləcək

FHN: Ötən sutka ərzində 15 halda yanğına çıxış olub, 4 nəfər xilas olunub

Cari ildə istehlakçılara 59 milyon manatlıq ƏDV geri qaytarılıb

Bakı PISA üzrə II ICESCO Nazirlər Konfransına ev sahibliyi edəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radev ilə təkbətək görüşü olub YENİLƏNİB

Azərbaycan DİM Dialoqunu sülh və dostluq platformasına çevirir ŞƏRH

Avropa İttifaqı Stiven Siqala qarşı sanksiya tətbiq edə bilər

Sertifikatlaşdırmada iştirak edəcək müəllimlərin nəzərinə

AKİA-nın sədri Balakəndə vətəndaşları qəbul edəcək

Sabah Bakı metrosunun iş rejimi dəyişdiriləcək

Almaniyanın “Die Zeit” qəzetində Azərbaycana həsr olunmuş məqalə dərc edilib

ABŞ Qəzza sektoru üçün üzən limanın tikintisini başa çatdırıb

Bu il yeni nəsil NKA-lar vasitəsilə dövriyyə 11 faizdən çox artıb

Konfrans Liqası: Bu gün ilk finalçı müəyyənləşəcək

Təbrizdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Haitidə torpaq sürüşməsi 13 nəfərin həyatına son qoyub

Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusuna mediatur keçirilib

Dövlət qurumlarının nümayəndələri Türkiyədə “İslam bankçılığı və maliyyəsi” təlimində iştirak ediblər

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsi anılıb

Çin 12 ölkə üçün vizasız rejimi gələn ilin sonunadək uzadıb

Azərbaycan şahmatçıları beynəlxalq turnirdə iştirak edirlər

Hindistanda 70-ə yaxın aviareys ləğv edilib

Azərbaycan hər ötən gün öz iqtisadi, hərbi qüdrətini, regionda və dünyada nüfuzunu artırır ŞƏRH

Bu il 180 mindən çox “ASAN İmza” sertifikatı verilib

Siyəzənin beş kəndinə təbii qazın verilişi müvəqqəti dayandırılıb

Deputat: Heydər Əliyevin Azərbaycan dövlətçiliyinə verdiyi töhfələr ölkənin müstəqillik tarixində mühüm rol oynayıb

Özbəkistanın ali məktəblərində Azərbaycan dili və ədəbiyyatı ilə bağlı mühazirələr dinlənilib

Baş prokuror: Azərbaycanın əldə etdiyi nailiyyətlər ölkəmizin müxtəlif sahələrdə inkişafının bariz nümunəsidir

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş futzal turnirinə yekun vurulub

Bolqarıstan Prezidenti Rumen Radevin rəsmi qarşılanma mərasimi olub

Azərbaycanlı tələbələr Türkiyədə bayram şənliklərində iştirak edəcəklər

Naxçıvanda vergi xidmətlərindən istifadə səviyyəsi artır

KOBİA Əbu-Dabidə keçirilən “AİM Congress”in müvafiq panelində təmsil olunub

Baltimor körpüsünün çökməsi nəticəsində itkin düşən altıncı işçinin də cəsədi tapılıb

Anar Bağırov: Naxçıvanda təxminən hər 20 min nəfərə bir vəkil düşür

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 102 yaşlı veteranı təltif edib

Bu gün Azərbaycanın qazandığı uğurların əsası vaxtilə Ulu Öndər tərəfindən qoyulmuşdu

2025-ci ilin sonunadək 17 regional DOST Mərkəzinin və 55 rayon filialının istifadəyə verilməsi nəzərdə tutulur

Naxçıvanda “Blokada şəraitində hüquq təsisatlarının səmərəli fəaliyyəti və insan haqlarının müdafiəsi” mövzusunda konfrans keçirilir

Fərid Məmmədov: Beş il ərzində Bakı 1 saylı DOST Mərkəzində 724 min 396 müraciət qeydə alınıb

Misirdə azərbaycanlı muğam və mədhiyyə ustasının xatirəsi anılıb

Çempionlar Liqası: Bu gün ikinci finalçı bəlli olacaq

Milli Kitabxanada “Xalq artisti Soltan Hacıbəyоv – 105” adlı kitab sərgisi açılıb

Ulu Öndər Heydər Əliyev yalnız ölkədə deyil, onun xaricində də geniş fəaliyyət göstərib

Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür

Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun anadan olmasından 105 il ötür

Azərbaycanın qadın boksçuları lisenziya turnirinə Qazaxıstanda hazırlaşacaqlar

Dünya birjalarında neft ucuzlaşıb

Fərid Məmmədov: DOST mərkəzlərinə indiyədək 2,2 milyondan çox vətəndaş müraciəti daxil olub

DİN: Mayın 7-də 30 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

AZAL Beynəlxalq Talassemiya Günü ilə bağlı qanvermə aksiyası keçirib

Azərbaycan nefti ucuzlaşıb

Ukraynanın 6 regionunun enerji infrastrukturuna kütləvi hava hücumu olub

Masallıda narkotik vasitə satanlar saxlanılıb

Donald Trampla bağlı məhkəmə prosesi təxirə salınıb

Dələduzluq edən Bakı sakini saxlanılıb

"Beşiktaş" komandası tarixində 17-ci dəfə finala yüksəlib