Tanınmış karateçi Azərbaycan millisinin məşqində olub
Bakı, 27 may, AZƏRTAC
Dünyaşöhrətli azərbaycanlı karateçi Rafael Ağayev qadınlardan ibarət milli komandanın məşqini izləyib.
Bu barədə AZƏRTAC-a AFFA-dan məlumat verilib.
Milli komandanın üzvləri ilə söhbət edən R.Ağayev UEFA Millətlər Liqasının qrup mərhələsində Litva ilə keçiriləcək oyunda onlara uğurlar arzulayıb.
Azarkeşlərə çağırış edən tanınmış idmançı onları millinin oyununa gələrək komandanı dəstəkləməyə dəvət edib.
Qeyd edək ki, mayın 30-da Bayıl stadionunda keçiriləcək Azərbaycan – Litva görüşü saat 18:00-da başlayacaq.