Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tanınmış rusiyalılar Azərbaycan diasporunun qonağı olublar

Moskva, 11 iyun, AZƏRTAC 

Moskvada Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) Bakıda birinci Avropa Oyunlarının açılışına, Rusiya Gününə və Azərbaycanın Milli Qurtuluş Gününə həsr olunmuş təntənəli qəbul təşkil edib.

ÜAK-ın icraçı direktorunun müavini İlqar Hacıyev tədbiri açaraq qeyd edib ki, iyunun 12-də Bakıda birinci Avropa Oyunları başlanır. Bu oyunlar Azərbaycanda iqtisadiyyatın dinamik inkişafına və ölkədəki sabitliyə sübutdur. ÜAK-ın icraçı direktorunun müavini deyib: “Bu gün ölkə Prezident İlham Əliyevin rəhbərliyi altında elə yüksəklikləri fəth edib və dünyada elə hörmət qazanıb ki, hər bir azərbaycanlı tarixi vətəninə görə qürur hiss edir. İyunun 12-də açılacaq Avropa Oyunları bu uğurları bir daha təsdiq edəcək. Bu, bizim üçün təkcə idman bayramı deyil, nailiyyətlər bayramıdır”.

İ.Hacıyev həmçinin bütün rusiyalıları Rusiya Günü münasibətilə təbrik edərək bildirib ki, Rusiya cəmiyyətin müxtəlif təbəqələrinin, müxtəlif millətlərin və dinlərin nümayəndələrini birləşdirərək bütün xalqların yekdillik timsalına çevrilib. O deyib: “Biz hamımız çox müxtəlifik, müxtəlif arzularımız, maraqlarımız və talelərimiz var, amma hamımızı birləşdirən odur ki, biz Rusiyada yaşayırıq. Sevindirici haldır ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər və dövlətlərarası əlaqələr gündən-günə möhkəmlənir və inkişaf edir”.

İ.Hacıyev qeyd edib ki, 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmişdir. O, qonaqlara həmin dövrdən söhbət açaraq deyib: “1993-cü ilin iyununda Azərbaycanda son dərəcə təhlükəli vəziyyət yaranmışdı, vətəndaş müharibəsi başlana bilərdi. 1992-ci ildə hakimiyyətə gəlmiş Xalq Cəbhəsi ölkədə yaranmış vəziyyətin öhdəsindən gələ bilmirdi. Xalqın tələbi ilə Heydər Əliyev Naxçıvandan Bakıya dəvət olundu. O, iyun ayında hakimiyyət başına keçərək vətəndaş müharibəsinin qarşısını aldı. Beləliklə, 15 iyun ölkə tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu”.

Gecənin aparıcısı, ÜAK-ın müşaviri, tarix elmləri namizədi Manaf Ağayev zaldakılara müraciət edərək deyib: “Bu üç bayram arasında əlaqə təkcə onların təqvimdə bir-birinə yaxın olması ilə bağlı deyil. 1990-cı il iyunun 12-də RSFSR Xalq Deputatlarının qurultayı Dövlət suverenliyi haqqında bəyannamə qəbul edib. Lider Vladimir Vladimiroviç Putinin rəhbərlik etdiyi Rusiya, əlbəttə, yeni Rusiyadır. Dünya iqtisadiyyatının bütün burulğanlarına və ölkənin dinamik inkişafına xaricdən göstərilən maneələrə baxmayaraq, qürurlu, uğurlu, məqsədyönlü Rusiyadır”.

Beynəlxalq Ticarət Mərkəzinin baş direktoru, Baybakov Fondunun prezidenti Valeri Serov öz çıxışında deyib: “Bir-biri qarşısında öhdəlik və məsuliyyət, bir-birinə kömək göstərmək istəyi onunla təsdiqlənir ki, bu gün Rusiyada 2 milyondan çox azərbaycanlı yaşayır, yaxşı da yaşayır və Rusiyanın inkişafına öz töhfəsini verir. Bu töhfə ölçüyəgəlməzdir”.

Rusiya Elmlər Akademiyasının Geologiya İnformasiya Mərkəzinin direktoru, təyyarəçi-kosmonavt, SSRİ Qəhrəmanı Valentin Lebedev bu yaxınlarda Bakıya səfərindən danışıb. Kosmonavt deyib: “Bakı çox gözəl, dinamik inkişaf edən bir şəhərdir. Düz 25 il əvvəl orada olmuşdum. Şəhər tanınmaz dərəcədə dəyişib, amma insanların qonaqpərvərliyi, mehribanlığı və tərbiyəsi dəyişməyib. Azərbaycanlıların bu keyfiyyətləri məni həmişə təəccübləndirir. Səfərimin səbəbi görkəmli alim-konstruktor, Kosmik Uçuşlar üzrə Dövlət Komissiyasının rəhbəri olmuş general-leytenant Kərim Kərimova həsr edilmiş “Yüksəliş” adlı tammetrajlı sənədli filmin təqdimatı idi”.

Rusiya Veteranlar Partiyasının sədri İldar Rezyakov Rusiya-Azərbaycan münasibətlərinin uğurlu gələcəyinə əmin olduğunu bildirib. O deyib: “Bu gün bu masa arxasına Rusiyada yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan ruslar toplaşıblar. Rusiya ilə Azərbaycanın yanaşı addımladıqlarını deyənlərə mən həmişə düzəliş verirəm: yanaşı yox, birlikdə”.

Rusiya Veteranlar Partiyası sədrinin müavini Nikolay Çuykov partiyanın həyatında ÜAK-ın fəal iştirakına görə bu təşkilata minnətdarlığını bildirib. O, həmçinin qeyd edib ki, keçmiş SSRİ respublikaları əvvəlki kimi yenə də bir humanitar məkanda əməkdaşlıq edirlər. N.Çuykov deyib: “Biz suveren dövlətlərdə yaşasaq da, əvvəlki kimi yenə də vahid humanitar məkandayıq. Rusiyada hər bir millətin nümayəndəsinin inkişaf etmək və öz milli identikliyini möhkəmləndirmək imkanı vardır”.

Gecədə Baybakov Fondunun uğurlu işi qiymətləndirilib. 2011-ci ildə, Nikolay Baybakovun anadan olmasının 100 illiyinin qeyd edildiyi zaman Azərbaycanda yubileylə bağlı bir sıra tədbirlər keçirilib. Məsələn, Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə Bakıda Nikolay Baybakovun adını daşıyan 67 nömrəli məktəb əsaslı təmir edilib. Yaxın günlərdə orada N.Baybakovun büstü qoyulacaq.

Rusiyanın Neft və Qaz Sənayesi İşçiləri İttifaqının prezidenti Gennadi Şmal sovet neft sənayesinin inkişafına Azərbaycanın böyük kömək göstərdiyini vurğulayıb. O deyib: “Azərbaycanlı dostlarım və həmkarlarımla görüşərkən həmişə xatırlayıram ki, bizim neft-qaz birliyində “Bakı” sözü neft sənayesinin inkişafının sinonimi hesab edilir. Bu gün həm Rusiyanı, həm də Azərbaycanı təchiz edən neft sənayesinin inkişaf tarixini xatırlayanda onun görkəmli xadimlərini qeyd etmək lazımdır. Onların arasında yaxın dostum Fərman Salmanovu xüsusi vurğulamaq istəyirəm. O, Rusiyada, o cümlədən Qərbi Sibirdə bir çox yataqların ilk kəşfiyyatçısıdır. Deməli, Rusiya neft sahəsinin inkişafına görə məhz bu adama çox borcludur”.

Rusiya Federasiyasının “Vneştorq” MMC-nin müşaviri Yuri Şedrin belə görüşlərin tez-tez keçirilməsinin zəruri olduğunu qeyd edərək deyib: “SSRİ dağıldıqdan sonra Azərbaycan Rusiyanın ən mühüm strateji tərəfdaşlarından birinə çevrilib, birgə layihələrin həyata keçirilməsi və iki ölkə arasında əmtəə dövriyyəsi bunu təsdiq edir”.

Rusiya Yazıçılar İttifaqının və Azərbaycan Yazıçılar Birliyinin üzvü, ÜAK Mərkəzi Şurasının üzvü, şairə Alla Axundova və professor Bella Musayeva da Azərbaycan ilə Rusiyanın ümumi keçmişini qoruyub saxlamağın vacibliyini bildiriblər.

Gecədə həmçinin Heydər Əliyev Fondunun Rusiyadakı təmsilçiləri, AR-in RF-dəki səfirliyinin, BVM Veteranlar İttifaqının, Azərbaycan və Rusiya ictimai təşkilatlarının nümayəndələri iştirak ediblər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vətən müharibəsinin xronikası: 15 oktyabr

Parisdə Azərbaycanın mədəniyyəti və turizm potensialı fransız mütəxəssislərə təqdim olunub

Azərbaycanda İslam maliyyəsi mexanizmlərinin tətbiqini məqsədilə normativ hüquqi akt layihələri hazırlanıb

İsa Həbibbəyli: Yaşıl sivilizasiya yeni inkişaf mərhələsinin əsasını qoyur

SOMDA müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb

Həsrətdən qayıdışa: 33 ildən sonra doğma kənddə yenidən başlayan həyat

Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir YENİLƏNƏCƏK

Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək

AMB: Altı ayda maliyyə sektorunun aktivləri 65 milyard manata çatıb

Rusiya İranda Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə başlamağı planlaşdırır

bp-nin nümayəndəsi: İnklüzivlik yalnız sosial məsuliyyət deyil, həm də bizim dəyərimizdir

Azərbaycan Yaponiyanın məşhur “VIVANT” serialının ikinci mövsümündə geniş təqdim olunacaq

AMEA-nın müxbir üzvü: Şəhərlərin inkişafında ekoloji tarazlığın qorunması vacibdir

Qazaxıstanda “New Silk Way” beynəlxalq nəqliyyat-logistika forumu keçirilir

Aqrar Süni İntellekt layihəsi çərçivəsində həllərin tətbiqi genişləndiriləcək

"AzerGold" QSC-nin nümayəndəsi: Əsas məqsəd peşəkar inkişaf üçün yararlı imkanların təmin edilməsidir

Balakəndə səyyar tibbi aksiya çərçivəsində 574 nəfərə ödənişsiz xidmət göstərilib

ÜST: Qurğuşunun mənfi təsirindən hər il 3,5 milyondan çox insan dünyasını dəyişir

Qara dənizdə tankerdə baş verən yanğın nəticəsində 8 nəfər itkin düşüb

Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq

Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib

Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Ekoloji təhlükəsiz şəhərlər üçün innovativ həllər: Beynəlxalq elmi simpozium

Nazir müavini: Aqrar Süni İntellekt layihəsi çərçivəsində 313 min fermerin reytinqi qiymətləndirilib

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb

AQEM çərçivəsində Azərbaycanın artan rolu: Bağlantılar, rəqəmsallaşma və dayanıqlı inkişaf – TƏHLİL

Pakistanda məktəbin damının çökməsi nəticəsində 19 nəfər həlak olub

Strateji hədəflər, milli maraqlar və ictimai məsuliyyət – Yevlaxda müşavirə

Beynəlxalq Muğam Mərkəzində konsert: 95 illik sənət yolu, bir orkestrin musiqi yaddaşı

İcraçı direktor: İnklüzivliyi bərabər imkan kimi qiymətləndiririk

AzTU-nun müəllimi Macarıstan universitetində tələbələrə mühazirə oxuyub

Azərbaycan Universitetinin 16 tələbəsi PTE sertifikatı əldə edib

Kristalina Georgiyeva: Səudiyyə Ərəbistanına hücumlar bütün dünyaya mənfi təsir göstərə bilər

Azərbaycanda suvarmanın idarə edilməsində rəqəmsal imkanlar genişləndirilir

Yenilənməyəcəyi təqdirdə Luvr muzeyi bağlanmaq təhlükəsi ilə üzləşə bilər

İlhamə Qədimova: Aqrar Süni İntellekt layihəsində bitki sağlamlığı üzrə yeni həllər tətbiq edilir

Baş direktor: Autizmli şəxslərə və onların ailələrinə anlayışla yanaşmaq hər birimizin məsuliyyətidir

Nazir müavini: Aqrar Süni İntellekt layihəsi çərçivəsində 24 həll üzrə hazırlıq işləri başa çatıb

ADAU-da əcnəbi tələbələrə hüquq və vəzifələri barədə məlumat verilib

Çempionlar Liqasında məhsuldarlıq rekordu yenilənib

Kənd Təsərrüfatı Nazirliyi 33 süni intellekt və rəqəmsal həll hazırlayacaq

® “İrşad”da “Yaşıl Cümə” günləri başlayır: 10 günlük xüsusi endirimlər və sərfəli təkliflər VİDEO

® “İrşad”da “Yaşıl Cümə” günləri başlayır: 10 günlük xüsusi endirimlər və sərfəli təkliflər VİDEO

BSU-nun rektoru: İnklüziv təhsil gənclərimiz üçün imkanların yaranması baxımından mühüm əhəmiyyət daşıyır

Yəmən hökuməti Taiz şəhərindəki mühasirənin aradan qaldırılması üçün BMT-yə çağırış edib

AGMA: Məktəblərdə vahid geyim qaydalarına riayət olunması vacibdir

Azərbaycan Astanada keçirilən qadın aqrar biznesinin inkişafı üzrə beynəlxalq seminarda təmsil olunur

Şri-Lankada hər il orta hesabla 138 nəfər fillərin hücumu nəticəsində həyatını itirir

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

İtaliya Silahlı Qüvvələrinin hərbi qulluqçuları Azərbaycana səfər ediblər

Regional Turizm Şuralarının iclasları təşkil olunub

Azərbaycanın qadın güləşçisi U-23 dünya çempionatının finalına yüksəlib

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Türkiyə klubları avrokuboklarda növbəti oyunlarına çıxacaq

Azərbaycan avarçəkənləri beynəlxalq yarışda 4 medal qazanıblar

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

Aytən Eynalova: İnklüziv məşğulluq hamımızın ortaq məsuliyyətidir

ABŞ İrana kəşfiyyat məlumatları ötürən gəmini vurduğunu açıqlayıb

Çexiya ilə nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Çempionlar Liqasında tarixi hesab qeydə alınıb

Qobustanda müşavirə: YAP-ın VIII Qurultayının qərarları və qarşıda duran hədəflər

Almaniyada uşaqların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyətinin tətbiqi planlaşdırılır

“Mən "qospodin Vekilov" yox, Səməd Vurğunam”... - bir mübarizənin tarixçəsi

Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın inkişafı müzakirə olunub

ETSN: Bakı və Abşeronda tozun miqdarı normadan 2.2 dəfə çoxdur

Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib

Bakının bir çox yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Müasir Azərbaycanın inkişaf salnaməsi: Güclü dövlət, tarixi Zəfər və davamlı tərəqqi

Təmir işləri ilə əlaqədar bəzi ərazilərdə işıq olmayacaq

Çin kosmosa lazer rabitəli 10 peyk buraxıb VİDEO

Çin kosmosa lazer rabitəli 10 peyk buraxıb VİDEO

Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb

İndoneziyada turist gəmisi batıb: 23 yaşlı təlimatçı itkin düşüb

ABŞ Ordusu Latın Amerikasında narkotik qaçaqmalçılığına qarşı təlimlərə başlayır

Almaniyanın keçmiş kansleri ölkəsinin rəqəmsallaşmada geridə qaldığını etiraf edib

NASA: ABŞ və Kanada astronavtları günəş panelləri quraşdırmaq üçün kosmosa gedəcəklər

Şimali Koreya dənizdə yeni strateji raketlərini sınaqdan çıxarıb

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub VİDEO

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub VİDEO

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər