Tarix Muzeyində Aprel döyüşlərinə aid materiallar qorunur
Bakı, 2 aprel, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyində ölkəmizin ərazi bütövlüyü uğrunda, o cümlədən 2016-cı ilin Aprel döyüşlərində şəhid olan qəhrəmanlar mütəmadi təbliğ edilir, onların irsi qorunur.
Muzeydən AZƏRTAC-a bildirilib ki, Silahlar və bayraqlar fondunda Aprel döyüşləri şəhidi, əsgər Elvin Mirzəyevdə olmuş dövlət bayrağımız mühafizə edilir. Həmçinin Azərbaycanın Milli Qəhrəmanı, mayor Samid İmanovun, gizir Nicat İsgəndərovun, gizir Elimdar Səfərovun hərbi geyimləri muzeydə qorunur və onların döyüş yolu təbliğ olunur.