TARİXİ GÜNLƏRİ ƏBƏDİLƏŞDİRƏN AYLIQ BÜLLETEN NƏŞRƏ BAŞLAMIŞDIR
Ümummilli liderimiz Heydər Əliyevin Gəncəyə tarixi səfəri zamanı Gəncə Dövlət Humanitar Kollecinin yerləşdiyi Karvansaray kompleksində olması və kollektiv üzvləri ilə səmimi söhbətlər aparması unudulmaz xatirəyə çevrilmişdir. Görkəmli dövlət xadiminin bu görüşlərini əbədiləşdirmək məqsədi ilə kollecdə aylıq bülleten nəşr etdirməyə başlamışlar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu günlərdə nəfis şəkildə çapdan çıxmış bülletenin ilk nömrəsində kollecin tarixi haqqında ətraflı məlumat verilməklə yanaşı, dahi şəxsiyyətin təhsil müəssisəsində olarkən söylədiyi qiymətli fikirlər öz əksini tapmışdır. Bülletendə o tarixi günləri əks etdirən maraqlı fotoşəkillər dərc edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:37]
Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram
- 29.09.2026 [19:09]