Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tarixi Zəfərin ikinci ildönümü

Tarixi Zəfərin ikinci ildönümü

Bakı, 4 noyabr, AZƏRTAC

Bu il Vətən müharibəsində möhtəşəm Zəfərimizin ikinci ildönümünü qeyd edirik. İkinci Qarabağ müharibəsinin bitməsindən sonra Prezident İlham Əliyev imzaladığı Sərəncamla l Şuşanın erməni işğalından azad edildiyi günün - 8 noyabr tarixinin Qələbə münasibətilə hər il Zəfər Günü kimi qeyd olunacağını elan etdi. Şuşa həmişə ölkəmizin tarix və mədəniyyətinin rəmzi olub. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində məhz Şuşanın işğaldan azad edilməsindən sonra Ermənistanın kapitulyasiya aktına imza atmağa məcbur oldu. Müharibənin şanlı Qələbəmiz, torpaqlarımızın düşmən işğalından azad olunması ilə başa çatmasından sonra isə Şuşa həm də bütün dünyada hərbi gücümüzün, qüdrətimizin, Azərbaycan əsgərinin cəsarətinin, igidliyinin, qəhrəmanlığının, Azərbaycanın haqq səsinin rəmzinə çevrildi. Torpaqlarımızın işğal altında olduğu 30 illik dövr ərzində hər bayram ən böyük arzusunun növbəti bayramı Qarabağda qeyd etmək istəyi olan xalqımız üçün Zəfər Günü üçün bundan daha möhtəşəm tarix ola bilməzdi.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov söyləyib.

Komitə sədri bildirib ki, Azərbaycan xalqı 30 il idi Qələbəni, torpaqlarımızı düşmən işğalından azad etmək üçün Ali Baş Komandanın əmrini gözləyirdi. Bu müddət ərzində həm Ulu Öndərin hakimiyyəti illərində, həm də Prezident İlham Əliyevin rəhbərliyi dövründə atılmış hər bir addım, qəbul olunmuş hər bir qərar Azərbaycan torpaqlarının düşmən işğalından azad olunmasına xidmət edib. Vətən müharibəsində qazanılmış Zəfər mükəmməl ordu quruculuğu siyasətinin və iqtisadi inkişafın nəticəsidir. Ordunu dövlətin dayağı, xalqın güvən yeri, qürur mənbəyi adlandıran Ulu Öndər Azərbaycan Ordusunun yaradıcısı olmuş, Silahlı Qüvvələrimizi dövlət müstəqilliyinin dəyərli reallıqlarından birinə çevirmişdir. Azərbaycan Ordusunun inkişafı, müasirləşdirilməsi, döyüş qabiliyyətinin artırılması Prezident İlham Əliyevin rəhbərliyi illərində də uğurla davam etdirilmiş, ordu quruculuğu dövlət quruculuğunun əsas istiqamətlərindən birinə çevrilmişdi. Şübhəsiz ki, Ordu quruculuğu sahəsindəki bu əzmkar fəaliyyət 44 günlük Vətən müharibəsindəki Qələbəmizin təməlini təşkil etdi. Danılmaz faktdır ki, bütün müharibələrdə son sözü güclü ordu və onun Ali Baş Komandanı deyir. İkinci Qarabağ müharibəsində də son sözü şanlı Azərbaycan Ordusu və onun Müzəffər Ali Baş Komandanı Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etməklə söylədi.

“Təcavüzkar siyasətinin, Azərbaycan torpaqlarını işğal altında saxlamasının nəticələri, əlbəttə, Ermənistan üçün ağır olmuşdur, 30 il ərzində Ermənistan regional layihələrdən təcrid olunmuş, iqtisadi cəhətdən heç bir inkişafa nail olmamışdır. Ermənistandan fərqli olaraq, haqlı mövqeyi ilə, 30 il ərzində səbirlə münaqişənin sülh yolu ilə həll edilməsinə yönələn cəhdləri ilə və ən əsası uğurlu, müdrik xarici siyasəti ilə regionda demək olar bütün transmilli layihələrin əsas iştirakçısı olan Azərbaycan isə həm iqtisadi cəhətdən inkişaf etmiş, həm də regionun mənzərəsini müsbət mənada tamamilə dəyişmişdir”, - deyə Z.Əsgərov qeyd edib.

Bildirilib ki, çox təəssüf, səbirlə gözlənilən bu 30 il nəinki işğal olunmuş torpaqlarımızın Azərbaycana qaytarılması ilə nəticələnmədi, əksinə cəzasızlıq düşmənin daha da azğınlaşmasına, sərhəddə atəşkəsin tez-tez pozulması, təxribatlara əl atmasına, hətta yeni ərazi iddialarına düşməsinə gətirib çıxardı. Münaqişənin həlli üçün beynəlxalq təşkilatların, beynəlxalq hüququn yetərsiz olduğu isə artıq hər keçən il daha da aydın olurdu. Belə olan halda həm düşmənin təxribatlarına, azğınlaşmış ərazi iddialarına layiqincə cavab vermək, həm ərazi bütövlüyümüzü, suverenliyimizi, beynəlxalq hüququ, bərpa etmək, eləcə də minlərlə məcburi köçkünümüzün öz doğma torpaqlarında yaşamaq hüququnu bərpa etmək üçün bizim yalnız bir seçimimiz qalmışdı: düşmənin başını “Dəmir yumruq”la əzmək.

Komitə sədri diqqətə çatdırıb ki, 44 gün davam edən Vətən müharibəsinin hər günü Ordumuz tərəfindən tarix yazıldı. Fizuli əməliyyatı, Zəngilan döyüşləri, Cəbrayılın, Qubadlının işğaldan azad edilməsi uğrunda aparılan döyülər, Şuşa əməliyyatı, bütün bu döyüşlər mürəkkəb xarakterli, düşmənin müdafiə istehkamlarını yarmağı tələb edən, xüsusi peşəkarlıq və cəsarət tələb edən əməliyyatlar idi. Ordumuz yüksək peşəkarlıq və fədakarlıqla, vətən sevgisi ilə, xalqın dəstəyini hiss edərək və ən əsası, müharibədə haqlı tərəf olmağın verdiyi güc ilə bu vəzifələrin öhdəsindən ən yüksək səviyyədə gəlmişdir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri başda olmaqla hərbi analitiklər Vətən müharibəsində Azərbaycan Ordusu tərəfindən istifadə olunan döyüş taktikasını dünya hərb tarixində yenilik hesab edir və onun öyrənilməsinin vacibliyini vurğulayır. Budur Azərbaycanın Şanlı Ordusu! Bu qüdrətli ordunu təşkil edən isə, əlbəttə, vətənpərvər Azərbaycan əsgərləridir. Müzəffər Ali Baş Komandanın dəfələrlə fəxrlə vurğuladığı kimi, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusunda bir nəfər də fərari olmayıb. Əksinə on minlərlə vətəndaşımız orduya könüllü kimi yazılmışdır.

“Təəssüf ki, istənilən müharibə itkisiz olmur, Vətən müharibəsində Azərbaycanın 2907 hərbçisi şəhid olmuş, xeyli əsgərimiz yaralanmışdır. Dövlətimiz və xalqımız şəhidlərimizi hər zaman dərin ehtiramla yad edəcək. Anım Gününün qeyd olunması, Qələbə münasibətilə medal və ordenlərin təsis olunması, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mənəvi diqqəti və qayğısı Vətən müharibəsi iştirakçılarına olan ali diqqətin təcəssümüdür.

Müharibədə Zəfərimizi şərtləndirən ən mühüm amillərdən biri də həmrəyliyimiz olmuşdur. Xalq-iqtidar-ordu həmrəyliyi, ölkəmizin bütün vətəndaşlarının ön və arxa cəbhədə sarsılmaz birliyi, təxribatlar zamanı insanların öz evlərini tərk etməməsi, orduya kütləvi yardım kampaniyalarının keçirilməsi, dövlətimizin başçısının xalqa müraciətlərinin hər dəfə daha böyük coşqu və sevinclə qarşılanması müharibə günlərinin səciyyəvi xüsusiyyətləri idi. Burada Prezident İlham Əliyevin çıxışlarını xüsusi qeyd etmək istəyirəm. Müharibə dövründə Azərbaycan Prezidentinin çıxışları münaqişə ilə bağlı əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaq nə qədər qətiyyətli, iradəli, konkret və sərt idisə, xalqa müraciətlər bir o qədər ürəkdən səslənən, xalqın hisslərini bölüşən və emosional idi. 44 günlük Vətən müharibəsi dövründə Prezident İlham Əliyev əsl Lider kimi hərbi komandanlıqdan tutmuş informasiya müharibəsinə kimi bütün cəbhələrdə ən öndə vuruşmuşdur. Dövlətimizin başçısının “Mən xalqımdan heç nəyi gizlətmirəm”, “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” mesajları verərək xalqda ruh yüksəkliyi, özünə güvən formalaşdırması, müharibə dövründə qarşılaşdığı təzyiqlərə təmkinlə, eyni zamanda, kəskin və cəsarətli cavablar verməsi, sonda düşmənin kapitulyasiya aktı imzalamağa məcbur etməsi və nəticədə əldə olunan Qarabağ Zəfəri Azərbaycanda xalq-iqtidar birliyini ən yüksək zirvəyə qaldırmışdır”, - deyə parlamentin komitə sədri vurğulayıb.

Vurğulanıb ki, Zəfərin ildönümünü qeyd edərkən mütləq qardaş Türkiyənin dəstəyini də xüsusi qeyd etməliyik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müharibə başlayan andan “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi bizə ən böyük mənəvi güc olmuşdur. Biz bu dəstəyi, dostluğu ən yüksək səviyyədə qiymətləndirərək tarixi Şuşa Bəyannaməsini imzalamış, Türkiyə-Azərbaycan münasibətlərini müttəfiqlik zirvəsinə ucaltmışıq. Zəfər paradında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Müzəffər Ali Baş Komandanımızın yanında olması, paradda Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə addımlaması xalqlarımızın tarixinə yazılmış unudulmaz hadisədir.

Vətən müharibəsinin bitməsi ilə artıq iki ildir ki, Azərbaycanın inkişaf tarixində yeni dövr başlayıb. Bu dövr “Böyük Qayıdış”, bərpa-quruculuq, azad edilmiş şəhər və kəndlərimizin yenidən qurulması, məcburi köçkünlərimizin öz doğma torpaqlarına qaytarılması dövrüdür. Cəmi iki il ərzində işğaldan azad edilmiş ərazilərimizdə iki hava limanının istifadəyə verilməsi, yeni magistral yolların inşası, onlarla sosial-infrastruktur obyektlərinin açılması, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması təsdiq edir ki, ölkəmiz “Böyük Qayıdış” missiyasını da uğurla tamamlayacaq.

“Sonda qeyd edim ki, İkinci Qarabağ müharibəsində Ermənistan yalnız cəbhədə məğlub edilməyib, Ermənistan həm də mənəvi məğlubiyyətə uğradıldı, biz sübut etdik ki, Ermənistan bu münaqişədə haqsız tərəfdir, təcavüzkar tərəfdir. Kapitulyasiya aktına imza atmaqla Ermənistan cəbhədəki məğlubiyyəti çoxdan qəbul edib, indi isə Ermənistan üçün yeganə çıxış yolu, ümumilikdə münaqişədə haqsız tərəf olmasını qəbul etmək, işğalçı siyasətindən əl çəkmək və Azərbaycanın ərazi bütövlüyünü tanımaqdır. Son Soçi görüşündə Prezident İlham Əliyev bir daha qətiyyətlə vurğuladı ki, Qarabağ münaqişəsi artıq tarixdə qalıb, münaqişə iki il bundan əvvəl həll edilib. Bu baxımdan praktiki olaraq Qarabağ münaqişəsi ilə bağlı müzakirə edilməli məsələ yoxdur. Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisi ilə bağlı da Ermənistanla müzakirə ediləsi məsələ yoxdur. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, bu bizim daxili məsələmizdir, bu məsələ ölkəmizin Konstitusiyasına uyğun və könüllülük prinsipi əsasında həll ediləcək. Bundan sonra danışıqlar yalnız Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, sərhədlərin delimitasiyası, sülh müqaviləsinin bağlanması ilə bağlı ola bilər. Bu istiqamətdə də Azərbaycan həmişə sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı inkişafının təmin edilməsi naminə üzərinə götürdüyü öhdəliklərlə hər zaman sadiqdir”, - deyə Ziyafət Əsgərov fikirlərini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Xaçmazda iki avtomobil toqquşub, üç nəfər ağır xəsarət alıb

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb