Azərbaycan Dövlət İnformasiya Agentliyi

Taxılda pas xəstəliklərinə qarşı mübarizə tədbirləri

Bakı, 11 aprel, AZƏRTAC

Pas xəstəlikləri Bazidili göbələklərin Uredinales sırasına daxildir. Buğda bitkisində sarı pas, qonur pas və gövdə pası, arpada isə cırtdan pas xəstəlikləri yayılır. Bitkinin bioloji xüsusiyyətlərindən və təbii iqlim şəraitindən asılı olaraq, vegetasiyanın əvvəlində payızda və erkən yazda sarı pas, süd yetişmə mərhələsində qonur, mum yetişmə mərhələsində isə gövdə pası inkişafa başlayır.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanda sarı pas və qonur pas xəstəlikləri daha geniş yayılır və taxıla ciddi ziyan vurmaları ilə səciyyələnir.

Sarı pas xəstəliyi

Sarı pas xəstəliyinin törədicisi Puccinia striiformis West göbələyidir. Xəstəliyin səciyyəvi əlaməti bitkinin yarpaqlarının üst hissəsində yarpaq uzunu sarı rəngdə nazik xətvari sarı rəngli ləkələrin-pustulların əmələ gəlməsidir. Həmin ləkələr xəstəlik inkişaf etdikcə böyüyür və yarpağın səthində pustullar yetişərək dağılır və açıq-sarı rəngli spor kütləsi xaricə tökülür. Bu sporlar toz şəklində yayılaraq, yenidən ətrafda olan sağlam bitkilərə sirayət olunur. Yarpaqlarla bərabər bitkinin digər orqanları-gövdəsi, sünbülü və qılçıqları da xəstəliyə tutulur. Bitkilərin yetişmə mərhələsinə yaxın, bəzən də bundan xeyli əvvəl yarpağın alt hissəsində və digər orqanlarda göbələyin yağlı qara ləkələrdən ibarət qış sporları əmələ gəlir. Sarı pasın morfoloji cəhətdən oxşar quruluşa malik olan, lakin fizioloji cəhətdən fərqlənən bir çox ras və biotipləri vardır. Bərk və yumşaq buğda sortları sarı pas xəstəliyinə daha çox tutulur. Taxıl bitkiləri fəsiləsinə mənsub olan bir çox yabanı ot bitkiləri - çayır, eqilops, ceyran arpası və s. pasın yayılmasında əsas mənbələrdən biri hesab olunur. Sarı pasın aralıq sahibi məlum deyildir.

Göbələyin törədiciləri qışı əsasən çoxillik taxıl və payızlıq buğda cücərtiləri üzərində keçirir. Xəstəliyin ilkin əlamətləri erkən yazda bitkilərin kollanma və boruyaçıxma mərhələsində üzə çıxır. Qışın mülayim keçməsi bəzən göbələyin bütün vegetasiya boyu inkişaf etməsinə şərait yaradır. Xəstəliyin toxum ilə yayılması faktı məlum deyil. Sarı pas törədiciləri -sporlar külək axını və həşəratlar vasitəsilə geniş ərazilərə yayıla bilir. Sarı pasın törədicisinin böyümə və inkişafı üçün 10-13 °C temperatur optimal hesab olunur. Sporlar 0 °C temperaturda belə cücərə bilir. 20 °C-dən yuxarı temperaturda göbələyin inkişafı zəifləyir. Qeyd etmək lazımdır ki, Azərbaycanda aprel və may aylarında, temperaturun gündüzlər 20-25 °C olmasına baxmayaraq, gecələr 15 °C-yə, yaxud ondan da aşağı düşməsi göbələyin inkişafını zəiflədə bilmir. Respublikamızın təbii iqlim şəraiti sarı pasın erkən yazdan, hətta payızdan inkişaf etməsi üçün əlverişli hesab olunur. Əvvəllər Sarı pas xəstəliyinə 3-4 ildən bir respublikamızın ayrı-ayrı bölgələrində, xüsusilə dağətəyi və dağlıq əkin sahələrində lokal şəkildə təsadüf edilirdi, lakin son 8-9 ildə hər il bütün taxılçılıq bölgələrində, hətta aşağı düzənlik rayonlarında kütləvi şəkildə yayılır və ciddi məhsul itkisi törədir. Sarı pas xəstəliyi buğdanın vegetasiysının əvvəlində, yəni erkən yazda, nadir hallarda isə payızda əmələ gəldiyi üçün onun məhsuldarlığa vurduğu ziyan daha çoxdur. Xəstəlik nəticəsində yarpaqların assimilyasiya səthi kiçilir, tənəffüs prosesi güclənir, buxarlanma artır və yarpaqlar vaxtından tez quruyub tökülməyə başlayır. Nəticədə dənin dolması prosesi tam getmir, əmələ gəlmiş dənlər cılızlaşdığı üçün çəkisi də aşağı düşür. Sarı pas xəstəliyinə müxtəlif səviyyədə (zəif, orta, güclü) tutulmuş sortlar üzərində aparılmış təcrübələr göstərir ki, onun məhsuldarlığa vurduğu ziyan xəstəliyin intensivliyindən asılı olaraq 17-35% arasında dəyişir.

Qonur pas xəstəliyi

Qonur pas xəstəliyin törədicisi Puccinia recondita Rab. Et Dest. F. Tritici Eriks göbələyidir. Qonur pas taxıl bitkilərinin, xüsusilə buğdanın əsas xəstəliyi olub, taxıllar fəsiləsinə aid olan bəzi ot bitkilərini də sirayətləndirir. Xəstəliyin səciyyəvi əlaməti yarpaqlar üzərində dağınıq şəkildə kifayət qədər iri, qonur rəngdə pustullar-sporların əmələ gəlməsidir. Sporlar heç vaxt bir-biri ilə bitişik şəkildə olmur, ətrafları nekrotik və xlorotik ləkələrlə əhatələnir.

Göbələyin qışlama mərhələsi: sporlar xəstəliyin axırlarında yarpaqların alt hissəsində qara qonur rəngdə yağlı ləkələr şəklində əmələ gəlir. Qonur pasın sporları geniş temperatur diapazonunda və adi şeh damlasının mövcudluğu şəraitində 2-31 °C-də çox yaxşı inkişaf edir.

Xəstəliyin taxıl yerində bitmiş və erkən səpilmiş taxıl cücərtiləri üzərində inkişafa başlayan sporları Azərbaycan şəraitində bütün qış uzunu öz həyat qabiliyyətini saxlayır, yalnız buğdanın süd və mum yetişkənliyi dövründə (iyun, iyul) kütləvi şəkildə yayılır. Göbələyin sporları nisbi rütubət kifayət qədər olduqda bütün yay boyu artıb çoxala bilir. Lakin temperaturun yüksək və nisbi rütubətin aşağı olduğu şəraitdə sporlar öz həyat qabiliyyətini itirir və əksəriyyəti payız səpinlərinə qədər tələf olur. Göbələyin inkubasiya (gizli) dövrü temperaturdan asılı olaraq 5-18 gün davam edir. Qonur pas xəstəliyi respublikanın ayrı-ayrı regionlarında hər il bu və ya digər səviyyədə yayılır. 200-dən çox ras və biotipləri vardır. Qonur pasın məhsuldarlığa vurduğu ziyan sarı pasla müqayisədə çox aşağıdır (6-10%). Bu, onun, vegetasiyanın sonunda, süd-mum yetişkənliyi fazasında əmələ gəlməsi ilə izah olunur.

Mübarizə tədbirləri:

- xəstəliyə davamlı sortlardan istifadə edilməsi (bu xəstəliyə qarşı yüksək davamlılığa malik bir çox məhsuldar buğda sortlarının (Qobustan, Murov-2, Fatimə, Əsgəran, Qızıl buğda) əkilməsi tövsiyə edilir.

-növbəli əkinlərin və sələf bitkilərinin tətbiqi;

-payızda taxıl əkiləcək sahələrdə şum altına fosfor-kalium, erkən yazda isə yemləmə şəklində azot gübrəsi verilməli;

-taxıl alaqlarına qarşı vaxtında mübarizə aparılmalı;

-sərinqabağı toxumlar dərmanlanmalı;

-kimyəvi mübarizə tədbirləri xəstəliyə güclü tutulan xəstəlik əlaməti görünən kimi aparılmalıdır. Gecikdirilməyə yol verilsə, tədbirin heç bir nəticəsi olmur. Kimyəvi mübarizə vasitəsi kimi, Alto-super 330 EC 0,4 l/ha, Reks-doo 0,5 l/ha, Altis-premer 2 l/ha və 25%-li Tilt (250 qr/kq Propikonozol) 0,5 l/ha məsarif normasında istifadə etməklə çiləmə aparılmalıdır. Çiləmə preparatlarının bir hektarlıq sahə üçün nəzərdə tutulmuş norması 250-300 litr su ilə qarışdırılıb yerüstü çiləyicilər vasitəsilə həyata keçirilməlidir.

Aqrar Xidmətlər Agentliyi fermerlərin nəzərinə çatdırır ki, taxıl sahələrində bu xəstəliyə rast gəldikdə Respublika Bitki Mühafizəsi Mərkəzinin yerli qurumlarına müraciət edə bilərlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Formula-1 yarışları Ruandada on il ərzində keçiriləcək

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Pakistan “Fətah-2” raketinin sınağını keçirib

Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub

Laos və Kamboca ilə əlaqələrin inkişafı Azərbaycanın mövqelərini gücləndirir ŞƏRH

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ üçün siyasi və iqtisadi zəmin mövcuddur

OPEC-in gündəlik neft hasilatı 25 milyon bareli ötüb

ADAU tələbələri təcili vəziyyətlərdə ilkin yardımın yollarını öyrəniblər

OPEC bu il və gələn il üzrə qlobal neft tələbatına dair proqnozlarını açıqlayıb

“Azərişıq” əməkdaşları Türkiyədə beynəlxalq Peşə Ustalığı Yarışında birinci yeri tutublar

Alimlər hüceyrələrin inkişaf yolunu xəritələşdiriblər

Gürcüstan ilə Aİ arasında münasibətlər və gələcək əməkdaşlıq yenidən diqqət mərkəzindədir

Manna şəhərlərindən xanlıqlar dövrünədək şəhərsalma tariximizə elmi baxış

Media: İzmir körfəzində sualtı nəqliyyat tuneli tikiləcək

Çində orqanik istehsal və “ağıllı” istixana texnologiyaları öyrənilib

“PeşəFest-2026”nın növbəti dayanacağı Naxçıvan olub

Azərbaycanda avtomobil yanacağı satışından əldə olunan gəlirlər 4 faiz artıb

Dünyəvi təhsil ənənələri ötən əsrin əvvəllərindən formalaşmağa başlayıb – Hüseyn İbrahimov

UNEC-də turizm və hotelçilik üzrə korporativ auditoriya yaradılacaq

Türk ekspert: Azərbaycanın məktəbli forması ilə bağlı qərarı milli dəyərlərin və dünyəvi təhsilin qorunmasına xidmət edir

Azərbaycan millisi U-15 dünya çempionatı öncəsi son təlim-məşq toplanışını Bakıda keçirəcək

Azərbaycan və Özbəkistan vergi orqanları transsərhəd elektron sənəd dövriyyəsi üzrə birgə layihənin icrası imkanlarını müzakirə edib

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Çexiya hökuməti xarici işçilərin ölkəyə cəlb edilməsi imkanlarını genişləndirir

Qalileya dənizində su ehtiyatları son 100 ilin ən aşağı səviyyəsinə düşüb

Karlovı Varının memarlıq incisi: XX əsrin əvvəllərinə aid Beher villası

Qazaxıstanlı analitik: Azərbaycanın 2028-ci ildə MDB-yə sədrliyi Birliyin inkişafını daha balanslı edəcək

Almaniyanın Nürnberq aeroportunda dron təhlükəsi yaranıb, sərnişin təyyarəsini qırıcılar müşayiət edib

ABŞ ilə Rusiyanın razılaşması Avropanı çətin vəziyyətə salıb

Şəhid bacısı Zaqatala təhsil sektoruna müdir təyin edilib

ƏMAS-da əvvəlki iş yerlərinə dair arayış əldə etmək mümkündür

Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib VİDEO

Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib VİDEO

FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi olub VİDEO

FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi olub VİDEO

Azərbaycan və Özbəkistanda dövlət satınalmaları sahəsində tətbiq olunan mexanizmlər barədə fikir mübadiləsi aparılıb

Xalq rəssamı: Vahid məktəbli geyimi ətrafındakı təxribatlara uymamalıyıq

Qazaxıstan və Belçika kritik minerallar sahəsində əməkdaşlıq və Trans-Xəzər marşrutunun inkişafı məsələlərini müzakirə edib

Muxtar respublikanın xarici ticarət dövriyyəsi 67 faizdən çox artıb

"Turan Tovuz"un legioner futbolçusunun zədəsi ciddi deyil

Türkiyə və Pakistan ordularının rəhbərləri regiondakı vəziyyəti müzakirə ediblər

Azərbaycan və Çexiya Orta Dəhlizin təşviqi məsələlərini nəzərdən keçirib

Məktəblərdə vahid geyim qaydaları: qanunun aliliyi və dünyəvi dövlət prinsipləri qorunmalıdır

Britaniyanın məşhur geyim brendlərinin informasiya resursları kiberhücuma məruz qalıb

® “iTicket” artıq “ABB mobile”da!

Naxçıvanda kənd təsərrüfatı məhsulu istehsalı 4,7 faiz artıb

Peyklər dünyanın 465 şəhərində torpaq-qruntun çökməsinin xəritəsini tərtib etməyə kömək edib

Azərbaycanda fəaliyyət göstərən mobil operatorların gəlirləri artıb

Naxçıvanda əsas kapitala 238 milyon manatdan çox investisiya yönəldilib

AAYDA sədri Laçın və Kəlbəcər sakinləri ilə görüşəcək

“Reuters”: İlon Mask ABŞ seçkilərində Respublikaçılar partiyasını dəstəkləmək üçün təxminən 366 milyon dollar ayırıb

Muxtar respublikada 411 milyon manatlıq sənaye məhsulu istehsal edilib

NASA nəhəng “kosmik təbəssüm”ün şəklini çəkib

İşçi qrupun rəhbəri: Azərbaycan-Kamboca münasibətləri yeni əməkdaşlıq istiqamətləri üzrə genişlənir

Azərbaycan “PATA Hosted Buyers Summit Baku 2026” tədbirinə ev sahibliyi edəcək

Banklarda kredit risklərinin idarə edilməsinə dair prudensial tələblər təkmilləşdirilib

Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB VİDEO

AZƏRTAC Xaqani Şirvaniyə həsr olunan yazılar silsiləsini davam etdirir

Oleksi Buryaçenko: Ukrayna enerji sahəsində və dənizdə atəşkəsə razıdır VİDEO

Oleksi Buryaçenko: Ukrayna enerji sahəsində və dənizdə atəşkəsə razıdır VİDEO

Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin perspektivləri: reallıqlar və yeni inkişaf imkanları

Türkiyə məktəblərdə hücumların qarşısını alacaq layihəyə start verir

Xəzərin Qazaxıstan sahillərində dayazlaşma səbəbindən yeni quru sahələri yaranıb

Şimal-qərb bölgəsinin iki məzunu Prezident təqaüdünə layiq görülüb

Türk jurnalist: Azərbaycanın təhsil siyasəti və dövlətçilik prinsipləri ölkənin suveren qərarlarına əsaslanır

Təhsil məsələlərinin manipulyasiya edilməsi cəhdlərinə qarşı cəmiyyət ayıq-sayıq olmalıdır - ekspert

Azərbaycanın U-23 minifutbol millisi dünya çempionatına heç-heçə ilə başlayıb

Azərbaycan-Qırğızıstan əməkdaşlığı Türk dünyasında tərəfdaşlıq mühitinin möhkəmlənməsinə töhfədir ŞƏRH

Dillər Universitetində Çinin “Çunyan” bayramı münasibətilə tədbir keçirilib

Naxçıvanda ÜDM istehsalı 3,5 faiz artıb

Sabahdan Novxanı-Pirşağı kanalizasiya kollektorunun tikintisinə başlanılır

Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir – ŞƏRH

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Məktəbli forması, vicdan azadlığı və dünyəvilik: sərhədlər necə müəyyənləşir?