TBİLİSİ KONFRANSINDA ABŞ BEYNƏLXALQ SƏHİYYƏ İTTİFAQININ QAFQAZDA HƏYATA KEÇİRDİYİ LAYİHƏLƏR TƏHLİL OLUNMUŞUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Tbilisidə ABŞ Beynəlxalq Səhiyyə İttifaqının Qafqaz bölgəsində həyata keçirdiyi layihələrin müzakirəsinə həsr olunmuş ikigünlük konfrans keçirilmişdir. ABŞ Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi ilə keçirilən konfransda Cənubi Qafqaz ölkələrinin hər üçündən nümayəndələr iştirak etmişlər.
Bu layihələr yüksək qiymətləndirilmiş, əməkdaşlığın gələcək perspektivləri müəyyən edilmişdir.