Tbilisidə keçirilən aksiyalarda 143 polis əməkdaşı xəsarət alıb
Tbilisi, 4 dekabr, AZƏRTAC
“Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) aksiyalar zamanı qanunazidd əməllərə görə, dərhal və ciddi tədbirlər görür”.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze dekabrın 3-də axşam saatlarında keçirdiyi brifinqdə məlumat verib.
Onun sözlərinə görə, aksiyalarda qanun pozuntusuna yol vermiş 293 nəfər inzibati qaydada saxlanılıb. Polisə hücum etdiklərinə və əmlaka ciddi ziyan vurduqlarına görə 5 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Daha 43 nəfər cərimələnib, 41 nəfər inzibati qaydada həbs olunub.
Nazir müavini deyib ki, aksiyalar zamanı 143 polis əməkdaşı xəsarət alıb. Onlardan 3 nəfəri xəstəxanalarda müalicəsi davam edir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [14:40]
Qazaxıstanda Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı həbs edilib
- 06.10.2026 [13:50]
BMT: Təxminən 3,4 milyard insan mənzil böhranı ilə üzləşir
- 06.10.2026 [13:19]
Fransa yüksək faizlərin təzyiqi altındadır
- 06.10.2026 [13:17]
Kral Çarlz Endryunun polisə qarşı hüquqi mübarizəsini maliyyələşdirməyəcək
- 06.10.2026 [13:09]