Tbilisidə keçirilən konfransda Cənubi Qafqaz ölkələrinin Avropaya inteqrasiyası məsələsindən danışılıb
Tbilisi. 29 yanvar, AZƏRTAC
Yanvarın 29-da Tbilisidə “Şərqi Avropa və Avrasiyaya inteqrasiyada siyasi şərtlərin mexanizmləri” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən ekspertlər Cənubi Qafqaz ölkələrinin Avropaya inteqrasiyasında əldə etdikləri uğurlardan və qarşılaşdıqları çətinliklərdən bəhs ediblər.
Azərbaycanın iqtisadi, siyasi sahələrdəki uğurlarından danışılan tədbirdə bildirilib ki, inkişaf edən Azərbaycan Avropa İttifaqı ilə strateji tərəfdaşlığa malikdir. Əməkdaşlıqda müəyyən uğurlar əldə olunub. Lakin bir çox sahədə görüləsi işlər var. Avropa İttifaqı və digər Avropa strukturları Azərbaycanın üzləşdiyi ən böyük problemin - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməlidir.
Konfransda Gürcüstanın Avropaya inteqrasiyası məsələsi də diqqət mərkəzində olub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi