TBİLİSİDƏ SAXTA DOLLAR DƏYİŞƏNLƏR TUTULMUŞLAR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstan maliyyə polisi Tbilisi şəhərində 8 min 200 saxta ABŞ dollarını dəyişməyə cəhd edən cinayətkar qrupun dörd üzvünü ifşa etmişdir.
Onlardan biri erməni qadınıdır. Maliyyə polisi Tbilisi şəhər idarəsinin rəisi Levan Mxeldzenin sözlərinə görə, cinayətkarlar indiyədək 9 min saxta dollar satmışlar.
Hadisə ilə bağlı cinayət işi qaldırılmışdır.