Tbilisidə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub
Tbilisi, 26 may, AZƏRTAC
Gürcüstanda səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 26-da Tbilisinin mərkəzindəki Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət edib.
AZƏRTAC xəbər verir ki, nazir abidə önünə əklil qoyub, Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.
Müdafiə nazirini Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstanın Müdafiə Qüvvələri komandanının müavini general-mayor Zaza Çikaidze və digər rəsmi şəxslər müşayiət ediblər.
Xatırladaq ki, nazir Zakir Həsənov Gürcüstanın Müstəqillik Günü münasibətilə Tbilisidə keçirilən rəsmi paradda iştirak edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:51]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:40]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:16]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
- 10.06.2026 [16:18]