DÜNYA
Tbilisinin ticarət məkanında baş verən yanğın nəticəsində 5000 kvadratmetr ərazi yanıb - YENİLƏNİB



Tbilisi, 28 yanvar, AZƏRTAC
Gürcüstanın paytaxtı Tbilisidə yerləşən “Lilo Mall”ın anbar hissəsində baş vermiş güclü yanğın günün sonuna yaxın lokallaşdırılıb.
AZƏRTAC xəbər verir ki, yanğın nəticəsində 5000 kvadratmetr ərazi yanıb.
Yanğın nəticəsində onlarla anbar və mağaza yanaraq külə dönüb. Yanğından zərərçəkənlər içərisində azərbaycanlılar da var. Satıcılara və mağaza sahiblərinə dəyən maddi ziyanın məbləği hələlik məlum deyil. Lakin soydaşlarımızın və bazar rəsmilərinin məlumatına görə, dəymiş ziyanın məbləği bir neçə milyon lari olacaq.
Gürcüstan Fövqəladə Halların İdarəolunması Xidmətinin rəisi Temur Mğebrişvili bildirib ki, yanığının söndürülmə işlərinə 120-dən çox yanğınsöndürən xilasedici qüvvə cəlb edilib. Yanğının yayılmasının qarşısı alınıb və xoşbəxtlikdən xəsarət alan olmayıb. Yanğının ən qısa zamanda söndürülməsi üçün bütün lazımi tədbirlər görülür.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
15:55
Tbilisidə “Lilo Mall”da güclü yanğın baş verib.
AZƏRTAC xəbər verir ki, bazarda baş verən yanğın artıq bir neçə mağazanı məhv edib.
Yanğının əhatəsi daha da genişlənir.
Əraziyə yanğınsöndürmə briqadası çağırılıb, alovun söndürülməsi davam edir.
Xəsarət alanlar barədə hələlik məlumat verilmir.
“Lilo Mall” Tbilisi aeroportuna yaxın olduğu üçün qatı tüstünün uçuşlara da təsir edəcəyi istisna edilmir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi