Təbiətdə bir gün - Xəzər dənizinin sahil zolağı məişət tullantılarından təmizləndi
Bakı, 2 may, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İtaliya-Azərbaycan Dizayn Mərkəzinin “Foto kursları”nın tələbələri Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Fotoqraflar Birliyinin təşkilatçılığı və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin dəstəyi ilə Xəzər dənizinin sahil zolağının məişət tullantılarından təmizlənmə aksiyası keçiriblər.
Bu barədə AZƏRTAC-a AzMİU-dan bildirilib. Abşeron Milli Parkının Şah Dili Qoruğunun sahil zolağında “Təbiətdə bir gün” devizi altında məişət tullantılarından, plastik və dəmir qablardan təmizləmə işləri aparılıb, eləcə də buranın bənzərsiz təbiətinin və aksiyanın maraqlı anlarının fotoları çəkilib.
Aksiya zamanı peşəkar fotoqraflar tərəfindən tələbələrə ustad məsləhətləri verilib.