Təbiətə dəymiş ziyana görə vəzifəli şəxs 10 min manat cərimələnmişdir
Bakı, 28 iyul (AZƏRTAC). Nərimanov rayonu ərazisindəki şam ağaclarının yandırılması barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) daxil olmuş şikayət yerində araşdırılmışdır.
ETSN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, 300 kvadratmetrlik sahədə çoxillik Eldar şamı növündən 15 ağac qismən yanmışdır. Buna səbəb ağacların yerə tökülmüş yarpaqlarının yandırılması olmuşdur.
Nazirliyin əməkdaşları tərəfindən faktla bağlı akt və protokol tərtib edilmiş, Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 37 nömrəli mənzil-kommunal istismar sahəsinin rəisi Nurəddin Abbasov inzibati qaydada 10 min manat məbləğində cərimə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 11.06.2026 [12:46]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]