Təhlükəli tullantıları azaltmaq üçün çeşidləmə xətti quraşdırılacaq
Bakı, 14 iyul (AZƏRTAC). Məişət tullantılarının ayrılması və təkrar istehsalı inkişaf etdirmək məqsədi ilə illik gücü 200 min ton olacaq çeşidləmə xəttinin quraşdırılması üçün hazırlıq işləri gedir.
“Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyətindən AZƏRTAC-a bildirmişlər ki, çeşidləmə xətti yaxın vaxtlarda istismara veriləcəkdir.
Yeni xətdə təkrar emal üçün yararlı olacaq kağız, şüşə, əlvan metal, dəmir və digər xammallar ayrılacaqdır. Nəticədə tullantıların ümumi həcmi və insan sağlamlığına, ətraf mühitə mənfi təsirləri azalacaq, enerjiyə qənaət olunacaqdır. Bundan əlavə, batareya, akkumulyator kimi təhlükəli tullantılar ümumi kütlədən ayrılaraq aidiyyəti yerlərə göndəriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:46]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]
Xəzər dənizində zəlzələ olub VİDEO
- 09.06.2026 [15:27]