Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tehranda Anım Günü ilə əlaqədar mərasim keçirilib

Tehran, 28 sentyabr, AZƏRTAC

Sentyabrın 27-də Azərbaycanın İrandakı səfirliyində Anım Günü ilə əlaqədar mərasim keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə İran XİN-in məsul işçiləri, İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Baş katibinin müavini və təşkilatın katibliyinin əməkdaşları, İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pak Ayin, qardaş Türkiyənin və Pakistanın Tehrandakı səfirliyinin əməkdaşları, Tehran ictimaiyyətinin nümayəndələri, ziyalılar və Tehranda yaşayan azərbaycanlılar iştirak ediblər.

Anım Günü münasibətilə səfirliyin həyətində 44 günlük Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin qəhrəmanlığı və şücaətini, erməni qəsbkarlarının işğal etdiyi rayonlarımızda törətdikləri dağıntıları, hərbi cinayətləri əks etdirən “Unutmadıq” mövzusunda fotosərgi təşkil olunub. Səfirliyin binasından və əməkdaşların yaşadıqları mənzillərin eyvanından Azərbaycan bayraqları asılıb. Fotosərgidə Ermənistanın növbəti hərbi təxribatının qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin özünümüdafiə hüququ çərçivəsində keçirdiyi uğurlu hərbi əməliyyatlardan fotolar da nümayiş edilib.

Sərgiyə baxış keçirildikdən sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Qurandan ayələr oxunub.

Tədbiri açan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İrandakı hərbi attaşesi, polkovnik Elvin Qasımov qeyd edib ki, Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Ermənistanın növbəti hərbi təxribatının qarşısını almaq və mülki əhalinin təhlükəsizliyinin təmini məqsədilə özünümüdafiə hüququ çərçivəsində keçirdiyi uğurlu hərbi əməliyyatlarla ərazilərimizi işğaldan azad edib. Ermənistanın silahlı birləşmələri 93 nəfər mülki şəxsi, o cümlədən 12 uşaq və 27 qadını qətlə yetiriblər. Hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusunun 2907 hərbi qulluqçusu şəhid olub, 7 hərbi qulluqçu isə itkin düşüb.

Polkovnik E.Qasımov vurğulayıb ki, qalib Azərbaycan xalqının və onun müzəffər Silahlı Qüvvələrinin mənsubu olmaqdan böyük qürur hissi keçiririk.

İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pak Ayin çıxış edərək bildirib ki, Azərbaycan hər zaman öz torpaqlarının azadlığı uğrunda mübarizə aparıb və nəticədə buna nail olub. Qonşu və dost Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi bizi sevindirir. İran Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəkləyib və bundan sonra da dəstəkləyəcək. Səfir qeyd edib ki, Azərbaycanda səfir işlədiyi müddətdə Qarabağın azad olunmasını arzulayıb.

Keçmiş səfir İranın yeni seçilən Prezidenti İbrahim Rəisinin qonşularla münasibətlərə xüsusi diqqət yetirdiyini bildirib. M.Pak Ayin Azərbaycanın azadlığı uğrunda şəhid olanların xatirəsini hər zaman əziz tutacaqlarını vurğulayıb.

İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibinin müavini Hüseyn Avni Bıçaqlı çıxış edərək diqqətə çatdırıb ki, Azərbaycan öz ərazilərini işğaldan azad etməklə bütün regionda sülhün və əmin-amanlığın qorunmasında maraqlı olduğunu göstərib. Azərbaycan regionda təhlükəsizliyin təmin olunmasına böyük töhfə verib. İşğaldan azad edilən rayonlarda həyata keçirilən quruculuq işləri, “ağıllı kənd”, “ağıllı şəhər” kimi layihələrin reallaşdırılması onu deməyə əsas verir ki, Azərbaycanın məqsədi regionda sabitliyi təmin etməkdir. İƏT baş katibinin müavini torpaqlarının azad edilməsi münasibətilə Azərbaycan Respublikasına təbriklərini çatdıraraq şəhidlərin hörmətlə yad olunduğunu bildirib.

Sonra tədbir iştirakçıları 44 günlük Vətən müharibəsindən bəhs edən sənədli filmə baxıblar.

Səfirlik tərəfindən təşkil olunmuş “Unutmadıq” adlı fotosərgi və anım tədbirinə qatıldıqlarına görə iştirakçılara təşəkkür edən Azərbaycanın İrandakı səfiri Əli Əlizadə Vətən müharibəsi şəhidlərinin erməni təcavüzünün qarşısını almaqla 30 ilə yaxın davam etmiş işğala son qoymaq və Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin etmək uğrunda canlarını fəda etdiklərini bildiriblər. Səfir Azərbaycanın sülh yolu ilə münaqişəni həll etmək çağırışlarına məhəl qoymayan Ermənistanın 30 il ərzində müharibə və insanlığa qarşı cinayətlərini davam etdirdiyini, işğal altında qalan bütün şəhər və kəndləri, mədəni və dini abidələri viran qoyaraq yerlə yeksan etdiyini vurğulayıb. Həmin ərazilərdə mövcud olan 67 məsciddən 65-nin ermənilər tərəfindən tam dağıdıldığını, qalan 2 məscidinin isə heyvan saxlanması üçün istifadə etdiklərini bildirən Əli Əlizadə, bunun tək Azərbaycan üçün deyil, bütün müsəlman və İslam aləmi üçün təhqir olduğunu diqqətə çatdırıb.

Səfir bütün bu erməni vəhişiliklərinə şəhidlərimizin qəhrəmanlığı, canı və qanı bahasına, eləcə də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun şücaəti və əzmi sayəsində son qoyulduğunu, şəhidlərimizin qanının yerdə qalmadığını və Azərbaycan torpaqlarının işğaldan azad edildiyini bildirib. Şəhid ailələrinə dövlətimiz və xalqımız tərəfindən daim diqqət və qayğı göstərildiyini qeyd edən səfir, şəhidlərimizin ölmədiyini, Azərbaycan xalqının qəlbində əbədi yaşadığını və Prezident İlham Əliyevin Sərəncamı ilə təsis olunmuş Anım Gününün buna bariz nümunə olduğunu ifadə edib.

Diplomat 30 ilə yaxın davam edən münaqişə dövründə dost və qonşu ölkə olan İran İslam Respublikasının da Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyinə görə təşəkkür edərək, İranla sərhəddə olan 132 kilometr Azərbaycan ərazilərinin də işğaldan azad edildiyini və Azərbaycan Prezidentinin həmin ərazini dost və əməkdaşlıq sərhədi adlandıraraq İranla əlaqələrdə yeni imkanlar açdığını bildirdiyini xatırladıb. Əli Əlizadə bu sərhəd ərazilərində İran ilə əlaqələrin daha da güclənməsinə öz töhfəsini verəcəyinə inandığını və bu istiqamətdə Azərbaycanın əməkdaşlığa hər zaman hazır olduğunu vurğulayıb.

Tədbirdən sonra iştirakçılar səfirliyin xatirə dəftərinə ürək sözlərini yazıblar.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük Britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini həyranlıqla seyr etdik

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub

TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı 56 min əməkdaşı əhatə edib

Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub

Naxçıvanda “Rəqəmsal Kənd Mərkəzi” layihəsinin icrasına başlanılıb

AQTA sədri unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində olub

Azərbaycan və Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akif Quliyev: 16 nəfərə aid qalıqların 15-i Ağdərədə,1-i Kəlbəcərdə aşkarlanıb

Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir

Emre Diner: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqelərini gücləndirir

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Böyük Britaniya qışın sonuna qədər qaz ehtiyatlarının tükənməsi riski ilə qarşılaşa bilər

İcraçı direktor: Enerji və ətraf mühit məsələlərinə vahid yanaşma Xəzər dənizinin sağlam ekosistemi üçün əsas şərtdir

Kubalı idmançı Azərbaycanda reabilitasiya keçərək uğurlu nəticə əldə edib

® Mərkəzi Gömrük Hospitalının həkimi beynəlxalq konfransda çıxış edib

İlham Məmmədzadə: Azərbaycanın beynəlxalq təşkilatlarda sədrlik etməsi yeni əməkdaşlıq imkanları yaradır

Qazaxıstanlı mütəxəssis: Azərbaycan stolüstü tennisinin qazandığı uğurlar təsadüfi deyil

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub YENİLƏNİB VİDEO

Azərbaycan şirkətlərinin beynəlxalq kapital bazarlarına çıxışının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Siyəzəndə ərzaq bazarında yoxlama aparılıb

Sadır Japarov MDB ölkələrinin liderlərini 2027-ci ildə Bişkekdə keçiriləcək Qlobal Dağ Sammitinə dəvət edib

Azərbaycanda orta ixtisas təhsili müəssisələrində elmi potensial: son rəqəmlər

Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb

Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO

Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO

Mövsüm dəyişdi, öskürək epidemiyası başladı: xalq təbabətindən unudulmuş reseptlər

MDB dövlət başçıları tarixi yaddaşın qorunmasına dair Bəyanat qəbul ediblər

Xəzərin iki sahilindən formalaşan yeni siyasi xətt: Azərbaycan və Mərkəzi Asiya

Bakıda Avropa Su İdmanı Federasiyasının inklüzivliyə həsr olunmuş konfransı baş tutub

Azərbaycanlı professor “Çingiz Aytmatov” medalına layiq görülüb

Arıçı Ağadadaş Abbasov: Bu peşədə hər fəslin özünəməxsus çətinliyi var

Azərbaycan və Mərkəzi Asiya dövlətləri münasibətləri ortaq inkişaf məqsədləri üzərində qurulur ŞƏRH

Yeni səyahət marşrutları və təcrübələr: Turizm mütəxəssisləri cənub regionunda

BDU-da təlim: Süni intellekt müəllimin köməkçisi kimi

Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib  YENİLƏNİB VİDEO

“AI for Engineers” təlim proqramına müraciətlərin qəbuluna başlanılır

Prezident İlham Əliyevin xarici siyasət strategiyası: güclənən mövqelər, dərinləşən tərəfdaşlıq

Qazaxıstan Prezidenti Trans-Xəzər marşrutunu ölkəsi üçün prioritet istiqamətlərdən biri adlandırıb

BMU-da elmi tədqiqatların beynəlxalq platformalara inteqrasiyası diqqət mərkəzində olub

Müntəzəm avtobus marşrutlarında nağdsız ödənişlərin payı 89 faizə çatıb

Qahirənin nüfuzlu jurnalında azərbaycanlı alimin kitabı haqqında yazı dərc olunub

İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları Şuşadadırlar

Azərbaycan atletləri Beynəlxalq Xankəndi Ultramarafonunda 3-cü yeri tutublar

Bakının yol qovşaqlarından birində nəqliyyatın hərəkəti üç gecə tam məhdudlaşdırılacaq

İspan mütəxəssis: Məşqçi kimi yetişməyimdə “Sabah”ın böyük rolu olub

Naxçıvan Sənaye Parkının fəaliyyətinin təşkili istiqamətində görülən işlər nəzərdən keçirilib

Xalq artisti Nəsibə Zeynalovanın 110 illiyi Daşkənddə “Qaynana” tamaşası ilə qeyd olunub VİDEO

Xalq artisti Nəsibə Zeynalovanın 110 illiyi Daşkənddə “Qaynana” tamaşası ilə qeyd olunub VİDEO

® “PAŞA Bank” həssas qruplardan olan gənclərin inkişafına dəstək göstərir

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Emsa Fazliç: Xocalı əhalisinin çəkdiyi əzablar bizi çox kədərləndirir VİDEO

Emsa Fazliç: Xocalı əhalisinin çəkdiyi əzablar bizi çox kədərləndirir VİDEO

AIIB Azərbaycanda yaşıl enerji layihələrinə qrant ayıracaq

Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək

Azərbaycan komandası beynəlxalq kibertəhlükəsizlik yarışında üçüncü yeri tutub

Süni intellektin fundamental hüquqlara təsiri ilə bağlı fikir mübadiləsi aparılıb

Prezident: Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir

Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur

Yaponiyada qida istehlakı vergisi azaldılır

İsraildən olan turistlər Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət ediblər

Prezident: Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir

® “Silk Way West Airlines” “CargoAi” vasitəsilə rəqəmsal bronlaşdırma imkanlarını genişləndirir

Azərbaycan Prezidenti: Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər

Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir

Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb

Azərbaycan beynəlxalq nəqliyyat dəhlizləri üzrə mövqeyini möhkəmləndirir - ŞƏRH

Son 9 ayda yol-nəqliyyat hadisələri zamanı 9 velosipedçi ölüb, 8-i yaralanıb – BDYPİ çağırış edib

Mərkəzi Bankın nümayəndə heyəti Almaniyanın bank nəzarəti təcrübəsini öyrənir

Filippinli səyyah: Kəlbəcərə səfər mənim üçün çox maraqlı təcrübə oldu

Prezident: Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir

Amerikalı turist: Xudavəng monastırı məndə xoş təəssürat yaradıb

Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır

BMTMM-də Prezidentin YAP-ın VIII Qurultayındakı çıxışından irəli gələn məsələlər müzakirə olunub

Prezident İlham Əliyev: Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir

Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub

Baş redaktor: Avazadakı iclasların regional təhlükəsizlik baxımından nəticəyönümlü olacağına inanırıq

Mərkəzi Asiya ilə əməkdaşlıq Azərbaycanın regional mövqeyini gücləndirir - ŞƏRH

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin test imtahanının nəticələri açıqlanıb YENİLƏNİB VİDEO

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin test imtahanının nəticələri açıqlanıb YENİLƏNİB VİDEO

M4 avtomobil yolunun Cəngi qəsəbəsindən keçən hissəsində təhlükəsizlik tədbirləri görülüb

Xəzər Ekoloji Sammiti beştərəfli əməkdaşlığın yeni mərhələsini zəruri edir TƏHLİL

® Mürəkkəb əməliyyatların peşəkarı

Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar VİDEO

Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar VİDEO

İlin birinci yarısında Türk dövlətlərinin ÜDM-i 1,33 trilyon dollara çatıb

Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub

DİM-də fənlər üzrə elmi-metodik seminarlar başlanır

AMEA-da Vyetnam nümayəndə heyəti ilə görüş olub

Federiko Kamurati: Dünyanın müxtəlif ölkələrindən olan vəkillər arasında əməkdaşlığı təşviq etmək böyük əhəmiyyət daşıyır VİDEO

Federiko Kamurati: Dünyanın müxtəlif ölkələrindən olan vəkillər arasında əməkdaşlığı təşviq etmək böyük əhəmiyyət daşıyır VİDEO

XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərinə dair Azərbaycan tarixşünaslığı araşdırılıb

Azərbaycanın 2028-ci ildə MDB-yə sədrliyi: siyasi, diplomatik və iqtisadi perspektivlər

Hava sabah axşamadək yağıntılı olacaq VİDEO

Hava sabah axşamadək yağıntılı olacaq VİDEO

“Bavariya”nın sabiq futbolçusu: “Sabah” üçün “Borussiya Dortmund”a qalib gəlmək çətin olacaq – EKSKLÜZİV