Təhsil İnstitutu: Logistika və nəqliyyat ixtisaslaşması üzrə müəllimlərin işə qəbulu prosesinin vaxtı uzadılıb
Bakı, 25 noyabr, AZƏRTAC
Təhsil İnstitutu “SABAH Magistratura” proqramı çərçivəsində 2021/2022-ci tədris ilinin payız semestrində Azərbaycan Texniki Universitetinin (AzTU) logistika və nəqliyyat ixtisaslaşması üzrə müəllimləri əməkdaşlığa dəvət edir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, AzTU-nun logistika və nəqliyyat ixtisaslaşması üzrə müəllimlərin işə qəbulu prosesinin vaxtı uzadılıb. Müraciətlərin qəbulu dekabrın 1-i saat 23:59-dək aparılacaq.
Namizədlərdən müvafiq ixtisas üzrə elmi dərəcə və ya tam ali təhsil (magistratura), sahə üzrə 3 ildən az olmayaraq ali təhsil müəssisəsində tədris təcrübəsi və ya müvafiq sahədə 5 il iş təcrübəsi, Azərbaycan dilində səlis ünsiyyət, İKT resurslarından sərbəst istifadə, innovativ tədris metodlarından istifadə, ünsiyyət və təqdimat bacarıqları tələb olunur.
Müsabiqədə iştirak etmək istəyən müəllimlərdən öz CV-lərini və tədris edəcəkləri fənnin sillabusunun ilkin nümunəsini (mövzu (subject) bölməsində fənnin adını qeyd etməklə) [email protected] ünvanına göndərmələri xahiş olunur.
Yalnız ilkin mərhələni uğurla tamamlayan namizədlər növbəti mərhələ barədə məlumatlandırılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [14:55]
Çinin Anhui Universitetinin nümayəndə heyəti BDU-da olub
- 16.06.2026 [13:23]
Valideynlərə yeni təmayül tədris modeli barədə məlumat verilib
- 16.06.2026 [12:55]
“Doktorantura” adlı metodik vəsait istifadəyə verilib
- 16.06.2026 [12:50]
Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub
- 16.06.2026 [12:45]
“Krım sevgisi” kitabının 2-ci cildi nəşr olunub
- 16.06.2026 [12:26]
BDU-da yaz imtahan sessiyası davam edir
- 16.06.2026 [12:02]