“Təhsil menecerlərinin peşəkar inkişafı” layihəsi çərçivəsində müsabiqə
Bakı, 28 fevral, AZƏRTAC
Təhsil sahəsində insan resurslarının inkişaf etdirilməsi və müasirləşdirilməsi məqsədilə bu sahədə işləyən və ya gələcəkdə çalışmaq arzusunda olan şəxslərin Təhsil Nazirliyinin tabeliyindəki qurumlarda bir il müddətinə təcrübə proqramına və təlimlərə cəlb olunması üçün müsabiqə elan edilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, layihənin əsas məqsədi müasir idarəetmə bacarıqlarına yiyələnmiş, informasiya texnologiyalarına bələd olan, ölkəmizin təhsil və sosial inkişafına töhfə verən təhsil işçilərini yetişdirmək və onların peşəkar inkişafına dəstək göstərməkdir.
Təcrübə proqramı və təlimlərdə gələcəkdə ölkənin müxtəlif bölgələrində (Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla) təhsil sahəsində çalışmaq istəyi olan şəxslər iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək istəyən şəxslər martın 28-dək https://docs.google.com linkinə daxil olaraq müraciət formasını doldurmalıdırlar. Müsabiqə barədə daha ətraflı məlumat elanda əksini tapıb. Elan Təhsil Nazirliyinin saytında verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [14:55]
Çinin Anhui Universitetinin nümayəndə heyəti BDU-da olub
- 16.06.2026 [13:23]
Valideynlərə yeni təmayül tədris modeli barədə məlumat verilib
- 16.06.2026 [12:55]
“Doktorantura” adlı metodik vəsait istifadəyə verilib
- 16.06.2026 [12:50]
Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub
- 16.06.2026 [12:45]
“Krım sevgisi” kitabının 2-ci cildi nəşr olunub
- 16.06.2026 [12:26]
BDU-da yaz imtahan sessiyası davam edir
- 16.06.2026 [12:02]