TƏHSİL NAZİRİ İRAN İSLAM RESPUBLİKASININ AZƏRBAYCANDAKI SƏFİRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, görüşdə M.Mərdanov Prezident İlham Əliyevin 2005-ci ilin yanvarında İrana rəsmi səfərinin əhəmiyyətini vurğulamışdır.
Ölkələrimiz arasındakı təhsil əlaqələrindən bəhs edən nazir, ali təhsil sahəsində əməkdaşlığın inkişafına dair müqavilə imzalanmasının vacibliyini bildirmişdir.
Bu fikirlərlə razılaşdığını söyləyən səfir ali təhsil sahəsində hər iki ölkə üçün lazımi
ixtisasların müəyyənləşdirilməsinin və həmin ixtisaslar üzrə təhsilin təşkilinin zəruriliyini nəzərə çarpdırmışdır. O demişdir ki, Azərbaycan ali məktəblərinin 6-sının diplomu İİR-də tanınır.
Diplomat İran İslam Respublikasının elm, tədqiqat və texnologiyalar nazirinin M. Mərdanovu öz ölkəsinə dəvət etdiyini açıqlamışdır.
Nazir M. Mərdanov dəvətdən məmnunluğunu bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]