Təhsil Nazirliyi ilə UNICEF arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
Bakı, 16 aprel, AZƏRTAC
Aprelin 16-da təhsil naziri Emin Əmrullayev UNICEF-in Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin ilə görüşüb.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüşdə Təhsil Nazirliyi və UNICEF arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə edilib.
Görüşün sonunda Təhsil Nazirliyi ilə UNICEF arasında 2021-2025-ci illər üzrə Ölkə Proqramından irəli gələn İllik Fəaliyyət Planı imzalanıb.