TƏLƏBƏ REJİSSORLARIN II “START” FİLM FESTİVALI KEÇİRİLƏCƏK
Bu münasibətlə “Nizami” mətbuat klubunda keçirilən mətbuat konfransında festivalın prezidenti Fehruz Şamiyev bildirmişdir ki, tədbirdən əsas məqsəd milli kinomuzda gənc nəslin səviyyəsini müəyyənləşdirmək, onların hansı mövzulara daha çox üstünlük verdiklərini, üzləşdikləri problemləri öyrənməkdir.
Əvvəlki festivaldan fərqli olaraq, bu layihədə nominasiya və mükafatlandırma sistemində müəyyən dəyişikliklər edilmişdir. Belə ki, “Ən yaxşı film”in baş mükafatçısına 1 milyon 500 min, birinci yerin sahibinə 1 milyon, ikinci yerə görə isə 500 min manat veriləcəkdir. “Ən yaxşı sənədli film” nominasiyasında I və II yerlərin qalibləri, müvafiq olaraq, 1 milyon və 500 min manatla mükafatlandırılacaqlar. Bundan əlavə, qaliblərdən biri “Buta film”in təqdim etdiyi peşəkar avadanlıqla film çəkmək imkanı qazanacaqdır.
Sənədlər noyabrın 15-dək qəbul ediləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:17]
Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib
- 16.06.2026 [21:04]
Yapon xoreoqrafı: Buto qaranlıq rəqsidir
- 16.06.2026 [18:20]
Muğam Mərkəzində “Turandan gələn səda”
- 16.06.2026 [17:10]