İDMAN
TƏLƏBƏLƏR ARASINDA FUTBOL ÜZRƏ AZƏRBAYCAN ÇEMPİONATININ FİNALÇILARI MÜƏYYƏNLƏŞMİŞDİR
Bakı, 9 iyun (AZƏRTAC). Azərbaycan Texniki Universitetinin (ATU) və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) komandaları ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş ali məktəb tələbələri arasında futbol üzrə II respublika çempionatının finalına yüksəlmişlər.
Yarımfinal oyunlarında ATU Azərbaycan Dövlət Neft Akademiyasının komandasını 3:0 hesabı ilə məğlub etmişdir.
ADBTİA-nın futbolçuları isə bu mərhələdə Azərbaycan Beynəlxalq Universitetinin komandası ilə qarşılaşmışlar. Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatmışdır.
Qalibi müəyyən etmək üçün təyin olunan 11 metrlik cərimə zərbələrini daha dəqiq yerinə yetirən ADBTİA-nın kollektivi 4:2 hesabı ilə qalib gələrək, qızıl medallar uğrunda mübarizəni davam etdirmək hüququnu əldə etmişdir.
Beləliklə, iyunun 16-da keçiriləcək final oyununda ATU və ADBTİA komandaları qarşılaşacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.06.2024 [15:04]
Azərbaycan avarçəkənləri Qazaxıstandakı turnirdə 8 medal qazanıblar
- 03.06.2024 [14:49]
Azərbaycanın kapoeyra millisi Avropa çempionatında birinci yeri tutub
- 03.06.2024 [13:17]