“Telekom” komandası qadın voleybolçular arasında Azərbaycan Super Liqasının qalibi olub
Bakı, 27 mart, AZƏRTAC
“Telekom” komandası qadın voleybolçular arasında Azərbaycan Super Liqasının 2016/2017-ci il mövsümünün qalibi olub.
AZƏRTAC xəbər verir ki, serbiyalı baş məşqçi Zoran Qaiçin rəhbərlik etdiyi kollektiv ölkə çempionatının son turunda “Lokomotiv”i 3:0 hesabı ilə məğlub edərək qızıl medalları qazanıb. Beləliklə, 15 oyundan 14-də qələbə qazanan “Telekom” ölkə çempionu adına sahib olub.
Mövsümə “Azəryol”-“Azərreyl” matçı ilə yekun vurulacaq. Reqlamentə əsasən, çempionluqda xallar deyil, qələbə sayı əsas götürüldüyündən bu qarşılaşmanın nəticəsi heç bir əhəmiyyət kəsb etmir. “Telekom”un “Lokomotiv” üzərində qalibiyyətindən sonra “Azərreyl” çempion titulu ilə vidalaşaraq gümüş medalla kifayətlənib. “Azəryol” isə bürünc medalları daha əvvəl təmin etmişdi. Ölkə çempionatında “Lokomotiv” dördüncü, Gürcüstan komandası isə sonuncu yeri tutub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]