Azərbaycan Dövlət İnformasiya Agentliyi

TEMATİK ƏLAVƏ AZƏRBAYCAN

Materiallar Azərbaycan Respublikası Prezidentinin

mətbuat xidmətinin köməyi ilə hazırlanmışdır TEMATİK ƏLAVƏ AZƏRBAYCAN

“İzvestiya” qəzetinin 24 noyabr tarixli nömrəsində Azərbaycana həsr olunmuş tematik əlavə verilmişdir. AZƏRTAC həmin materialları oxuculara təqdim edir.

İLHAM ƏLİYEVİN ZAMANI

Bakıda hakimiyyət təzələnir. Parlament seçkilərindən sonra, qanunverici hakimiyyət təzələnir, yüksək vəzifəli korrupsiyaçılar həbs edildikdən sonra icra hakimiyyəti təzələnir. Mübaliğəsiz, deyə bilərik ki, indi Azərbaycan yeni siyasi dövrə qədəm qoyur. Özü də nəinki atasının ən yaxşı keyfiyyətlərini nümayiş etdirən, həm də ölkəni inama tərəqqi yolu ilə daha da irəli aparmağa hazır olan Prezident İlham Əliyevin rəhbərliyi altında qədəm qoyur.

Oleq SIQANOV

Azərbaycanın öz zaman rəngi var

2005-ci ilin parlament seçkiləri ərəfəsində siyasi kombinasiyaların hazırda postsovet məkanında geniş yayılmış modellərini Azərbaycana tətbiq etməyə tələsənlər az olmamışdır. Bu zaman narıncı rəngi daha çox gözə soxurdular, bir də ona görə ki, təxminən bir il əvvəl Kiyevin mərkəzi meydanında ilk maydan formalaşmışdı və ukraynalıların indiki prezidenti hakimiyyətə hansı yollarla gətirdiklərini hamı xatırlayır. Bəziləri daha coşğun variantı da götür-qoy edərək, belə bir mövzuda mülahizələr yürüdürdülər ki, Azərbaycan müxalifətçiləri Tbilisi variantını təkrar edə bilərlərmi. Məlum olduğu kimi, Gürcüstanda o vaxt, parlament seçkiləri ərəfəsində icra hakimiyyəti daha ölkəni idarə etmək iqtidarında deyildi. Odur ki, müxalifətin lideri, gələcək Prezident Saakaşvili ahıl yaşlı Şevardnadzenin zəifləmiş əllərindən yerə düşən hakimiyyət sükanını, sadəcə olaraq, öz əlinə aldı. Artıq tamamilə xülyalara qapılan müxalifət başçıları bu ilin Özbəkistan variantını Azərbaycan şəraitində tətbiq etməyə çalışırdılar. Məlum olduğu kimi, bu il Özbəkistanın Fərqanə vilayətinin paytaxtı Əndican şəhərində müxalifət silahlı qiyam qaldırmış, sonra o, iqtidar tərəfindən amansızcasına yatırılmışdır.

Azərbaycanda əhvalat başqa cürdür. Ab-hava ayrı cürdür. Azərbaycanın öz yolu var.

Azərbaycan parlamentinə noyabr seçkiləri şəffaflıq, ədalətlilik və demokratiklik baxımından nəinki hətta beynəlxalq imtahandan uğurla çıxdı, həm də başlıcası, dövlət sisteminin möhkəmliyini nümayiş etdirdi. Seçkilər Prezidentlə cəmiyyət arasında canlı, təsirli əlaqənin olduğunu sübuta yetirdi. Sadə dillə desək, azərbaycanlılar təkcə parlamentə deyil, İlham Əliyevə də səs verdilər və onu dəstəklədilər.

Bəs cəmiyyətin öz lideri ardınca belə inamla getməsinin səbəbləri nədədir? Nə üçün bugünkü azərbaycanlılar cavan Prezidentin, Heydər Əliyevin oğlunun tərəfdarlarına səs verirlər? Bu səbəbləri başa düşmək üçün Azərbaycanın siyasi sisteminin ən yeni tarixinə nəzər salmaq kifayətdir.

Heydər Əliyevin hakimiyyətinin onilliyi uğurlu dövlət quruculuğu (icra hakimiyyəti vertikallarının yaradılması), iqtisadi bünövrənin qoyulması (regionda ən iri neft-qaz müqaviləsinin bağlanması), ölkənin sosial inkişafı proqramlarının həyata keçirilməsinə başlanması (torpaq islahatı, regional inkişaf proqramları, yoxsulluqla mübarizəyə başlanması) epoxası olmuşdur.

İndi sabitləşdirmə epoxası artıq başa çatmaqdadır. O mənada yox ki, sabitləşmənin özü sona yetir, xeyr, məhz o mənada ki, iqtisadi və ictimai potensialı daha çox artırmaq vəzifəsi, XXI əsrə sürünə-sürünə deyil, yüksək sürətlə daxil olmaq vəzifəsi ön sıraya çıxır.

Ata irsi

Bakıya gələn bir çox həmkarlarım paradoksal bir mənzərəyə təəccüb qalırlar: Heydər Əliyevin xatirəsinə, demək olar, konfusiçiliyə xas ehtiram iqtidarın bəzi konkret tədbirlərinə çox tənqidi əhval-ruhiyyəli, hərdən hətta öz ədası ilə öyünən dünyəvi cəmiyyətlə çulğaşır.

Heydər Əliyevin unikallığı ondadır ki, hətta indi, nə qədər ki, tarix öz intəhasız gərdişlərini davam etdirir, bu şəxsiyyətin bütün əzəmətini təsəvvürə gətirmək bizim üçün hələ çətindir, tezdir. Əslən naxçıvanlı olan Heydər Əliyev sovet funksioneri, ən yüksək zirvələrədək ucalmış aparatçı kimi, sovet dövlətçiliyinə başçılıq etmək üçün bütün əsaslara malik idi. Əbəs deyildi ki, vaxtilə onu hökumətin sədri kimi görmək istəyirdilər.

Bir siyasətçi kimi SSRİ-də yetişən Heydər Əliyev Moskvadan elə bir ölkəyə qayıtdı ki, o vaxt bu ölkə dünyanın siyasi xəritəsində müstəqil dövlət kimi hələ göstərilməmişdi, kifayət qədər mürəkkəb xarakterli qonşuların əhatəsində idi. Heydər Əliyev sanki iki qütbdən ibarət əraziyə - bir tərəfdən, o vaxt bəzi fərsiz-fərasətsiz siyasətbazların siyasi çəkişmələr meydanına çevirdikləri Bakı meqapolisinə, digər tərəfdən isə, mərkəzdən az idarə edilən və bir hissəsinin indiyədək qonşu Ermənistanın işğalı altında qaldığı əyalətə qayıtmışdı. Həmin vaxt Azərbaycanın süquta uğrayacağı bəzilərinə tam qanunauyğun hal kimi görünürdü. Lakin Əliyev belə düşünmürdü, çünki ölkəsinin potensialına inanırdı.

Heydər Əliyev nə edir? O, dövlət xidmətinin idarə olunan aparatını zərrə-zərrə toplamağa başlayır. Yeni sistemin əsasını təşkil edən kadrların siyasətə baxışları müxtəlif ola bilərdi, lakin Əliyev üçün komandanın seçilməsinin başlıca meyarı insanın komandada ölkənin tərəqqisi və onun xalqının firavanlığı naminə işləmək bacarığı idi. 1993-cü ilin oktyabrından Əliyevin idarəçilik korporasiyası yaradılmağa başlandı. Bu sistemin davamlılıq ehtiyatı saysız-hesabsız sosial və iqtisadi problemlərin tədricən öz həllini tapmasına mütənasib surətdə artırdı.

İdarəolunma problemi. Səkkiz milyon nəfər əhalisi olan kiçik bir ölkə yüksək həyat səviyyəsinə malik olmağa, sadəcə, borcludur. Ölkənin daxilində qızğın siyasi döyüşlərin getməsi heç də vacib deyildir. Bu, bəzi Azərbaycan liberallarının nə qədər xoşuna gəlməsə də, belə ölkədə dərin ideya-siyasi fikir ayrılıqları olmamalıdır. Əgər birdən belə fikir ayrılıqları yaranmağa başlayırsa, onda ölkə parçalanmaq riski ilə üzləşir. Siyasi taktika, idarəçilik texnologiyası, bu və ya digər məsələlərin həlli variantları – bütün bunlar açıq şəkildə, parlamentdə və ictimai yerlərdə, kütləvi informasiya vasitələrində müzakirə olunur. Belə konstruktiv müzakirə çərçivəsindən kənara çıxan kimi, başqa bir siyasət – qiyam siyasəti əmələ gəlir. Bir il sonra (1994-cü ildə) Əliyev Surət Hüseynovun qiyamçılarının çıxışını, daha bir il sonra polisin xüsusi təyinatlı dəstəsinin üsyanını yatırır. Azərbaycanın siyasi həyatı düz 1997-ci ilədək sabitləşdi, nəzarət edilən məcraya düşdü. Sonuncu səs-səmir spiker-oliqarx Rəsul Quliyevin istefası oldu. Bakı neftayırma zavodunun keçmiş rəhbəri hakimiyyətdə öz oyununa başlamağı qərara aldıqda, Əliyev tərəfindən vaxtında dayandırıldı.

İndi tarix, - bu da maraqlıdır, - hoqqabazlıq şəklində təkrar olmuşdur, sabiq parlament sədri İlham Əliyevə qarşı “narıncı şahzadə” oyunu oynamağa çalışdı, amma Bakıya heç cür gəlib çıxa bilmədi. Dövlətin pullarını mənimsəməyə (oğurluğa) görə həbsxanaya düşmək perspektivi öz siyasi karyerasını güdaza vermək üçün ona çox da cəlbedici görünmürdü.

Sistemli inkişaf proqramı. Heydər Əliyev yeni Azərbaycan dövlətçiliyinin əsaslarını qurmaq vəzifəsini bütünlüklə yerinə yetirdi. Lakin Azərbaycanda hər şey heç də sadə deyildir. İdarəçilik sisteminə və dövlət idarəçilərinə ənənəvi baxış peşəkarlıq keyfiyyətləri ilə yanaşı, yüksək menecer vəzifəsinə iddiaçıda müəyyən səviyyədə nüfuz və təsir olmasını da nəzərdə tutur. Bir sözlə, Azərbaycan naziri ağıllı, yaxşı ada malik və imkanlı olmalıdır. Ona görə də Əliyev nazirləri korporativ komandaya qəbul edərkən onlarla, bir növ, müqavilə bağlayır – siyasi iddialardan tamamilə imtina etmək müqabilində müəyyən səviyyədə inzibati sərbəstlik, menecer sərbəstliyi verirdi. Çünki ölkədə elə bir zaman idi ki, boş yerdə gen-bol siyasi iddialar irəli sürmək olmazdı.

Sistem də işə düşdü. Bir çox nüfuzlu xarici ekspertlərin təsdiqlədikləri kimi, iqtisadiyyatın saysız-hesabsız struktur məsələlərini təxminən iki ilə həll etmək, gələcək dinamik inkişaf üçün baza hazırlamaq mümkün oldu. Elə o vaxtlar, doxsanıncı illərdə neft-qaz layihələri ətrafında vəziyyətdə dönüş yaratmaq, boru kəmərlərinin çəkilməsinin strateji yollarını prinsip etibarilə müəyyən etmək mümkün oldu.

Əliyevin daha bir paradoksu odur ki, möhkəm inzibati sistem dövlət idarəçiliyinin Avropa standartlarına ən ciddi diqqət yetirilməklə yaradılır. Heydər Əliyevin strateji vəzifəsi – gələcək həllini oğluna həvalə etdiyi vəzifə Azərbaycanın inzibati idarəçilik kompleksini mümkün olan dərəcədə Avropa normalarına uyğunlaşdırmaqdan ibarətdir.

Resurslar hökumətin əlində cəmləşdikdə hər bir idarəçinin məsuliyyəti qat-qat artır. Vəzifədən şəxsi mənafelər naminə istifadə edilməsi isə dövləti cinayətə bərabərdir. Əliyev sisteminin Avropa üçün səciyyəvi olmayan belə bir məqamı məmurların prezidentə şəxsi loyallığı ilə bağlı böhranlara potensial surətdə sövq edə bilər. Seçkilərə iki həftə qalmış bütün Avropa Prezident İlham Əliyevin və qeyri-loyal məmurların bütöv qruplarını hakimiyyət vertikalından çıxarmış Azərbaycanın güc idarələrinin hərəkətlərini aşkar maraqla izləyirdi. Özü də söhbət Heydər Əliyevin dövründə loyallığı şübhə doğurmayan adamlardan gedirdi.

İrsdən necə istifadə etməli

Hərtərəfli təhsilli, Avropa hakimiyyət sisteminin necə işlədiyini təfərrüatı ilə bilən İlham Əliyevə heç də asan irs qalmamışdır. Dövlət elə bir korporasiyadır ki, onun cazibə qüvvəsi liderin şəxsi nüfuzudur. Özü də İlham Əliyevə ikiqat çətindir – bu nüfuz sahibi rolunda hansısa mücərrəd sima deyil, öz atasının nəhəng siması çıxış edir. Təbii ki, indi, hər gün bütün Azərbaycan onu atası ilə müqayisə edir.

İlham Əliyev formalaşmış komandanın və ən başlıcası, idarəçilik sisteminin daxilində tamamilə yeni bir prezident kimi fəaliyyətə başlamışdır. Dövlətin, idarəçilik sisteminin necə yaradıldığını o, hamıdan daha yaxşı bilir. Bununla yanaşı, Avropa təhsilli insan olaraq, o, indiki şəraitdə total paternalist sistemin məhdudluğunu da çox gözəl başa düşür.

Əgər Heydər Əliyevin dövründə çoxları hələ adəti üzrə Azərbaycanı postsovet münaqişələrinin çulğaşdığı ərazi kimi qəbul edirdisə, İlham Əliyevin dövründə Azərbaycan özünün getdikcə daha güclü mənafelərinə, müxtəlif tərəfdaşlarına malik olan real coğrafi-siyasi oyunçuya çevrilir. İndi vəziyyət elədir ki, Azərbaycan real surətdə regional lider dövlətə çevrilə bilər. Bu, böyük coğrafi-siyasi oyunda ümidi artırır, qarşıya tamamilə yeni öhdəliklər qoyur, hadisələrin inkişafının tamamilə yeni məntiqi meydana gəlir. Yeni dövr başlanır. Elə bir dövr ki, ola bilsin, gələcəkdə tarixi baxımdan onu Azərbaycan üçün yeni epoxa adlandıracaqlar.

Parlament seçkiləri ərəfəsində əvvəlki hakim elitanın bir hissəsi ilə vidalaşmaq keçmişdən başlanan bəzi proseslərə yekun vurdu. İki il əvvəl tam legitim hakimiyyət qazanan cavan Prezident indi öz siyasi xəttinin inkişafında irəliyə doğru ciddi və qətiyyətli gediş etmişdir. Azərbaycanda, adətən, belə söyləyirlər, elə İlham Əliyevin özü də tez-tez deyir ki, o, atasının irsini davam etdirir. Bu, nəinki doğrudur, həm də indi daha dolğun məzmun kəsb edir: bu gün belə varislik həm də irəliyə doğru sürətli hərəkətə, ölkənin gələcəyə sıçrayışına imkan verir.

Təcrübə ilə mütərəqqi yeniləşmənin, ənənə ilə gəncliyin tarixən nadir bir sinergetikası yaranır.

İndi Azərbaycanda çoxları məhz bu mütərəqqi sıçrayışa köklənmişdir. İnsanlar keyfiyyətcə yeni dinamika gözləyirlər, lap istəsəniz, yeni estetika, yeni idarəçilik üslubu gözləyirlər. Bu gün Azərbaycanda həyat meydanına artıq yeni nəsil çıxır. Sadəcə, “əmək haqqı naminə, təminat xərcləri naminə deyil, heç olmasa, gəncliyin vətənpərvərlikdən doğan altruist hisslərinə, mütərəqqi ehtirasına görə ölkənin taleyində çox fəal iştirak etmək bu adamlara maraqlıdır. İlham Əliyev bu yeni mütərəqqi nəslin məhz öz adamıdır.

Kamil, daha yaşlı insanlar isə indiki Prezidentdən onların zəmanəsi üçün daha səciyyəvi olan stilistika da gözləyirdilər, sərt qərarlar onlar üçün anlamlı və yaxındır, onlar Prezidentin şəxsində nəinki sadəcə, hadisələrə çevik reaksiya vermək rejimində ölkəni idarə etməyə qadir olan, həm də hadisələrin inkişafını öncədən görə, hadisələri qabaqlaya bilən bir insanı görürlər. Oğul bu baxımdan da atanın işini davam etdirir. Elə bunun özü İlham Əliyevin nüfuzunun daha da möhkəmlənəcəyinə təminat verir.

Yeni müxalifətin güclü hakimiyyət

üçün rolu necə olmalıdır

İndiki iqtidarın rəhbərliyi ilə ölkənin qazandığı uğurlar respublikada fəaliyyət göstərən radikal müxalifətə, əslində, az təsir bağışlayır. Sanki bu adamlar real dünyada deyil, mitinqlər üçün uydurulmuş dünyada yaşayırlar.

Müxalifət liderlərinin radikal qrupunun üç problemi vardır. Birinci problem – Xalq Cəbhəsinin doxsanınci illərin əvvəllərindəki gurultulu çıxışlarından sonra ötən illər ərzində iqtidarla qarşıdurmanı, demək olar, sıfırdan başlayaraq təşkil etmək üçün bir sıra metodika və üsullar meydana gəlmişdir (tək-tük etiraz aksiyaları, fləş-moblar, yəni tör-töküntülərin yığnaqları, şəhərin həyatını iflic edən müddətsiz tətillər). İndi belə siyasi texnologiya Azərbaycan da daxil olmaqla, istənilən ölkədə həyata keçirilə bilər, özü də qəpik-quruşa.

Amma müxalifət mühafizəkardır. Müxalifətdə liderlərin rotasiyası, yəni təzələnməsi, dəyişməsi baş vermir. Ən kədərlisi isə odur ki, müxalifətdə fikir rotasiyası da baş vermir. Müxalifət liderlərinin əksəriyyəti üçün onların hərəkatı dolanacaq yeridir, öz mövcudluğunu sponsorlara xatırlatmağın yeganə üsuludur. Buna görə də onlar belə gəlir mənbəyini gənclərlə bölüşməyəcəklər, hər halda, bu parlament seçkilərinədək müxalifət düşərgəsində rotasiya baş vermədi.

Müxalifətin ikinci xüsusiyyəti hər hansı ideyalılığın olmamasıdır. Bütün müddəalar Azərbaycanın intellektual elitasının iqtidarla ümumi olan məkanından həyasızcasına çırpışdırılır. Məsələn, milli vətənpərvərlik ruhunu dirçəltmək ideyası. Bütün xalq hərəkatları milli ideya axtarışlarından başlanmışdır. Ermənistanla münaqişə Azərbaycan üçün yeni ideya gətirdi, lakin nəticədə, özünün indiki formasında, millətin inkişafının yeni yolu kimi azərbaycançılıq ideyası elitanın hazırkı Prezident İlham Əliyevi dəstəkləməyə meyil göstərən hissəsi tərəfindən formalaşdırılır. Əlbəttə, bu, müxalifəti özünə xas şəkildə məyus edir, buna baxmayaraq, o, siyasi spektrin həmin hissəsindən ideyaları oğurlamağından qalmır.

İndi biz “narıncı” ideyanın postsovet ucqarlarında necə geniş addımladığını müşahidə edirik. Aralarına təfriqə düşən Azərbaycan müxalifəti də özünü bu rənglə ruhlandırmağa çalışır. “Narıncı” ideyadan yapışıb siyası meydanda qalmağa can atır. Amma unudur ki, Azərbaycanda “narıncı” güvəyə əl-qol açmağa heç cür imkan verməyən mühüm bir məqam var. Həmin məqam ondan ibarətdir ki, müxalifət xadimlərinə nisbətən, İlham Əliyev sadəcə olaraq, daha müasir və nüfuzlu liderdir. Bu, təbiidir. Heç olmasa ona görə ki, onun hərəkətlərinin faydası küçə-meydanlardakı çənəvurmaların faydasından daha çoxdur. Digər tərəfdən, gerçəkləşdirilən hökumət proqramlarını əhalinin əksəriyyəti inkişafın Avropa prinsiplərinin – bütün ölkələrin narıncılarının sanki tərəfdar çıxdıqları prinsiplərin həyata keçirilməsi kimi qəbul edir. Fərq yalnız ondadır ki, müxalifət hər şeyin və elə indi olmasını tələb edir, hökumət isə öz proqramlarını müəyyən vaxt ərzində yerinə yetirir. Çünki biz nağıllar aləmində yaşamırıq, “hər şey, özü də məhz indi” real həyatda heç də həmişə mümkün olmur.

Daha bir paradoks: vətəndə etiraz potensialını səfərbərliyə almaq imkanı olmayan müxalifət liderləri öz xalqının başı üstündən, çox vaxt da ingilis dilində transparantların köməyi ilə Corc Buşa müraciət etməyə, dəstəyi öz seçiciləri arasında axtarmaqdansa, daha çox Qərbdə axtarmağa məcburdurlar.

Ən nəhayət, nəsillərin fərqi məsələsi. İlham Əliyev İsa Qəmbərdən, Rəsul Quliyevdən cavandır. Onlarla müqayisədə İlham Əliyevin tamam başqa perspektivləri var. O, sadəcə olaraq, daha ağıllı, daha çevik, daha istedadlıdır. Onun siyasi perspektiv barədə təsəvvürü daha geniş və vüsətlidir.

Müxalifətin rəhbər nümayəndələri ilə iqtidar arasında çətin gedən danışıqlar prosesi, bayağı görünsə də, əsasən bununla bağlıdır ki, Əliyevə onların pensiyasını (parlament vəzifəsi ilə, yaxud hökumətdə hər hansı “gəlirli” səviyyədə üzvlüklə) təmin etməyi təklif edirlər. Ona görə də müxalifətin pensiya düşərgəsində rəhbər elitaya rəxnə salmaq ideyası yaranmışdır. Azərbaycanda belə ittifaq – müxalifət “tuz”larının və korrupsiyaya qurşanmış bir qrup məmurun ittifaqı ölkəni müharibə həddinə gətirib çıxaran ciddi vətəndaş böhranı yarada bilərdi. Amma yaratmadı. Yenə də ona görə ki, İlham Əliyev dardüşüncəli və bəsirətsiz opponentlərinə asanlıqla qalib gəldi.

Azərbaycan haraya gedir

Azərbaycanda cari ildə baş vermiş hadisələrə nəzər salaq. Bu hadisələr göstərir ki, yeni Prezident hakimiyyətin simasını dəyişməyə çalışır. Həm də sübut edir ki, o, ölkənin iqtisadi tərəqqisini təmin etməyə qadirdir.

Bu il Bakı-Ceyhan boru kəməri, demək olar, tamamilə çəkilib başa çatdırılmışdır, paralel olaraq, Transqafqaz qaz kəməri tikilir. Belə fikir var ki, ABŞ hökumətini prezident hakimiyyətinin irsən keçməsi faktına loyal yanaşmağa məhz bu məcbur etmişdir. Bizə isə belə baxış bir qədər bəsit görünür. Səfərə gələn çoxsaylı şəxslər – Madlen Olbrayt, senator Riçard Luqar, müdafiə naziri Donald Ramsfeld, Kondoliza Raysın MDB üzrə köməkçisi Daniel Frid, yüksək vəzifəli məmurların bütün bu qrupu Azərbaycanda fəaliyyət göstərən və sazişə gəlməyə qadir olan yalnız bir siyasətçini – İlham Əliyevi görür.

Parlament seçkiləri İlham Əliyev üçün müxalifəti konstruktiv ruhda kökləməyə çalışmaq imkanı olmuşdur. O, il ərzində müxtəlif çıxışları zamanı daim deyirdi ki, Azərbaycana güclü dövlət naminə iqtidara opponentlik edən savadlı müxalif qüvvə gərəkdir. Olmaya, Prezident özünə opponentləri özü yaratmalıdır ki, sonra onu demokratiyanı süni surətdə yaymaqda da qınasınlar?

Parlamentə yeni qüvvələr gəlməsi üçün Prezident kifayət qədər əlverişli şərait yaratmışdır. Müxalifətin prokurorluqda suallar verilməli olan “ağırçəkililəri (Rəsul Quliyev, Ayaz Mütəllibov) də daxil olmaqla, əslində, arzu edənlərin hamısı deputatlığa namizəd kimi qeydə alınmışdı. Ekzit-pol keçirən ən mötəbər şirkətlərlə sazişlər bağlanmışdı. Qeyri-hökumət təşkilatlarından yüzlərlə müşahidəçi dəvət edilmiş, bütün seçicilərin siyahıları MSK-nın internet saytında yerləşdirilmişdi. Nəhayət, dövlət çevrilişi cəhdləri ifşa olunduqdan sonra seçicilərin barmaqlarını işarələməyə icazə verilmişdi.

Seçkilərin yekunlarına görə, mərkəzçi mövqe tutan müstəqil namizədlər nəzərə alınmaqla, iqtidaryönlü Yeni Azərbaycan Partiyasının parlamentdə yerlərinin sayı, əslində, dəyişməmişdir. Əvvəlki parlamentdə Yeni Azərbaycan Partiyası 125 deputat mandatından 73-nə malik idi, indikində isə onun 61 mandatı var. Müxalifətçilərin sayı, onların istədikləri qədər olmasa da, artmışdır. Liderlərdən parlamentə yalnız Əli Kərimli (AXCP) daxil olmuşdur. Saxtarkarlıq olması barədə bir neçə məlumatdan sonra 20 məntəqədə, müxtəlif dairələrdə nəticələr ləğv edilmişdir. Təhqiqata başlanmışdır.

Bütün bunlar belə nəticə çıxarmağa imkan verir ki, İlham Əliyev çoxlarının düşündüyündən də böyük islahatçıdır. Prezidentliyinin ikinci ilinin sonuna o, kifayət qədər loyal, nazirliklərin rəhbərlərindən tutmuş regionların başçılarınadək təzələnmiş idarəçilər komandası ilə gəlmişdir. Elə bir komanda ilə ki, o, “narıncı” təhlükədən qorxmamağa qadirdir, bəzi nazirlərin etdikləri kimi, Prezidentlə müxalifət arasında vurnuxmur, əksinə, yeganə zəruri işlə - Azərbaycanı gələcəyə doğru aparmaqla məşğul olur.

Azərbaycanda parlament seçkiləri

barədə rəylər

İndiki seçkilərin başlıca fərqləndirici cəhətlərindən biri dünya ictimaiyyətinin onlara görünməmiş diqqətidir. Bir növ rekord vurulmuşdur: səsverməni 1500 nəfərdən çox beynəlxalq müşahidəçi izləyirdi. Onlar hər bir seçki dairəsində işləyirdilər. Onların, habelə digər tanınmış siyasi xadimlərin ötən seçkilər barədə rəylərini sizin diqqətinizə çatdırırıq.

Sergey LAVROV,

Rusiyanın xarici işlər naziri

- Mən Azərbaycanda parlament seçkilərinin nəticələrini şübhə altına almaq üçün heç bir əsas görmürəm. Rusiyanın seçkilərə qiyməti belədir ki, “pozuntular olmuşdur, lakin bunlar seçkilərin nəticələrinə təsir göstərməmişdir”. Rusiya ATƏT çərçivəsində, MDB xətti ilə və ikitərəfli qaydada digər ölkələrlə müqayisədə ən çox müşahidəçi göndərmişdi, ona görə də öz obyektiv informasiyasına malikdir və bunun da əsasında seçkilərə qiymət verir. Rusiya diplomatlarının fikrincə, Azərbaycandakı seçkilərin qiymətləndirilməsində ATƏT-in tərəddüdləri bu təşkilat tərəfindən seçkilərin monitorinqi ilə əlaqədar bütün məsələləri araşdırmağın zəruriliyini bir daha təsdiq edir.

Vladimir RUŞAYLO,

MDB-dən olan müşahidəçilər missiyasının

başçısı, Birliyin İcraiyyə Komitəsinin rəhbəri

- MDB-dən olan müşahidəçilər missiyası noyabrın 6-da Azərbaycan Milli Məclisinə keçirilmiş seçkiləri yerli qanunvericiliyə və demokratiya normalarına müvafiq seçkilər kimi tanıyır. MDB-dən olan müşahidəçilər hesab edirlər ki, Milli Məclisə seçkilər mövcud Seçki Məcəlləsinin normalarına uyğun keçirilmişdir. Müşahidəçilər ümidvar olduqlarını bildirirlər ki, bu seçkilər ölkədə ictimai-siyasi vəziyyətin sabitləşməsində, demokratiyanın möhkəmləndirilməsində təsirli amil olacaqdır. Azərbaycanın hakimiyyət orqanları vətəndaşların seçki hüquqlarını tam təmin etmişdir, qeydə alınan pozuntu halları isə kütləvi xarakter daşımamış və seçkilərin nəticələrinə əhəmiyyətli təsir göstərməmişdir. Onu da vurğulamaq istəyirəm ki, PA Consulting və Mitofski İnternational şirkətlərinin apardıqları ekzit-pollar böyük pozuntularla müşayiət olunurdu, buna görə də onların nəticələri həqiqəti təhrif edir. Müşahidələr bir daha sübut edir ki, bu şirkətlərin keçirdikləri sorğular real mənzərəni əks etdirmir və obyektiv qiymət üçün əsas sayıla bilməz.

Svetlana ORLOVA,

Rusiya Federal Məclisi Federasiya Şurası

sədrinin müavini, Avropa Şurasının Avropanın

yerli və regional hakimiyyət orqanları

konqresinin nümayəndəsi

- Azərbaycanda gənc demokratiya beynəlxalq normalara və insan hüquqlarına ardıcıl riayət olunan azad demokratik cəmiyyətin standartlarına uyğun gəlmək kimi mühüm imtahandan ləyaqətlə çıxdı. Demokratiyanın bərqərar olduğu ölkələr Azərbaycanda son 10 ildə edilən sıçrayışı layiqincə qiymətləndirməlidir.

Müşahidəçilərin görünməmiş sayda çoxluğu (demək olar, 1600 xarici və 17 mindən çox yerli müşahidəçi) səsvermə prosesi üzərində ucdantutma nəzarəti təmin etmişdir. Avropa Şurasından olan müşahidəçilər qrupu Bakı, Sumqayıt, Göyçay şəhərlərinin, Abşeron rayonunun 45 məntəqə seçki komissiyasında olmuşdur. Uzunmüddətli və qısamüddətli müşahidə zamanı seçki prosesinin gedişi haqqında obyektiv rəy formalaşmışdır. Müsbət məqamlarla yanaşı, seçki prosesində ayrı-ayrı pozuntu halları da qeydə alınmışdır ki, bunlar da hakimiyyət orqanları tərəfindən diqqətlə araşdırılır.

Azərbaycan Mərkəzi Seçki Komissiyasinin sədri

Məzahir PƏNAHOV:

“HESAB EDİRƏM Kİ, BİZ QARŞIYA QOYULMUŞ

VƏZİFƏNİN ÖHDƏSİNDƏN GƏLDİK”

Azərbaycanda parlament seçkiləri, buna bənzər istənilən irimiqyaslı aksiya kimi həm dövlət orqanlarının, həm də çox böyük sayda müxtəlif yönümlü ictimai təşkilatların səyləri və ehtiyatlarının maksimum cəmləşdirilməsini tələb etmişdir. Bununla belə, məlum olduğu kimi, seçkilərin keçirilməsində əsas səlahiyyətli qurum Mərkəzi Seçki Komissiyasıdır. Təşkilati işlərin bütün ağırlığı və yeri gəlmişkən, seçkilərin nəticələri üçün bütün məsuliyyət onun üzərinə düşmüşdür. Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir PƏNAHOV bu çətin vəzifənin necə yerinə yetirildiyi barədə söhbət açır.

Şamil MƏCİDOV

- Siz MSK-ya birinci il deyil ki, başçılıq edirsiniz və seçki texnologiyalarında kifayət qədər təcrübəli adamsınız, ona görə də ötən seçkilər barədə, necə deyərlər, isti-isti ən ümumi şəkildə təəssüratınızı eşitmək maraqlı olardı.

Əlbəttə, düşündüyüm birinci və ən əsas məsələ odur ki, Mərkəzi Seçki Komissiyası və onun yerlərdəki qurumları - dairə və məntəqə seçki komissiyaları qanunvericiliyin tələblərinin, dövlətimizin başçısının seçki praktikasının təkmilləşdirilməsi və seçki prosesinin uğurla keçirilməsinə dair təxirəsalınmaz tədbirlər haqqında Sərəncamlarının yerinə yetirilməsinin öhdəsindən nə dərəcədə gəlmişdir. Təvazökarlıqdan uzaq da olsa, deməliyəm ki, biz bu vəzifənin öhdəsindən kifayət qədər peşəkarlıqla gəldik.

- Yeri gəlmişkən, pozuntu halları arasında adamların seçki siyahılarına düşməməsi faktlarından daha az xatırladılır. Bunu nə ilə izah etmək olar?

- Təəccüblü heç nə yoxdur. Bu, bizim ötən seçki kampaniyalarında həmişə ən zəif məqam olmuşdur. Prezidentin seçki praktikasının təkmilləşdirilməsi haqqında Sərəncamında bu, ən əsas məqamlardan biri kimi vurğulanmışdı və Mərkəzi Seçki Komissiyası lap əvvəldən seçici siyahılarını diqqətlə hazırlamağa başlamışdı. Miqrasiya fəallığının yüksək olduğu bir ölkədə bunun necə çətin olmasından danışmayacağam. Lakin səylərimiz hədər getmədi – səsvermə günü məhkəmə qaydası ilə seçici siyahılarında bərpa olunanların sayı səs vermək hüququ olanların ümumi sayının təxminən 0,05 faizini təşkil edirdi. O qədər cüzi rəqəmdir ki, hətta ən tənqidi əhval-ruhiyyəli müşahidəçilər də bunu çox böyük nailiyyət kimi qəbul etməyə məcbur oldular.

- Ancaq bu, yəqin ki, təkcə MSK-nın və onun qurumlarının xidməti deyildir?

- Heç şübhəsiz, təkcə öz qüvvəmizlə bu nəhəng işin öhdəsindən çətin ki, gələrdik. Yerli hakimiyyət orqanları çox iş gördülər. Onlar istənilən sorğumuza həvəslə cavab verir, onları vaxtında, əsasən, keyfiyyətlə yerinə yetirirdilər. Ümumiyyətlə, indi, seçkilərdən sonra yerli hakimiyyət orqanlarının ünvanına çoxlu iradlar və məzəmmətlər eşidilir. Onları seçki prosesinə qanunsuz müdaxilədə təqsirləndirirlər və bəzi hallarda bu, tamamilə ədalətlidir. Lakin hər şeyi qarışdırmaq olmaz. Mən qəti əminəm ki, yerli hakimiyyət orqanlarının fəal və həvəsli işi olmadan seçkiləri təşkilati baxımdan belə yüksək səviyyədə keçirə bilməzdik.

- Ekzit-polun nəticələrini necə qiymətləndirirsiniz? Hesab edirsinizmi ki, səsvermədən çıxanda sorğu keçirilməsi belə vacib idi?

- Ekzit-pol bizdə ilk dəfə və yeri gəlmişkən, beynəlxalq təşkilatların tövsiyəsi ilə keçirilirdi. Zənnimcə, həm səsvermə prosesinin demokratikliyinin və şəffaflığının təmin olunmasında, həm də səslərin hesablanmasının obyektivliyində bu vasitə də öz rolunu oynamışdır. Məsələn, ekzit-pol üzrə əsas qurumun - ABŞ-ın PA Consulting şirkətinin apardığı sorğunun nəticələri rəsmi protokollardakı məlumatla 83 faiz üst-üstə düşür. Ekzit-polun zəruriliyinə gəldikdə isə, zənnimcə, demokratiyanın inkişaf etməkdə olduğu ölkələr üçün, - Azərbaycan da bu qəbildəndir, - bu vacibdir. Ən azı, seçkilərin nəticələrinə münasibətdə dürüst və adekvat ictimai rəy formaslaşdırmaq üçün lazımdır.

- Obyektiv ictimai rəy, şübhəsiz, yaxşıdır, bəs ictimai nəzarət barədə nə deyə bilərsiniz? Seçki kampaniyasının bütün mərhələlərində tam şəffaflıq təmin olunmuşdumu?

- Prezident İlham Əliyevin bundan əvvəl xatırlatdığım Sərəncamı bizdən, ilk növbədə, bütün kampaniya boyu maksimum şəffaflıq yaradılmasını tələb edirdi. Namizədlərin irəli sürülməsindən, qeydiyyata alınmasından tutmuş seçici səslərinin hesablanmasınadək bütün proseslər tam aşkarlıq və açıqlıq şəraitində keçirilirdi. Heç bir məxfilik yox idi, ictimaiyyət, həm yerli, həm də əcnəbi müşahidəçilərin hər cür məlumat almaq imkanı vardı.

- Buna baxmayaraq, seçkidə uduzanların böyük əksəriyyəti səslərin obyektiv hesablanmamasından və yekun protokollarının saxtalaşdırılması faktlarından şikayətlənir. Bu ittihamlar nə dərəcədə əsaslıdır?

- Əlbəttə, deputat mandatını qazana bilməyənləri bir insan kimi başa düşürəm. Onların sayı təqribən min beş yüz nəfərdir, öz məğlubiyyətini səmimi və açıq etiraf edənlərin sayı isə azdır. Hər biri əmindir ki, öz dairəsində məhz o qalib gəlmişdir. Lakin axı, belə olmur. Səslərin hesablanmasında, protokolların tərtib edilməsində saxtalaşdırma faktlarına, digər pozuntu hallarına gəldikdə isə, belə faktlar qeydə alınmışdır və onların hər birini diqqətlə araşdırırıq. Artıq dörd dairədə səsvermənin nəticələri ləğv edilmiş, daha dörd dairədə bəzi seçki məntəqələrinin yekun protokolları etibarsız sayılmış və nəticədə liderlik edən namizədlərin dəyişməsi baş vermişdir. Şikayətlərin yoxlanılması davam edir. Prokurorluq seçkilərin gedişində qanunun pozulması faktları üzrə bir neçə cinayət işi qaldırmış, dövlətimizin başçısının Sərəncamı ilə üç rayonun icra hakimiyyətinin başçıları vəzifələrindən azad edilmişlər.

- Müxtəlif siyasi cərəyanlara mənsub olmaları baxımından dairə, məntəqə seçki komissiyalarının, elə MSK-nın üzvlərinin fəaliyyətini necə qiymətləndirirsiniz?

- Zənnimcə, komissiyalarda normal, işgüzar vəziyyət yaratmağa tamamilə nail olmuşuq. Komissiyalar bərabər əsasda formalaşdırılmışdır, onların tərkibində iqtidarda olan Yeni Azərbaycan Partiyasının, müxalifət partiyalarının nümayəndələri, müstəqil nümayəndələr var. Lakin biz siyasətlə qəti məşğul olmamışıq. Biz sırf seçki qanunvericiliyinə müvafiq işləmişik, hər halda, belə işləməyə çalışmışıq. Müvafiq nəticə də əldə olunmuşdur: seçki məntəqələrinin 80 faizində yekun protokolları istisnasız olaraq, seçki komissiyalarının bütün 6 üzvü tərəfindən imzalanmışdır.

- Mərkəzi Seçki Komissiyası bu seçki kampaniyasında nə kimi təcrübə toplamışdır?

- Şübhəsiz, çox qiymətli təcrübə toplamışdır. Əvvəla, bir çox məsələrlə ilk dəfə qarşılaşırdıq – namizədlərin sayının həddindən çox olması, ekzit-pollar, barmaqların işarələnməsi və sair. Digər tərəfdən, kampaniyanın əsas mərhələlərinin keyfiyyətcə yeni səviyyəsi: namizədlərin qeydiyyata alınması, təbliğat dövrü, səsvermə prosesi, səslərin hesablanması, informasiya xidmətinin on-layn rejimində işi... Bütün bunlar komissiya üzvlərinin və seçicilərin özlərinin təcrübəsini zənginləşdirmişdir. Bu bilik və vərdişlər növbəti belə kampaniyaların təşkilində, şübhəsiz, çox faydalı olacaqdır.

DEMOKRATİYA İMTAHANI

İndiki parlament seçkiləri Azərbaycanda demokratiyanın yetkinliyini yoxlamaq üçün ciddi imtahan idi. Seçki kampaniyası dövründə ölkə beynəlxalq təşkilatların və dünya kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olmuşdur. Onlar seçki kampaniyasının bütün məqamlarını, hakimiyyət orqanlarının və müxalifətin hərəkətlərini, insan hüquqlarına riayət olunmasını diqqətlə izləyirdilər.

Namiq ƏLİYEV

hüquq elmləri doktoru

Parlament seçkilərinin başlıca yekunu ondan ibarətdir ki, Azərbaycan bu il mayın 11-dən noyabrın 6-dək olan dövrdə demokratik inkişaf istiqamətində çox böyük sıçrayış etmişdir. Seçki kampaniyasının özü, dövlət başçısının və müxalifət nümayəndələrinin fəaliyyəti cəmiyyətin demokratikləşməsinin, onun təmizlənməsinin, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin təmin edilməsinin güclü katalizatoru olmuşdur.

Seçkilərin bəzi xüsusiyyətlərini qeyd etmək istərdim. Əvvəla, Azərbaycan üçün qeyri-adi hal kimi, öz passiv seçki hüququnu həyata keçirən çoxlu sayda deputatlığa namizədlərin olması haqqında danışmaq istərdim. Seçki kampaniyası prosesində parlamentdəki 125 yerə deputatlığa 2000-dən çox namizəd irəli sürülmüş, seçkilər günü isə onlardan 1541-i qalmışdı. Şübhəsiz ki, deputatlığa namizədlərin rekord sayı seçkilərin demokratikliyindən xəbər verən faktdır. Lakin nə qədər paradoksal olsa da, ötən seçkilərdə namizədlərin məhdud sayından şikayət edənlər indiki halda deputatlığa namizədlərin problemsiz qeydiyyata alınmasını hakimiyyət orqanlarının siyasi-texnoloji gedişi kimi qələmə verirdilər.

Bu, nə deməkdir? Düşünürəm ki, bu, cəmiyyətin demokratikləşməsi prosesinin qüsurudur. Seçki kampaniyası prosesində qeydiyyata alınmış deputatlığa namizədlərin sayı təkcə demokratikləşmənin səviyyəsinin və seçki hüququnun həyata keçirilməsi imkanlarının deyil, həm də cəmiyyətin şüurunun artmasının, onun bu cür demokratik addımlara hazır olmasının göstəricisidir.

Seçkilərin daha bir fərqli cəhəti 45 xarici ölkədən 1580 müşahidəçinin və 16,5 minə yaxın yerli müşahidəçinin olması idi. Seçki hüququnda müşahidəçilər təsisatı seçicilərin və deputatlığa namizədlərin hüquqlarının təmin olunmasına kömək etməlidir. Lakin həqiqətdə heç də həmişə xoş niyyətlər hökm sürmür. Müşahidələr bu və ya digər müşahidəçinin davranışının və bunun nəticələrinin nə qədər müxtəlif olduğunu göstərir. Bu isə müşahidəçilərin bəzilərinin məsələyə heç də tam obyektiv yanaşmadığından xəbər verir. İndi seçkilərin monitorinqini keçirən hər bir beynəlxalq təşkilat müvafiq ölkənin seçki qanunvericiliyini, özünün təşkilatdaxili təlimatları və metodikalarını əsas götürür. Bu, ayrı-ayrı ölkələrdə seçkilərin qiymətləndirilməsinə yanaşmada müxtəlifliyə, habelə eyni dövlətdə beynəlxalq təşkilatların seçkiləri qiymətləndirməsində fərqlərə gətirib çıxarır. Görünür, seçkilərin monitorinqi ilə məşğul olan beynəlxalq təşkilatlar müşahidəçinin statusu və seçkilərin monitorinqinin keçirilməsinin vahid metodikası barədə vahid beynəlxalq sənədin işlənib hazırlanması haqqında düşünməlidirlər.

“Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair” və “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” Azərbaycan Prezidentinin Sərəncamları ölkədə keyfiyyətcə yeni seçkiqabağı vəziyyət yaratmışdı. Beynəlxalq birlik seçki prosesinin və vətəndaşların müvafiq hüquqlarının təmin edilməsinə yönəldilmiş bu Sərəncamları layiqincə, seçki kampaniyası prosesində baş verə biləcək nöqsanların qarşısının alınması baxımından müsbət addım kimi qiymətləndirmişdir.

Bütün bunlar hələ seçkilərin ideal şəkildə keçirildiyi demək deyildir. Biz bu fikirdən uzağıq. Həm seçicilərin, həm də deputatlığa namizədlərin hüquqlarının pozulması halları olmuşdur. Yol verilmiş səhvləri, xüsusilə ayrı-ayrı yerli hakimiyyət nümayəndələrinin seçki prosesinə müdaxiləsi hallarını uzun müddət və səylə araşdırmaq lazım gələcəkdir. Azərbaycan Prezidenti İlham Əliyevin həm şifahi şəkildə (çıxışlarında və müsahibələrində), həm də normativ aktlarda (yuxarıda göstərilən Sərəncamlarda) qəti qadağalar qoymasına baxmayaraq, belə hallar olmuşdur. Odur ki, dövlət başçısının Seçki Məcəlləsinin pozulması hallarına reaksiya verməsi çox mühüm və sevindiricidir. Məlum olduğu kimi, üç rayonun icra hakimiyyətlərinin başçıları vəzifələrindən azad edilmiş, saxtakarlığa yol vermiş dairə seçki komissiyalarının sədrləri cinayət məsuliyyətinə cəlb olunmuşlar. Düşünürəm ki, pozuntularda təqsiri olanların hamısının cəzalandırılması, hər bir belə fakta münasibət bildirilməsi pozulmuş hüquqların bərpası üçün, gələcək seçkilər üçün, Azərbaycanın seçki sisteminin gələcəyi üçün xüsusilə vacibdir.

Ötən seçkilərə qiymət verilməsinə, özü də obyektiv şəkildə, insan hüquqlarına hörmət və qanunçuluğa riayət olunmasının fundamental prinsiplərini əsas tutaraq, tarix, reallıq və gələcək nəzərə alınmaqla qiymət verilməsinə ehtiyac var. Zənnimcə, Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları İnstitutunun direktoru professor R.Mustafayevin təşəbbüsü ilə yaradılmış Beynəlxalq Elmi Şuranın Ekspert Komissiyasının (BEŞ EK) həmin dövrdəki fəaliyyəti maraqlı və etimada layiq olmuşdur. Hələ seçkilər elan olunmazdan xeyli əvvəl, 2005-ci ilin mayında Beynəlxalq Elmi Şuranın təsis yığıncağında (yeri gəlmişkən, buraya İsveçrə, İsveç, Danimarka, Macarıstan, Rusiya, Rumıniya, Türkiyə və Azərbaycanın bir çox görkəmli alimi daxildir) bəyan edilmişdi ki, Azərbaycan Respublikasının hazırkı (həmin dövrdəki) Seçki Məcəlləsinə uyğun olaraq və ölkə parlamentinə əvvəlki seçkilərin mənfi təcrübəsi nəzərə alınmaqla, noyabr seçkiləri bu sahədə beynəlxalq standartlara uyğun gələ bilməz. BEŞ EK seçkilərin gedişini izləyirdi, iyulun 20-də və avqustun 30-da dərc olunmuş rəsmi məlumatlarında seçki kampaniyası prosesindəki çatışmazlıqları göstərmişdi. Zənnimizcə, bu məlumatlar seçkilər dövründə həm seçki qanunvericiliyinin, həm də seçki praktikasının təkmilləşdirilməsi prosesini əks etdirir. Odur ki, son nəticədə seçkilərin yekunlarını beynəlxalq standartlara uyğun hesab etmiş BEŞ EK-nın rəyi tamamilə qanunauyğun görünür.

Düşünürəm ki, müstəqil Azərbaycan öz tarixinin mühüm mərhələsini yaşadı. Bu mərhələnin yekunlarının, təhlili və nəticələrinin Azərbaycan demokratiyasının və dövlətçiliyinin gələcək inkişafı üçün böyük əhəmiyyəti olacaqdır.

Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli ƏHMƏDOV:

“MÜSBƏT NƏTİCƏLƏRƏ ÜMİD BƏSLƏYİRDİK”

Azərbaycanda başa çatmış parlament seçkilərinin ilkin yekunları hakim Yeni Azərbaycan Partiyasının inandırıcı qələbə qazandığını göstərdi. Eleonora ABBASQULİYEVA YAP-ın bu qələbəyə doğru necə irəlilədiyi barədə Əli ƏHMƏDOVA üç sual vermişdir.

-Parlament seçkilərinə hazırlıq dövründə partiya qarşısına hansı vəzifələri qoymuşdu?

-Hər bir siyasi təşkilat kimi, bizim də məqsədimiz qalib gəlmək idi. Bu vəzifə xəyali planlara əsaslanmırdı, mövcud potensialımıza tam uyğun olaraq qarşıya qoyulmuşdu. Ancaq biz təkcə bu potensiala ümid bağlamırdıq. Çox yaxşı başa düşürdük ki, yalnız yaxşı təşkil edilmiş təbliğat kampaniyası sayəsində müsbət nəticəyə nail olmaq mümkündür.

-Partiyanın proqnozları səsvermənin nəticələri ilə nə dərəcədə üst-üstə düşdü?

-Zənnimcə, seçkilərlə bağlı proqnozlarımız əsas parametrlər üzrə özünü doğrultmuşdur. Əlbəttə, lap dəqiq olsaq, demək lazımdır ki, parlamentdə istədiyimizdən bir qədər az yer qazandıq. Lakin mandatların əksəriyyətini əldə etməklə, qarşıya qoyulan vəzifəni yerinə yetirdik, buna şübhə yoxdur. Namizədlərimizi müxtəlif seçki dairələrindən irəli sürərkən ümid edirdik ki, onlar liderlər arasında olacaqlar. Bunun üçün aparılan tədqiqatlara, təqdim olunmuş namizədlərin şəxsi heyətinin təhlilinə söykənən ciddi əsaslarımız vardı. Dəfələrlə bəyan etmişdik ki, rəqiblərimiz arasında bizimlə ciddi rəqabət apara biləcək namizədlər yoxdur. Səsvermənin nəticələri analitik təhlillərimizin dürüstlüyünü təsdiq etdi. Müxalifət partiyaları seçkilərdə özlərinə təxminən 10-12, ola bilsin, 13 yer təmin edə bildilər.

Əhali arasında aparılan sosioloji sorğular bizi əmin edirdi ki, müxalifət partiyaları indiki reallıqlarda nəinki cəmiyyətdə əhəmiyyətli təsirə malik deyillər, həm də, - bu isə daha vacibdir, - onların mövqeləri getdikcə zəifləyir.

-Müxalifətin zəifləməsinin səbəbi nədədir?

-Bunun bir neçə səbəbi var. Başlıca səbəb odur ki, uzun müddət siyasi meydanda qalan müxalifət partiyaları yerində sayırlar, zamanla ayaqlaşa bilmirlər. Onlar cəmiyyətə yeni heç nə təklif edə bilmir və bu qüvvələrin yeni ideyalara təkan vermək qabiliyyəti yoxdur.

Adamlara isə onları arxasınca aparmağı bacaran passionar qüvvələri dəstəkləmək, yeni ideyalar irəli sürən xarizmatik liderlərin arxasınca getmək xasdır. Bizim əminliyimiz məhz bu ziddiyyətə əsaslanırdı ki, müxalifət partiyaları əvvəlki, 2000-ci ildə keçirilən seçkilərlə müqayisədə parlamentdə daha az yer alacaqlar. Səsvermənin yekunları göstərdi ki, bu partiyalardan xeyli sayda namizədin irəli sürülməsinə baxmayaraq, onların Milli Məclisdə aldıqları yerlərin ümumi sayı, bizim güman etdiyimiz kimi, çox az oldu. Mən bunu təbii hal hesab edirəm və o göstərir ki, cəmiyyət yerində sayanlara etibar etmək istəmir.

Azərbaycanda parlament seçkiləri barədə rəylər

Girt ARENS,

- ATƏT-in müşahidəçilər missiyasının başçısı

-Seçkiqabağı hazırlıq zamanı Azərbaycan rəhbərliyi seçki prosesinin yaxşılaşdırılmasına yönəldilmiş böyük iş görmüşdür. Azərbaycan Respublikasının Prezidenti seçki praktikasının təkmilləşdirilməsinə, seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görülməsinə dair iki Sərəncam imzalamışdır. Barmaqların görünməyən mürəkkəblə işarələnməsi kimi mühüm tədbirlər də görülmüşdür. Bununla belə, seçkilərin gedişində hər halda müəyyən pozuntular olmuşdur. Bir qədər sonra ATƏT Azərbaycanda seçkilər prosesində vəziyyətin yaxşılaşdırılmasına dair tövsiyələr verən hesabatını dərc etmək niyyətindədir. Lakin qeydə alınmış pozuntulara baxmayaraq, ATƏT parlament seçkilərini tanımamaq mövqeyi tutmaq fikrində deyildir. Hansısa dairədə seçkilərin nəticələrini ləğv etmək bizim səlahiyyətimizə daxil deyildir. Bu barədə qərarı hakimiyyət orqanları qəbul edə bilər və artıq konkret nümunələr var.

İnsan Hüquqlarına dair Beynəlxalq Elmi Şuranın (BEŞ) Ekspert Komissiyası

2005-ci ilin aprelində yaradılmış BEŞ Şərqdə insan hüquqları sahəsində ixtisaslaşmış ekspertlərdən ibarət ilk elmi birlikdir. Bu təşkilat qısa vaxt ərzində həm dünyanın aparıcı ictimai və siyasi xadimləri, həm də beynəlxalq təşkilatlar, ilk növbədə, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Cenevrədəki Siyasi Təhlükəsizlik Mərkəzi tərəfindən geniş beynəlxalq dəstək almışdır. Ekspert komissiyasının rəyinə görə, səsvermə günü yol verilmiş ayrı-ayrı hüquq pozuntularına baxmayaraq, üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilər Azərbaycan cəmiyyətinin demokratikləşməsindən xəbər verir. Səsvermə prosesi Azərbaycanın şəffaf və ədalətli seçki kampaniyası keçirmək barədə üzərinə götürdüyü beynəlxalq öhdəliklərə, əsasən, uyğun gəlmişdir. Parlament seçkiləri BMT-nin Vətəndaş hüquqları və siyasi hüquqlar haqqında beynəlxalq paktının, habelə 1990-cı il Kopenhagen sənədinin başlıca müddəalarını bir çox cəhətdən əks etdirmişdir və Azərbaycan cəmiyyətinin Avropa sivilizasiya modelinə keçməsi yolunda mərhələ sayıla bilər, əldə edilmiş müsbət təcrübə isə öyrənilməli və gələcəkdə seçki sistemində aparılacaq islahatlarda istifadə olunmalıdır.

İlya BOJİNOV,

Bolqarıstan müşahidə missiyasının başçısı

- Bolqarıstandan Azərbaycana 50 nəfər, o cümlədən parlamentin 9 deputatı, MSK sədrinin müavini, ekologiya nazirinin müavini gəlmişdi. Biz ölkənin bütün ərazisində dairələrdə və 500 seçki məntəqəsində olduq. Nümayəndələrimiz penitensiar müəssisələrdə də seçkilərin gedişini müşahidə etmişlər. Deməliyəm ki, bəzi pozuntular olmuşdur, lakin bunlar seçkilərin nəticələrinə təsir göstərmir. Kiçik nöqsanları şişirdərək hay-küy qaldıranların mövqeyi bizi təəccübləndirir. Bu cür, bəlkə də daha ciddi qüsurlar dünyanın bütün ölkələrində keçirilən seçkilər zamanı baş verir. ATƏT missiyası nümayəndələrinin seçki məntəqələrində müşahidə etdikləri faktlar onların seçkilərin yekunlarına dair hesabatda göstərdikləri faktlara uyğun gəlmir. ATƏT-in müşahidə missiyası noyabrın 7-də açıqladığı hesabatda bəzi qeyri-dəqiqliyə və qeyri-obyektivliyə yol vermişdir. Tam əminliklə deyirəm ki, Azərbaycanda seçkilər olduqca normal keçmişdir. Ekzit-polun keçirilməsini də alqışlamaq lazımdır. 110 dairədə onların nəticələri MSK-nın məlumatı ilə 95 faiz uyğun gəlir.

X X X

Şəkil sözü:

Uzunluğu bir kilometr olan dövlət bayrağı ölkənin iftixar rəmzidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: Yalnız texniki imkanlar itkin düşmüş şəxslər məsələsini həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las-Veqasda keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

PAİ Assambleyasında Azərbaycanda dövlət idarəçiliyinin inkişafı diqqətə çatdırılıb

Azərbaycan klubunun basketbolçusu: İsveçrə təmsilçisi ilə oyunda qələbə üçün yaxşı imkanlarımız var

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər VİDEO

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər VİDEO

Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır

ADA Universitetinin Qazax Mərkəzində “Bir Müəllimin Manifesti” proqramının yeni tədris ilinə start verilib

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Bu ilin 9 ayında “Diri Baba” türbəsini 12 mindən çox xarici turist ziyarət edib

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik VİDEO

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik VİDEO

Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır VİDEO

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır VİDEO

Ağdam rayonunun Xıdırlı kənd tam orta ümumtəhsil məktəbinə Ayköl Manasın adının verilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib VİDEO

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib VİDEO

BMT-nin Baş katibi ABŞ-İran müharibəsinə və onun qlobal ticarətə vurduğu zərərə son qoymağa çağırıb

Kimya İnstitutunda alternativ enerji və yaşıl kimya istiqamətində tədqiqatlar aparılır

“Azərpoçt” rəsmisi: Beynəlxalq əməkdaşlıq poçt sektorunun inkişafının təməlini təşkil edir VİDEO

“Azərpoçt” rəsmisi: Beynəlxalq əməkdaşlıq poçt sektorunun inkişafının təməlini təşkil edir VİDEO

Səməd Vurğunun oğlu: Sonra anam balışının altından tapança tapdı…

İqtisadi Zonaların İnkişafı Agentliyi Adana Hacı Sabancı Organize Sənaye Zonası ilə memorandum imzalayıb

Azərbaycan Kubokunda yeni mövsümə start verilir