SİYASƏT
Tengiz Txilava: Azərbaycan qarşıya qoyduğu xətdən qətiyyən dönməyəcək və onu məntiqi sonuna çatdıracaq
Tbilisi, 15 sentyabr, AZƏRTAC
Sentyabrın 12-dən 13-nə keçən gecə Azərbaycan-Ermənistan sərhədində baş verənlər Ermənistanın təcavüzkar təxribatının ilk və təəssüf ki, sonuncu faktı deyil. Bu, daha anlaşılmazdır, çünki bu cür təcavüzün təşəbbüskarlarının məqsədləri anlaşılmazdır:
Bu sözləri AZƏRTAC-a müsahibəsində politoloq və jurnalist Tengiz Txilava deyib.
Onun sözlərinə görə, Ermənistan Qarabağa və ətraf rayonlara nəzarət etmək imkanlarını geriyə qaytara bilməz. Qarabağ problemi həll olunub və məsələ bitib. Ermənistan bunu başa düşməlidir.
Politoloq deyib: “Çox təəssüf ki, yenə də qonşu erməni xalqı öz rəhbərləri tərəfindən bir neçə onilliklər ərzində yaşadığı Qarabağ məsələsinin girovuna çevrildi. Hakimiyyətə gədiyi zaman Qərbdə müəyyən dairələr tərəfindən qərbyönlü siyasətçi kimi qəbul edilən Paşinyan tərəfindən də eyni ruhda davam etdirilən Qarabağ avantürası naminə bütün milli yaradıcı enerji darmadağın edildi.
Azərbaycan öz mövqelərində möhkəm dayanır və son hadisələr göstərir ki, Azərbaycanın bütün Qarabağ üzərində nəzarəti bərpa etməsi zaman məsələsidir və buna heç nə mane ola bilməz”.
T.Txilava hesab edir ki, Ermənistan hakimiyyətinin bu hərəkəti, yəni yenidən təxribatlara əl atması anlaşılmazdır. Digər tərəfdən, Rusiyayönümlü siyasət, Rusiyanın köməyinə ümid, nəhayət tam iflasa uğrayıb.
Onun sözlərinə görə, Azərbaycan və Türkiyə dəfələrlə Ermənistanı iri regional layihələrə dəvət edib. Bir vaxtlar məhz ərazi iddiaları səbəbindən Ermənistan bir neçə epoxal beynəlxalq layihələrdən kənarda qalmışdı. Bu da ölkənin iqtisadi və demoqrafik vəziyyətinə çox mənfi təsir göstərmişdir. Ümid edirəm ki, erməni xalqı öz real mənfəətlərini və maraqlarını bilir. Əks halda ölkədə vəziyyət daha da çətinləşəcək.
“Azərbaycana gəldikdə isə, düşünürəm ki, rəsmi Bakı qarşıya qoyduğu xətdən qətiyyən dönməyəcək və onu məntiqi sonuna çatdıracaq”, - deyə Tengiz Txilava vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi