Azərbaycan Dövlət İnformasiya Agentliyi

TER-PETROSYAN PEŞMANLIĞI, YAXUD ERMƏNİSTANDA İNSAN HÜQUQLARI SARIDAN VƏZİYYƏT NECƏDİR

Bəli, söhbət o Ermənistandan gedir ki, onun rəhbərləri bütün dünyadakı ermənilərin mənafeyindən dəm vururlar. Bəs, istər xaricdə, istərsə də daxildə siyasətbazlıqla məşğul olan ermənilərin sərhədlərini dənizdən-dənizə genişləndirmək iştahasında olduqları, - lap həddini aşanlar isə bəyan edirlər ki, guya qədim dövrlərdə Rostovda da erməni çarı əyləşibmiş (?)... - bu ölkənin “başıbəlalı xalqı”nın əsl vəziyyəti necədir?

Gəlin, son günlərdə bu ölkənin siyasi səhnəsində baş verən hadisələrin timsalında Ermənistanda insan hüquqlarının əslində necə təmin edildiyinə nəzər salaq.

Məlum olduğu kimi, bu yaxınlarda Levon Ter-Petrosyan Ermənistanda keçiriləcək növbəti prezident seçkilərində öz namizədliyini irəli sürmək qərarına gəldiyini bəyan etmişdir. Noyabrın 16-da müxalifətin Yerevanda keçirdiyi mitinqdə Ter-Petrosyan bildirmişdir ki, seçki marafonunda qalib gələcəyi təqdirdə yalnız 3 il müddətinə hakimiyyətdə qalmaq niyyətindədir. Onun dediyinə görə, Ermənistanda korrupsiyaya qurşanmış mafioz klanların öhdəsindən gəlmək, ali hakimiyyət eşelonlarında hökm sürən özbaşınalıqların kökünü kəsmək, həqiqətən demokratik dövlətin təməlini qoymaq, ölkəni siyasi və iqtisadi kollaps vəziyyətindən çıxarmaq üçün bu müddət ona kifayətdir. Ter-Petrosyan daha sonra demişdir ki, əvvəllər hakim partiya olmuş EÜH (Erməni Ümumxalq Hərəkatı) partiyasının üzvlərindən heç biri yüksək vəzifələr tutmağa can atmır: “Məhz buna görə də mən öz namizədliyimi EÜH partiyasından deyil, Vətəndaş Təşəbbüsü qurumundan irəli sürəcəyəm. Bizim məqsədimiz yüksək vəzifələr tutmaq deyil, gələcək nəsillərin azadlığının və təhlükəsizliyinin təmin edilməsi naminə hüquqi dövlət yaratmaqdır”. O, axıradək bu əzmindən dönməmək niyyətindədir.

Levon Ter-Petrosyanı bu mübarizədə Liberal Tərəqqipərvər Partiya, Mühafizəkarlar Partiyası, “Qnçakyan” Sosial-Demokrat Partiyası, “Vətən və Şərəf”, “İnsan Hüquqları-96”, “Ermənilərin Vətəni”, “Azadlıq” partiyaları dəstəkləyir. Görəsən, indiki iqtidara qarşı mübarizədə həmin qüvvələri bu cür sıx birləşdirən hansı amillərdir? EÜH idarə heyətinin sədri Ararat Zurabyanın dediyinə görə, bugünkü azadlıq mübarizəsi “özlərini yadelli işğalçılar kimi aparan” iqtidara qarşı ümummilli mübarizəyə çevrilməlidir. Bununla Zurabyan hakim elitanın Qarabağ mənşəli olmasına birbaşa eyham vurmuşdur.

Hüquq müdafiəçisi kimi tanınan Zurabyan öz mühakimələrini belə davam etdirmişdir: “İnsan hüquqları ilə bağlı vəziyyət əlverişli sayıla bilməz. Polis özbaşınalıq edir: insanları döyür, onlara işgəncə verir, onlarla qeyri-insani rəftar edir və nəticədə polis idarəsində ölüm halları baş verir. Lakin bu cür halların hamısı məhkəmə-tibb ekspertlərinin güclü dəstəyi sayəsində prokurorluq tərəfindən ört-basdır edilir. Bütün bunlar ədalətli adlandırılması əsla mümkün olmayan məhkəmə prosesi ilə başa çatır”.

Noyabrın 15-də səhər Yerevanda “Qnçakyan” müxalifətçi Sosial-Demokrat partiyasının “Sarkis Txruni” Tələbə-Gənclər İttifaqının rəhbəri Narek Qalstyan döyülmüşdür. Qeyd etmək lazımdır ki, bu partiya qarşıdakı prezident seçkilərində Levon Ter-Petrosyanı fəal dəstəkləyir. Buna görə də həmin hadisənin siyasi məqsədlə törədilməsinə heç kəs şübhə etmir. “Orinats Yekir” adlı digər müxalifətçi gənclər təşkilatı isə N.Qalstyanın döyülməsi faktına öz münasibətini belə ifadə etmişdir: “Bu, ictimai-siyasi xadimlərə və jurnalistlərə münasibətdə zorakılığın növbəti təzahürüdür. Təəssüf ki, Ermənistanda belə hallar qanunauyğunluğa çevrilməkdədir”.

Robert Koçaryan bu insidentə siyasi rəng verilməsindən açıq-aşkar imtina edərək bəyan etmişdir ki, siyasətdə belə bir fiqurun mövcud olmasını heç bilmirmiş. Bununla belə o, həmin hadisəni araşdıracağını vəd etmişdir. Bəli, görünür, Ermənistan prezidentinin başı “düşmən əhval-ruhiyyəli” qonşulara qarşı iddialarla o qədər qarışıb ki, necə deyərlər, öz gözündə tiri görmür.

Xalq Partiyasının lideri Stepan Dəmirçyan da Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın namizədliyini dəstəklədiyini bildirmiş və qeyd etmişdir ki, onları “layiqli ölkədə yaşamaq arzusu” birləşdirir.

Məşhur sahibkar, Ermənistan Milli Məclisinin deputatı Xaçatur Sukiasyan da iqtidar tərəfindən təzyiqə məruz qalır. Ona məxsus müəssisələrdə cəmi üç ay bundan əvvəl yoxlama aparıldığı halda, vergi xidmətinin və Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Polisinin XI İdarəsinin əməkdaşları indi yenə həmin müəssisələrdə fəaliyyətdədir. Təmkinini pozmayan X.Sukiasyan isə bildirir ki, onun müəssisələri qanun pozuntusuna yol vermir, aparılan yoxlamaları isə siyasi motivlərlə izah edir, çünki o, Ter-Petrosyanı dəstəkləmiş və iqtidarı tənqid etmişdir. X.Sukiasyan demişdir: “Bu gün ölkədə süni inhisar mövcuddur. İqtisadi sahədə məsələlər dostluq və qohumluq əsasında tənzimlənir. Ona görə də iri və orta sahibkarlar öz biznesinin təhlükəsizliyini təmin etmək və onu qorumaq üçün hökmən iqtidar düşərgəsinə qoşulmağa çalışırlar. Biz yoxlamaların əleyhinə deyilik, lakin bizi məhv etmək asan olmayacaq. Biz elə-belə təslim olmayacağıq. Bizim təşkilatlar öz hüquqları uğrunda sona qədər mübarizə aparacaqlar”.

Tanınmış hüquq müdafiəçisi Mikael Danielyanın dedikləri: “Həm siyasi müxalifətə, həm də onları bu və ya digər dərəcədə dəstəkləyən biznesmenlərə təzyiq göstərilir. Dini baxımdan özgə cür düşünənləri soruşursunuz. Mən artıq demişəm: hazırda 82 nəfər bu səbəbdən həbsxanadadır”. İqtidar strukturlarında çox nüfuzlu bir şəxsin qaynatası Robert Saakyants açıq efirdə vəd etmişdir ki, o, Mikael Danielyanı maşınla vuracaqdır. M.Danielyan sözünün sonunda demişdir ki, Ermənistanda bir neçə mafioz klan mövcuddur və onlara himayədarlıq edənlər prezident və baş nazirdir.

Bəs Ermənistanın siyasi elitası bu barədə nə fikirdədir? Bu sualın cavabı Ermənistan Respublikaçılar Partiyasının sədri, baş nazir Serj Sarkisyanın həmin partiyanın 11-ci qurultayında bəyanatından məlum olur. O demişdir: “Ter-Petrosyanın Ermənistan prezidenti vəzifəsinə öz namizədliyini irəli sürmək arzusunun yalnız bir səbəbi var - o, öz ünvanına bircə kəlmə də olsa tənqidi söz söyləyənlərlə haqq-hesab çəkmək istəyir. Ölkədəki, mövcud dövlət sistemini devirmək niyyətinə gəldikdə isə, bu istiqamətdə göstərilən hər bir cəhdin qarşısı dərhal alınacaqdır”.

Nə deyək, Serj Sarkisyan özünə xas olan tərzdə çıxış etmişdir. Lakin baş nazirin dilindən səslənmiş bu açıq hədə-qorxu yəqin ki, “Azadlıq hərəkatını” dayandıra bilməyəcəkdir, çünki proses artıq başlanmışdır.

Ter-Petrosyan noyabrın 19-da keçirilən mitinqin minlərlə iştirakçısına müraciətlə demişdir: “Prezident Robert Koçaryanın və baş nazir Serj Sarkisyanın son addımlarını müşahidə etdikcə başa düşürəm ki, vaxtilə onları Ermənistana gətirdiyimə və sizin başınızın bəlasına çevirdiyimə görə qarşınızda tövbə etməliyəm. Bu, kadr səhvi də deyil, əsl bəladır. Sizi bu bəladan qurtarmaqda mənə kömək edin”.

Heç kəs hakimiyyəti əldən verməyə hazırlaşmır. Bunu nəzərə alsaq, inamla deyə bilərik ki, vaxtilə nəinki öz qonşularına münasibətdə müharibə yolunu seçmiş, hətta öz xalqına qarşı da mübarizə aparan namizədlərin lehinə səs vermiş erməni xalqının başına hələ çox bəlalar gələcəkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq