TƏRTƏRDƏ “AÇIQ QAPI” GÜNLƏRİ KEÇİRİLİR
Rayon icra hakimiyyətində AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, hüquq mühafizə orqanlarının, idarə və müəssisə rəhbərlərinin iştirakı ilə keçirilən “açıq qapı” günlərində vətəndaşların müraciətləri diqqətlə öyrənilir, qaldırılmış məsələlər operativ həll olunur. Hər həftənin bir günündə rayonun yaşayış məntəqələrində vətəndaşlarla görüşlər keçirilir, onların problemləri diqqətlə öyrənilir, lazımi tədbirlər görülür. Şəhid ailələrinin, kimsəsiz, qoca və əlillərin, qacqın və məcburi köçkünlərin problemlərinin həllinə diqqət artırılmışdır.