Tərtərdə oğurluq edən şəxslər saxlanılıb
Tərtər, 1 dekabr, AZƏRTAC
Tərtər rayon sakini olan bir nəfər rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, ona məxsus evdən oğurluq edilməsi barədə məlumat verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, daxil olmuş məlumat əsasında Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq əməliyyat-axtarış tədbirləri keçirilib. Nəticədə oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri Çingiz Əliyev, Yadigar Rzayev və Nicat Cabbarov saxlanılıblar. Araşdırmalarla onların qabaqcadan əlbir olaraq fərdi yaşayış evindən təmir-tikinti alətləri və məişət əşyaları oğurladıqları müəyyən olunub. Dindirilmə zamanı onlar törətdikləri cinayət əməlini etiraf ediblər.
Faktla bağlı Tərtər RPŞ-də araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [11:18]
GDU-da imtahan sessiyasını izləmək üçün mediatur təşkil olunub
- 18.06.2026 [11:08]