Tərtərdə yük və minik maşınları toqquşub, ölən və yaralanan var
Tərtər, 5 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Tərtərdə yük və minik maşınları toqquşub, ölən və yaralanan var.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Tərtər-Hindarx yolunun Tərtər rayonunun İlxıçılar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "QAZel" markalı yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində minik maşınının sürücüsü, Goranboy rayon sakini, 2001-ci il təvəllüdlü Həsənov Eltun Müşviq oğlu həyatını itirib. Yük maşının sürücüsü, Tərtər rayon sakini 1962-ci il təvəllüdlü İsbəndiyarov Qamət Məmməd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Tərtər rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [12:39]
Qəbələdə 10 ildə 1,5 milyondan çox müraciət “ASAN”laşdırılıb
- 10.08.2026 [12:30]
Balakəndə baş verən zəncirvari qəzada 3 nəfər ölüb, 2 nəfər yaralanıb VİDEO
- 10.08.2026 [00:23]
Cəlilabadda transformator partlayıb, ətraf ərazidə yanğın baş verib
- 09.08.2026 [18:30]
İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB 2
- 09.08.2026 [15:46]
Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO
- 08.08.2026 [21:23]