Texnologiya Universitetinin yeməkxanası əsaslı təmirdən sonra istifadəyə verilib
Gəncə, 16 sentyabr, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Texnologiya Universitetində tələbələrin və professor-müəllim heyətinin rahatlığını təmin etmək məqsədilə əsas yeməkxana əsaslı təmirdən sonra istifadəyə verilib.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, yeməkxanada yalnız interyer yenilənməyib, həm də mühəndis-kommunikasiya sistemləri yenidən qurulub, havalandırma və işıqlandırma sistemi müasir standartlara uyğunlaşdırılıb. Əlavə olaraq, mətbəx avadanlıqları yenilənib, zal yeni masa və oturacaqlarla təmin edilib, xidmət sahələri daha səmərəli şəkildə təşkil olunub.
Yeməkxana saat 08:00-dan 18:00-dək fəaliyyət göstərəcək və eyni vaxtda təxminən 125 nəfərin qidalanmasını təmin edəcək.