Teymur Musayev: Bir neçə xəstəxanada elektron reseptlərin tətbiqinə başlanılıb VİDEO
Bakı, 2 noyabr, AZƏRTAC
"Artıq elektron resept hazırdır, pilot şəklində bir neçə xəstəxanada və ambulator tipli məntəqələrdə tətbiqinə başlanılıb".
AZƏRTAC xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, gələn il yanvarın 1-dən elektron reseptlər bütün ölkə ərazisində tətbiq olunacaq: “Bununla bağlı bu ilin dekabr ayında geniş tədbir keçiriləcək. Orada istər tibb işçiləri, istər vətəndaş, istərsə də əczaçılar üçün elektron reseptlərin faydası izah olunacaq".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [12:41]
“Bir uşağın sabahına işıq ol!” - XXII Ənənəvi Xeyriyyə Sərgisi
- 05.06.2026 [12:09]
Bəzi qanunlara təklif edilən dəyişikliklər müzakirə olunur
- 05.06.2026 [12:00]