CƏMİYYƏT
Ticarət müəssisələrində koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər əsasında videoçarx hazırlanıb VİDEO
Bakı, 24 may, AZƏRTAC
Ölkəmizdə koronavirus (COVID-19) pandemiyasının yayılmasına qarşı görülən maarifləndirmə tədbirləri çərçivəsində ictimaiyyətin ayrı-ayrı sahələr üzrə metodiki göstərişlərlə tanış olması üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Baku Media Center animasiya şəklində videoçarxlar hazırlayıb.
AZƏRTAC xəbər verir ki, "Qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər" əsasında hazırlanmış videoçarxda mağaza sahibləri, satıcılar və alıcıların tövsiyə olunan qaydalara əməl etmələri məsləhət görülür.
Çox sadə gigiyenik qaydalara əməl etməklə özünüzün və sevdiklərinizin sağlamlığını qoruya bilərsiniz. Unutmayın, sağlamlığınız öz əlinizdədir.