İQTİSADİYYAT
“Ticarətə hazır: elektron ticarət” layihəsinin iştirakçılarına sertifikatlar verilib
Bakı, 9 iyul, AZƏRTAC
"Azexport.az" portalı Beynəlxalq Ticarət Mərkəzi (International Trade Center - ITC) ilə birgə “Ticarətə hazır: elektron ticarət” layihəsinin iştirakçılarına onlayn sertifikatlar təqdim edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində iyunun 15-dən iyulun 6-dək keçirilən təlimlər yekunlaşıb. "Zoom” tətbiqi vasitəsilə onlayn keçirilən təlimə 80-dək sahibkar qatılıb. Təlimlərdə 70 faizdən çox iştirak göstəricisi olan 18 iştirakçıya “QR kod” qorunma nişanı ilə təchiz olunmuş elektron sertifikat verilib.