TİKA Azərbaycanda 1700-dən çox layihə həyata keçirib
Bakı, 10 sentyabr, AZƏRTAC
Türkiyə ilə Azərbaycan arasında əməkdaşlıq müxtəlif istiqamətlərdə, o cümlədən inkişaf layihələri çərçivəsində uğurla davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bunu Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) rəhbəri Abdullah Eren Bakı Türk Anadolu Liseyində keçirilən tədbirdə çıxışı zamanı deyib. O bildirib ki, TİKA 1990-cı illərin ilk yarısından Azərbaycanda fəaliyyət göstərir. Agentliyin gələn il 35 illiyi qeyd olunacaq.
Abdullah Erenin sözlərinə görə, TİKA 35 il ərzində Azərbaycanda 1700-dən çox layihəni həyata keçirib. Bu layihələr təhsil, səhiyyə, kənd təsərrüfatı və heyvandarlıq, eləcə də institusional potensialın inkişafı kimi müxtəlif sahələri əhatə edib.
TİKA rəhbəri Azərbaycan-Türkiyə əməkdaşlığının inkişafının “Bir millət, iki dövlət” prinsipi əsasında davam etdirildiyini vurğulayıb.
Müxbir - Tünzalə Arazlı
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [18:52]
Bakı Dövlət Universiteti “ADEX 2026”da təmsil olunur
- 30.09.2026 [18:37]
Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub
- 30.09.2026 [17:34]
Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub
- 30.09.2026 [17:25]