DÜNYA
Tokayev və Putin strateji tərəfdaşlığı dərinləşdirmək barədə razılığa gəliblər
Astana, 28 noyabr, AZƏRTAC
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Rusiya Prezidenti Vladimir Putin yeni qlobal nizam şəraitində strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında birgə bəyanat imzalayıblar.
AZƏRTAC Akordanın mətbuat xidmətinə istinadla xəbər verir ki, sənəd Astanada keçirilən Rusiya-Qazaxıstan danışıqlarının nəticəsi olaraq imzalanıb.
Danışıqların yekununda hər iki ölkənin nümayəndə heyətləri ümumilikdə 20 sənəd imzalayıblar.
Rusiya Prezidenti Vladimir Putin hazırda Astanada dövlət səfərindədir və səfər çərçivəsində 28 noyabr tarixində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitində iştirak edəcək.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana