Tokioda yaxınlaşan Olimpiada fonunda COVID-19-a yoluxma sayı artmaqda davam edir
Tokio, 5 iyul, AZƏRTAC
Yaponiya paytaxtında davam edən antikoronavirus tədbirlərinə baxmayaraq, COVID-19-a gündəlik yoluxma sayı artmaqda davam edir.
AZƏRTAC Tokio administrasiyasına istinadla xəbər verir ki, virusa yoluxma sayı yaxınlaşmaqda olan Olimpiada fonunda artır.
Bildirilir ki, son sutka ərzində Tokioda 342 yeni yoluxma halı qeydə alınıb və bu, ötən həftənin göstəricisi ilə müqayisədə 25 nəfər çoxdur. Virusun yayılma dinamikası artıq 16-cı gündür ki, ardıcıl olaraq artmaqda davam edir.
Xatırladaq ki, Tokioda COVID-19-la əlaqədar fövqəladə vəziyyət rejimi iyunun 20-dək davam edib. İyulun 11-dək isə infeksiyanın yayılmasına qarşı gücləndirilmiş tədbirlər davam etdiriləcək. Həmin tədbirlər fövqəladə vəziyyət rejimi ilə müqayisədə yumşaq olsa da, spirtli içkilərin satışına, restoranların, barların və əyləncə mərkəzlərinin fəaliyyətinə məhdudiyyətləri nəzərdə tutur. Həmçinin bildirilir ki, Olimpiadanın təşkilatçıları fövqəladə vəziyyət rejimi şəraitində yerli tamaşaçıları yarışlara buraxmamağı nəzərdə tuturdular.
Qeyd edək ki, Yaponiyada pandemiyanın əvvəllərindən ümumilikdə 806 min nəfər COVID-19-a yoluxub, onlardan 14,8 mini həyatını itirib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [23:16]
“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır
- 15.10.2026 [22:43]
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
- 15.10.2026 [22:24]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [20:48]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]