Tokionun Arakava çayında qayıq-restoranda yanğın baş verib
Tokio, 27 mart, AZƏRTAC
Martın 27-də axşam saatlarında Tokionun Arakava çayındakı qayıq-restoranda yanğın baş verib.
AZƏRTAC yerli KİV-ə istinadla xəbər verir ki, qayıq-restoranda əvvəlcə alov görünüb, sonra qara tüstü ətrafı bürüyüb.
Polisin yaydığı məlumata görə, qayıq-restoranın göyərtəsindəki dörd xidmətçi yanğın başlayan kimi onu tərk edib. Onlardan birinin yaralandığı və xəstəxanaya yerləşdirildiyi bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:24]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [17:23]