Tokionun yaxınlığında 5,1 bal gücündə zəlzələ olub
Tokio, 12 aprel, AZƏRTAC
Aprelin 11-dən 12-nə keçən gecə Hönşü adasının şərqində 5,1 bal gücündə zəlzələ baş verib.
AZƏRTAC Yaponiya Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, yeraltı təkanların episentri Tokio yaxınlığındakı İbaraki prefekturasında, ocağı 50 kilometr dərinlikdə yerləşib.
Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.
Güclü yeraltı təkanlar Tokio, Saytama, Toçiqi, Çiba və Fukuşima prefekturalarında da hiss olunub.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [16:02]
Qalileya dənizində su ehtiyatları son 100 ilin ən aşağı səviyyəsinə düşüb
- 13.10.2026 [16:01]